




Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) “Auditoriya+” proqramı çərçivəsində “Milli mənəvi varlığımız – “Kitabi-Dədə Qorqud” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri, professor Ramazan Qafarlı “Kitabi-Dədə Qorqud”da mifoloji dünya modeli və vətən obrazı” mövzusunda mühazirə oxuyub.

Dədə Qorqud obrazının türklərin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biri olduğunu diqqətə çatdıran R.Qafarlı deyib: “Heç bir xalqın ədəbi irsində analoqu olmayan bu eposda əcdadlarımızın ilkin dünyagörüşündən orta çağların tarixi hadisələrinədək əksər sosial ünsürlərin izlərinə rast gələ bilirik. Dastanda ana obrazı vətən rəmzi kimi səciyyələndirilir, ana haqqı tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü və məsəllərdən istifadə olunub. “Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixi üçün zəngin mənbədir”.
AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Kitabi-Dədə Qorqud” dastanında İslam dininin elementləri, Qorqud sözünün etimologiyası və digər önəmli mövzulardan bəhs edib. “Tarixi şəxsiyyət və hadisələrin şərti səciyyə daşıdığı “Kitabi-Dədə Qorqud” eposunda real hadisələrlə birgə mifoloji dünyagörüşə söykənən obrazlar da əksini tapır. Bu obrazlarda İslam dininə qədərki türk dünyagörüşünün elementlərini də müşahidə edə bilirik”, – deyə M.İmanov vurğulayıb.
İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

























Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə və rəvayətləri təhlil olunur. Mif-ritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetic strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.


Ramazan Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. – Bakı, «Elm və Təhsil», 2014, 540 səh.
Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.

Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.

Şifahi xalq ədəbiyyatının mühüm qollarından birini təşkil edən uşaq folkloru minlərlə dinləyicisini, oxucusunu uşaq aləminə səyahətə aparır, mahir bələdçi kimi onlara körpələrin istəklərini, arzularını, oyunlarını, əyləncələrini, məşğuliyyətlərini, psixologiyasını göstərir. Ən ümdəsi isə Azərbaycan türklərinin milli xüsusiyyətlərini, mənəvi dünyasını, adət-ənənələrini canlandıra bilir və keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirir. Kitabda Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə toplanaraq oxuculara təqdim olunur.

Ramazan Qafarlı. Mif, əfsanə, nağıl və epos: şİfahİ epİk ənənədə janrlararası əlaqə. Ali məktəb tələbələri üçün dərs vəsaiti: [monoqrafiya] /; elmi red. X. Məmmədov. ADPU-nun NƏŞRİ 780 səhifə – 48.94 çap vərəqi
Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə, rəvayət və eposları təhlil olunur. Mifritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.

Monoqrafiyada Azərbaycan türk mifologiyasının genezisi, ümumi-nəzəri məsələləri apaşdırılır və Azərbaycan miflərinin bərpası yolları aşkarlanır. Mifologiyanın tədqiqi və nəzəri əsasları, Azərbaycan miflərini bərpaetmək üçün əsas mənbələr, mif və Azərbaycan xalqının tarix, mifoloji dərketmənin ilkin mərhələləri, mif və sakrallıq, mifologiyada kəmiyyət kateqoriyası, ənənəvi təqvim (yazqabağı) ritualları və mif (keçi mifinin rituallaması,Günəş ata, Xızır), İlaxır çərşənbələr (su çərşənbəsi, yaxud əzəl çərşənbə, od çərşənbəsi, torpaq çərşənbəsi, yel çərşənbəsi) kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.

Monoqrafiyada Azərbaycan türk mifləri təsnif edilir. İbtidai görüşlər sistemi və mif, totemizm və totem mifləri (Qaba Ağac, Buynuzlu ana maral, Boz qurd, Ağ quş), şamanizm və qam-şaman mifləri (tanrı panteonu), Çadır (otaq, yurd) mifik Dünya modeli, qam-şaman səyahətləri, ruhun əvəzlənməsi, yaxud can əvəzinə can vermə, dual təsəvvürlərin tarixi kökləri və əkizlər mifi, atəşpərəstlik tanrı panteonu (İşıqlı dünyanın tanrıları, Qaranlıq aləmin təmsilçiləri) mifoloji model və strukturlar, dev, əşdaha və pəri, Tanrı-insan qarşıdurması kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.

Aзербайджанская мифология впервые привлекается к самостоятельному исследованию (в этническом – тюркском и региональном – севере и южно-азербайджанском контексте). В целом мифология Азербайджана также впервые становится предметом специального научного исследования – одна из первых попыток изучения раннего мышления о мире, природе и человеке, раскрывающая мировоззренческие аспекты в том, отдаленном от нас, времени. Р.Кафарлы затрагивает вопросы жанровых особенностей, поэтической структуры, тематического диапазона.

Низами Гянджеви (1141-1209) – великий поэт азербайджанского народа, гуманист, мыслитель, творения которого оказали могущественное воздействие на развитие мировой литературы. Талант мыслителя, которого более восемьсот лет удивляет весь мир. Великий Азербайджанский поэт, его в самый человечный произведение «Лейли и Меджнун», показывает суть разума людского. В монографии Р.Кафарлы анализируются неисследованные пласты художественного наследия Низами, связанные с азербайджанским фольклором и произведениями древней арабо-персидской письменной литературы. В своем энергичном повествовании автор приближает героев Низами к нашей современности и отвечает на интересующее молодого читателя о любви и влюблённости, многие из которых подняты впервые.

Низами Гянджеви (1141-1209) – великий поэт азербайджанского народа, гуманист, мыслитель, творения которого оказали могущественное воздействие на развитие мировой литературы. Талант мыслителя, которого более восемьсот лет удивляет весь мир. Великий Азербайджанский поэт, его в самый человечный произведение «Лейли и Меджнун», показывает суть разума людского. В монографии Р.Кафарлы анализируются неисследованные пласты художественного наследия Низами, связанные с азербайджанским фольклором и произведениями древней арабо-персидской письменной литературы. В своем энергичном повествовании автор приближает героев Низами к нашей современности и отвечает на интересующее молодого читателя о любви и влюблённости, многие из которых подняты впервые.

Kitabda Türk dünyasının dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar Vahabzadənin ölümündən (13 fevral 2009-cu il) sonra Azərbaycan və dünyanın digər ölkələrinin mətbuatında işıq üzü görən müxtəlif səpgili yazılar toplanmışdır. Şairsiz qaldığımız bir il ərzində onun ölməz əsərlərini, ədəbi-ictimai fəaliyyətini qələm dostları ilə yanaşı elm və siyasət adamları da yüksək qiymətləndirmişdilər. Kitabda B.Vahabzadəyə həsr olunan vida şeirlərinə də yer ayrılır. Eləcə də oxucular qüdrətli söz ustasının son müsahibə və şeirləri ilə tanış ola bilərlər.











