Xoş gəldiniz

Kainat, Ulduzlar, Yer, Goy, Dünyamız, Təbiət, Qəzalar, Gecə və Gündüz, İşıq və Zülmət,  İsti və Soyuq, Xeyir və Şər, Varlıqlar, Canlılar, İnsan necə yaranıb? Bəşər oğlunun şüuru oyanandan, dili açılandan bu suallra cavab axtarıb. Mifik düşüncədən metoforik, obrazlı, bədii, poetik ağıla doğru addımlar atdıqca bəşər ovladlarının təfəkkürü əvəzsiz sərvətlər yaradıb, əvvəl şifahi şəkildə, inkişafının sonpakı pillələrində isə yazı yaddaşına köçürməklə əsrlər boyu yaşatmışdır.

Yer kürəsinin ən qədim xalqlarından biri kimi Türk Kosmosu, Dünyanı və onun elementlərini, varlıqlarını, ilkin önəmli yaranışları özünəməxsus şəkildə dərk etmiş, bir çox sirlərin açarını arayıb tapmış və bədii sözün köməyi ilə kodlaşdıraraq gələcək nəsillərə ərməğan etmişdir. Sülalərə, tayfalara, qəbilələrə, xalqlara bölünməklə kökdən bir az uzaqlaşsa da, gen yaddaşında ulu babalarının təfəkkürünün möhtəşəm məhsullarını qoruyub saxlamış, ortaq epik-lirik abidələr, sənət nümunələri meydana gətirmişlər. Mifologiya.az veb-saytı mədəniyyət tariximizin ilkin səhifələrindən başlayaraq bu günümüzə qədər yaranan bu əvəzsiz sərvətlərlə sizləri tanış edəcək.

Əziz izləyicilərim! mifologiya.az veb-saytına xoş gəldiniz. Mədəniyyət tarixinə səyahətdə sizlərə bələdçilik etmək şərəfini qazansam, özümü xoşbəxt sayacağam. Bu yolçuluqda hamıya uğurlar diləyirəm.

“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 001

Tərtibçidən: Dastanın mətnini Hüseyn İbrahim adlı toplayıcı Şəkinin Layısqı kəndində aşıq Əhməd Qafarovun dilindən 1938-cii ildə yazıya almışdır. Görkəmli şair Hüseyn Cavidin oğlu gənc Ərtoğrulun müsbət rəyindən sonra Cahanbaxşın redaktorluğu ilə çapa təqdim edilmişdir. Lakin Bakıda yüksək vəzifəli erməninin təkidi ilə dastan yenidən Elmlər Akademiyasının xalq yaradıcılığı şöbəsinə qaytarılmış, geniş müzakirəsi aparılmışdır. H.Araslı bir çap vərəqi həcmində şərh yazmışdır. Mətndəki «Gəl, qız, müsəlman ol, qalma erməni» misralı qoşmaya görə M.H.Təhmasib xalq əsərini xalqlar dostluğuna zidd saymışdır. Bu səbəbdən məhz represiya illərində dastan Azərbaycanda işıq üzü görməmiş, əlyazmasını itirib-batırmaqdan ötrü yeni yaradılan başqa tədqiqat institunun arxivinə ötürülmüşdür. Son illərdə Bakıda zəlzələ baş verən zaman təsadüf nəticəsində həmin mətni üzə çırmışıq. Dastanın Şəki variantı ilk dəfə oxuculara təqdim olunur.

FOLKLORŞÜNASLIQ VƏ MİFOLOGİYA MƏSƏLƏLƏRİ (NƏZƏRİ MÜLAHİZƏLƏR, MAGİSTR HAZIRLIĞI ÜÇÜN PROQRAMLAR VƏ METODİK GÖSTƏRİŞLƏR)

Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonrakı on ildə xalqımızın mənəvi dəyərlərini öyrənməyə dövlətin göstərdiyi qayğı sayəsində böyük tədbirlər həyata keçirilmişdir. Ölkə prezidenti Heydər Əliyev cənablarının «Kitabi-Dədə Qorqud» eposunun 1300 illiyi ilə bağlı verdiyi tarixi Fərman və Prezident yanındakı müşavirələr göstərdi ki, qədim və zəngin folklora, yazı mədəniyyətinə malik Azərbaycan xalqının ədəbiyyatının dərin qatlardakı izlərinin aşkarlanması ümdə məsələlərdən biridir. Təsadüfi deyil ki, ali təhsilin magistr mərhələsinin tətbiqinə başlanandan «Folklorşünaslıq və mifologiya» ixtisası üzrə kadrların yüksək səviyyədə hazırlanması daim diqqət mərkəzində olmuşdur. «Folklorşünaslıq və mifologiya» ixtisası üzrə Təhsil Nazirliyinin təsdiqlədiyi təqvim-tematik planda döqquz fənnin tədrisi nəzərdə tutulur: 1.FOLKLORŞÜNASLIĞIN TARİXİNDƏN 2. DÜNYA XALQLARININ MİFLƏRİ 3. DÜNYA XALQLARININ NAĞILLARI 4. TÜRK XALQLARININ QƏHRƏMANLIQ EPOSU 5. AZƏRBAYCAN ŞİFAHİ XALQ YARADICILIĞININ ƏSASLARI 6. AZƏRBAYCAN FOLKLORUNUN JANR SİSTEMİ 7. ORTA ƏSRLƏR AŞIQ YARADICILIĞI 8. FOLKLOR POETİKASI (MƏTNŞÜNASLIQ) 9. FOLKLOR VƏ KLASSİK ƏDƏBİYYAT.

“Qafqaz” jurnalı, sayı 010

Otən ilə “əlvida” deyək, yeni ilə salamlar olsun. 2007-ci ili – XXI ərin bir ilini də başa vurduq. Yeni ilin ilk günlərində qış sərt üzünü göstərdi. Yurdumuz hədsiz qar örtüyünə büründü. Bakının təbiətində son otuz ildə ən soyuq və şaxtalı hava şərati ilə rastlaşdıq. Ağappaq qar bir həftə yollardan, binaların, ağacların üstündən əskilmədi. Bütün bunlar «Qafqaz»ın səyahətlərinə əngəl yaratsa da, yolumuza davam etdik, gəzdik, gördük. İndi də jurnal vasitəsi ilə təəssüratlarımızı sizinlə bölüşürük.
Hər şeyin başlanğıcı və sonu var. Nəyinsə bitdiyi yerden yenisi baş qaldırıb həyata vəsiqə alır.
Ağrı-acılar, yanğılar zamanla unudulsa da, onların izəri, közləri qalır və ruhun dərinliklərində həmişə sızıltısı, sancısı yatır. Doğrudur, qoca Zaman sağaldandır, loğmanların loğmanıdır.
Bir haqiqət də var: sınıb çiliklənən güzgünü yapışdırmaqla bütövləşdirmək mümkündür, lakin o əvvəlki tək varlıqları əhatəli əks etdirə bilmir. Yaraları məlhəmsiz sağalan insanlar da belədir, tazədən ayaq üstə dursalar da, çatlı ayna kimi içərilərindəki boşluğu doldurmaqda acizdirlər. O ki, qaldı ulu bir xalqı günahsız yerə diz çökdürəsən, arxadan bağrını xancərləyəsan, onda zamanın da işi zorlaşır, loğmanlığı uzun müddət yardım etmir.
Son yüz ildə Azərbaycanı dəfələrlə əzmaya çalışıblar, iki tərəfdən məngənənin ağzı tək araya alıb sıxıblar, mənliyini, dilini, tarixini əlindən alıblar. Axırıncı dəhşətli zərbələr – Bakı va Xocalı qırğını daha ölümcül olub… Azərbaycan türkünün yaddaşını dondurub özünü, kökünü unutdurublar. Onu unutqanlıq xəstəliyinə yoluxdurublar, manqurdlaşdırıblar. Allahdan əlac gəlib mənliyini təzədən tanımağa başlayanda isə Odlar ölkəsini qan dənizində boğmaqla sivil dünyadan ayırmağa can atıblar. Yurd yerləri zorla boşaldılıb. Türkün əzəli torpaqları əsir alınıb. Azərbayan parçalana-parçalana kiçilib. Hamımızın bir məlhəmi qalıb. Vatənin olan-qalanını göz bəbəyi tək qorumalı, dədə-baba ocaqlarının qədr-qiymətini bilməliyik. Bu istəklə «Qafqaz» jurnalını yaşatmaq, şəhər və kəndlərimizə səfərlərimizin səmərəsini artırmaq istəyirik. «Köçəri», «gəlmə» damğalarını üstümüzdən götürməyin ən yaxşı yolu fakt və dəlillərin dili ilə danışmaqdır. Əcdadlarımızın qədim çağlara aid izlərini üzə çıxarıb dünyaya göstərməliyik. Bu xoş məramımızın elliklə dəstaklənəcəyinə böyük ümidlər bəsləyirik.
«Çox gəzən, çox bilər» deyib atalarımız. Jurnalımızın yardımı ilə Azarbaycanın və dünyanın möcüzəli, füsunkar yerlərini görüb Yer kürəsini daha yaxşı tanıdıqca, həyat eşqiniz coşacaq, qarşıda səfərlərinizin sayını artırmaq barədə düşünəcək, qurub-yaratmaq, ölkəmizdəki inkişafa öz töhfələrinizi vermək istəyəcəksiniz.
«Qafqaz»ın yeni marşrutunun ilk dayanacağında ölkə Prezidentinin Azarbaycanın düşmənlərinə qətiyyətli cavabı – “Vaxt bizə işləyir” mesajında birlik simfoniyamızın akordları səslənir. Yurdumuzun uğurları, mədəniyyətimizin nailiyyətləri Səudiyyə Ərəbistanı Krallığında nümayiş etdirilir. Haqqa tapınmanın, müqəddəsliyin ən ülvi ocağına – Kəbəyə baxdıqca, içinizdən öz daxili aləminiz qarşısında hesabat vermək keçəcək. Eləcə də «Qar nağıl»ını dinləməyi unutmayın. Şəkidə keçirilmiş atüstü Çövkan yarışı ilə tanış olun. Türkiyənin Kocaelindəki simpoziumda xalq çalğı alətlərinin özəlliklərini, qədim Qars vilayətinin dünəni və bu gününü, Güney Azarbaycanın Qəzvin şəhərinin tarixi olaylarını, əski Şumer-Azarbaycan mədəni-tarixi əlaqələrini, aşıq sənətinin sirli məqamlarını öyrənmək imkanınız var. Füsunkar meşələrimizin heyranedici mənzərələrinə tamaşa etməklə yanaşı onların qorunması, fərqli cəhətləri, heyvanlar aləmi barədə də maraqlı məlumatlar alacaqsınız. Nəhayət, dünyanın bəzi sirli tərəflərinə aydınlıq gətiriləcək.
Yaradıcı kollektivə və əziz oxuculara minnatdarlıq hissi ilə

