Bədii mətnin təhlil aspektləri

 Sadalanan atalar sözlərinin strukturu mahiyyəti ilə üst-üs­tə düşür və dünya modelinin yaranması prosendəki fəaliyyətə uy­ğun qurulur:

Burada dünya modelinin başlanğıc (su-sel) və son (yel-hava-ruh-can) elementinin yoxluğundan bəhs olunur. Bu ün­sür­lər­siz yaranış mümkün deyil, ona görə də atalar sözünün yekunu mən­fidir.

Maraqlıdır ki, mifik dünya modelinin dörd ünsürünün də ki­şi başlanğıcı müsbət (+), qadın başlancığı isə mənfi (-) işarəsi ilə kodlaşır:

Bu ünsürlərin birləşməsinə – bir-biri ilə bağlanmasına gə­lin­cə su–od bağlılığı ziddiyyətlidir, su odu söndürür (Atalar de­miş­kən: «Su ilə odun nə oyunu?»).

Lakin su torpaqla birləşir. Su torpağa can verir.

Eləcə də havasız odun mövcudluğu mümkün deyil. Ocağı üfürüb sönməyə qoymurlar.

Deməli, eynicinslilərin – kişilərin, yaxud qadınların bir-biri ilə bağlılığı yaşarlığa, bir-birinə əks olan tərəflərin bağlılığı isə, ölümə səbəb olur. Başqa sözlə, su ilə torpağın qovuşması tə­bi­ətin canlanmasına, od ilə havanın qovuşması isə inkişafa təkan ve­rir. Əks kodlu elementlərin qarşılaşması halları da tez-tez tək­rar­lanır:

Başlanğıcda bu xeyir-şər mifopoetik modeli ilə meydana atıl­mış və bütün əksliklərin (gecə-gündüz, pis-yaxşı, işıq-qa­ran­lıq, ağ-qara, həyat-ölüm və s.) kökündə durmuşdur. Sonralar «Aves­ta»da qara və ağ butanın bir dairənin içərisində bir-birinə pər­çimlənməsi şəklində rəmzləşmiş və atalar sözlərində «Xeyir şər­lə qardaşdır» şəklində yaddaşlara həkk olunmuşdur:

Bu atalar sözü üç parçaya bölünür. Lakin ilkin çağlarda his­sələrin sayının dörd olması etimalı da var:

Struktur poetikasının dördlük sistemində də eyni funk­si­ya­nın yerinə yetirildiyinin şahidi oluruq.

Struktur təhlilil tipologiyası, kateqoriyaları və ter­mi­no­lo­gi­ya­sı tədqiqatçılar (R.Bart, V.Y.Borev, V.Baxtin) tərəfindən iş­lə­nib hazırlanmışdır.


[1] Мелетински Е.М. Историческая поэтика новеллы. – М., 1990

[2] Hacılı A.Bayatı poetikası. – B., 2000.

[3] Тодоров Цветан. Поэтика. В кн. «Структурализм: «за» и «против». – М., 1975, с. 37.

[4] Тодоров Цветан. Поэтика. с. 37.

Bir cavab yazın

Back to top