Azərbaycan folklorşünaslığının mühüm məsələlərindən biri də şifahi xalq yaradıcılığı janrlarının dəqiq sərhədlərini, bir-birindən seçilən cəhətlərini, terminlərini müəyyənləşdirməkdir. R.Qafarlı xalq yaradıcılığının mənşəyini, süjetqurmanın meydana gəlməsində nağıl və eposların rolunu üzə çıxardır, dünya xalqlarının mif və nağıllarını öyrənən kursların proqramlarında da mövzuları bu istiqamətdə seçir. R.Qafarlı xalq yaradıcılığının mənşəyini, süjetqurmanın meydana gəlməsində nağıl və eposların rolunu üzə çıxardır, dünya xalqlarının mif və nağıllarını öyrənən kursların proqramlarında da mövzuları bu istiqamətdə seçir.
“Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposu (“dastanı” – yox, eposu: bu barədə irəlidə xüsusi bəhs olunacaq) ənənəsi ilə birmənalı şəkildə bağlı olan mətndir. O, poetik strukturunun hər bir səviyyəsi və həmin səviyyələri təşkil edən elementləri ilə istisnasız olaraq bütün hallarda “Dədə Qorqud” eposu nüvəsinə gedib çıxır. Bu, inkarolunmaz və mübahisəsiz məsələdir. Bu cəhətdən, “Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposunun “postoğuz”, yəni türkman/türkmən epoxasındakı ənənəsinə aid əlyazma mətnidir. Lakin bu əlyazma oğuz babalarımızın şifahi “Dədə Qorqud” eposunun türkman/türkmən versiyası olsa da, o, heç bir halda və heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud” dastanının onunla eyniləşəcək, “nüsxə”ləşəcək yeni əlyazması deyildir.
Qafarlı (Qafarov) Ramazan Oruc oğlu 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. Atası Qafarov Oruc Hacıkərim oğlu 1901-ci ildə doğulmuşdu, məşhur dabbaq idi. Usta Orucun hazırladığı xüsusi dəri məmulatları bir zamanlar Rusiyanın Ermitaj Muzeyində saxlanılırdı. Lakin…
Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.
Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə, rəvayət və eposları təhlil olunur. Mifritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.
Monoqrafiyada Azərbaycan türklərinin sakral düşüncə atributları və ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, eləcə də mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri ilk dəfə sistemli şəkildə təhlilə cəlb edilir.
Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.
Azərbaycanlıların təsəvvürünə görə, yaşadıqları ərazidəki dağ silsiləsinə ulu əcdad Oğuzun şərəfinə Quz («Dədə Qorqud» eposunda Qazlıq dağı kimi xatırlanır) adı verilmişdir. Oğuzlarının tarixini daha qədim dövrlərə aparıb çıxaran faktlar aşkarlanmaqda davam edir. III Muradın hakimiyyəti dövründə (1574-1595) türk tarixçisi Osman…
Türkün tapınıb kultlaşdırdığı ilkin təbiət varlıqlarından biri də dağdır. Göy Tanrısına yaxınlığına görə ulu əcdadın təsəvvüründə Dağ kultlaşdırılmış, insanları Yaradana bağlayan əsas vasitə sayılmışdır. Qədim türk inancına görə, Dünya Dağı üç qatdan ibarətdir: birinci qat, başı günəşə çatan, doqquz iqlimin…