Baş redaktor: Ramazan Qafarlı

Böyük bir xalqa arxa olan kəsin arxası…

Azərbaycan xalqı aprelin 28-də görkəmli alim, həssaslıq və zəriflik mücəssəməsi Zərifə xanım Əliyevanın 85 illik yubileyini böyük ehtiramla yad etdi. Yüksək səviyyədə keçirilən yubiley və anım tədbirləri, ürək sözləri və dəyərləndirmələr bu münasibətin kökündə dayanan məntiqi baxışların yeni əyani təcəssümünə çevrildi. O yalnız mahir loğman, qayğıkeş ana və ləyaqətli insan deyildi. Heç də hamar, asan keçməyən ömür yolu ilə Azərbaycan qadınının tarixən formalaşmış ali keyfiyyətlərinin daşıyıcısı idi.
Zərifə xanım haqqında jurnalistlərimiz, şair və yazıçılarımız onlarca müxtəlif səpkili yazılar qələmə alıblar. Bu da hər birinin ürək səsindən, duyğularından irəli gələn istək və nümunələrdir. O, bütün fəsilləri sevirdi. Xüsusilə baharı. Elə doğumu da, həyatla vidalaşması da bu fəslin qismətinə düşdü. 1985-ci il aprelin 15-də dünyasını dəyişdi. Bu elə bir vaxt idi ki, Moskvada SSRİ miqyasında məsul vəzifələrdən birini tutan Heydər Əliyev ona və Azərbaycana qarşı çevrilən güclü qaraguruha qarşı da mübarizə aparırdı. Həmin hüznlü vaxtlarda dost, ağsaqqal təsəllisinə ehtiyac duyduğu anlarda sevimli şairimiz Bəxtiyar Vahabzadə də sarsılmış halda yanında dayanmışdı. Tezliklə duyğuları “Mərsiyə – Rekviyem” adlı əsərdə göz yaşları ilə süzülüb gələn misralara çevrildi. Bu şeir yalnız bir dəfə Heydər Əliyevin sağlığında Zərifə xanıma həsr olunmuş albomda işıq üzü görüb. Biz də bu nümunə ilə tanış idik. Düşündük ki, Vallah, kütləvi oxucudan uzaqda saxlamaq heç də insafdan deyil. Bəxtiyar müəllimdən xahiş etdik və razılığını aldıq. Zənnimizcə, bu, dərgimizin də, “Qafqaz”sevərlərin də könül dünyasından gələn duyğuların təcəssümü olardı.

Yaşamaq – yanmaqdır…

Ömrünü başa vurduğu ərəfədə dünyanı tam dərk etməməyi insanın ən böyük bəlasıdırmı? Bəs qoca zamanın qarşısında diz qatlayıb yalvarması onun acizliyindənmi irəli gəlirdi?

Zaman, belə tələsmə
Zaman, mənə zaman ver.
Dünyanı anlamağa,
Zaman, mənə aman ver.
(B.Vahabzadənin “Zaman, belə tələsmə” seiri, 2001)

Yox, bu zaman-insan qarşılaşdırılmasında birincinin əbədiliyinin, ikincinin isə faniliyinin təsdiqidir. Tale Bəxtiyar Vahabzadənin istədiyi azacıq zamanı ona çox gördü. Şair “Çətin addım” atmaq – dünyasını dəyişmək məcburiyyəti qarşısında qaldı. Əbədiyyət yoluna çıxdı. Zəngin və dəyərli əsrləri ilə birlikdə “özümüzü kəsən qılıncı” da bizə verib yoxluğa qovuşdu.
Gorəsən, bu qılıncı əlinə alıb səhvlərini etiraf edən, günahlarını yumaq üçün öz silahını sinəsinə sancan, xalqı torpaq, Vətən itkisi bəlasından qurtaran tapılacaqmı?..

Zamanla ayaqlaşmaq arzusu

Yaradıcı Zamanı insanlara ən böyük ərmağan olaraq ona görə bağışlayıb ki, onlar ağıllanmağa, müdrikləşməyə və kamilləşməyə imkan tapsınlar. Lakin bəşər oğlu ayağını torpağa basıb ağlı kəsəndən zamanı boş yerə xərcləyir, göz bəbəyi kim qorumur, sanki itirməkdən zövq alır, yalnız çatışmadığını duyanda təəssüflənməyə başlayır. Unutmamalıyıq ki, dünyada zamandan uzun heç nə yoxdur – çünki təkcə o əbədidir. Və yer üzündə insandan ötrü zamandan qısa bir şey də tapmaq mümkün deyil səbəbə ki, başlamaq istədiklərimizin çoxunu gerçəkləşməyə vaxt tapmırıq. «Zaman qızıldır» desək də, onun qədrqiymətini lap tükənəndə bilirik. Ən başlıcası isə vaxt arxada genişlənib qabaqda daralanda Zamanla ayaqlaşondan ikiəlli yapışırıq.

Bəxtiyar Vahabzadə. KÖKÜMÜZƏ GEDƏN YOLU TİKANLARDAN TƏMİZLƏYƏK…

Əlimə bir kitab düşmüşdü. «Mif və nağıl» (müəllifi Ramazan Qafarlıdır). İşimin çoxluğuna baxmayaraq götürüb vərəqlədim. Girişi oxuyandan sonra yerə qoya bilmədim. Həcmcə böyüklüyü gözümə dursa da, başa çatdırdım. İlk növbədə, imzasını mətbuatda kəskin yazıları ilə tanıtmış müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi özünə çəkdi. Ancaq vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 12-ci cild (Publisistika)

“Əyilməz bir sənətkar” adlı ön sözdə Ramazan Qafarlı yazır: “Hər bir qüdrətli söz sənətkrının özünəməxsus deyim tərzi, ifa ustalığı olur. B.Vahabzadənin də öz əsərlərini səsləndirməsi tamamilə fərqli idi. Təbiətən üsyankar, narahat, coşqulu, yanğılı, haqsızlıqlarla barışmazlığı səsinin tonunda üzə çıxıb təlatüm yaradırdı”. 12-ci cilddə şairin çıxışları, məktubları, rəyləri, müsahibələri ilə yanaşı böyük sənətkar barədə həmkarlarının, dövrün tanınmış şəxsiyyətlərinin söylədilləri maraqlı fikirlərə də yer ayrılmışdır.

Back to top