Mütləq dialektika və mütləq mifologiya

Fırlanan dünyada heç nə yerində donub qalmır. Zaman də­yiş­­diyi kimi varlıqlar, hadisələr də anbaan başqalaşır. A.F.Lo­se­vin Mütləq (absolyut) dialektika-mütləq mifologiya təlimində gö­s­tərilir ki, «hər bir kateqoriya ilkin varlıqdır». Ancaq o, il­kin­li­yini həmişə qoruyub saxlaya bilmir, başqa sözlə, yerində do­nub qalmır, dəyişir, inkişaf edir, başqalaşır. Ona görə ki, ka­te­qo­ri­yaların hamısı yalnız başlanğıc mövcudluğunda (do­ğu­lu­şun­da) eyni görünür. Sonrakı dinamikada oxşarlıq özünü zahirən gö­stərir. Dünyaya yenicə göz açan hər hansı bir körpə inki­şa­fı­nın müəyyən pilləsinədək (çəkisini, cinsini, növünü, irqini nəzərə al­masaq) başqalarından fərqlənmir.

Deməli, yaranışın doğulma mərhələsində eyni ailədən olan bir kateqoriya digər ailəyə məxsus kateqoriyalarla birlikdə ar­dı­cıl­lıqla təkrarlanır. Lakin bu fəaliyyət sıralanması bir-birini adi şə­kildə əvəzləmə deyil.

Dialektikada hər şey eynilə fərqsiz təkrarlansaydı, də­yişməsəydi, əvəzlənməsəydi, dünyada heç bir inkişaf baş ver­məz­di. İş ondadır ki, hər təkrarlanmada hansı dairədə və mü­hitdə «baş verməsindən» asılı olaraq tamamilə yeni kateqoriya əmə­lə gəlir. Bu səbəbdən də bütün kateqoriyalar əsasdır.

Heç nəyə ikinci dərəcəli varlıq tək baxılmamalıdır.

1234
Yumurta  toyuqYumurta toyuq
Kürü       balıq              Kürü       balıq
Dənə      →buğda            Dənə      →buğda
Bulud    → yağış             Bulud     →yağış
Ana        →uşaq              Ana        → balıq

tək­rarlanmalarında zahiri oxşarlıq göz qabağındadır. Hər sı­ra­lan­ma­­da birinci yerləri tutan varlıqları – yumurta, kürü, tum, bu­lu­du şərti olaraq ilk yaranış kimi götürürük. Zamanla dördü də key­­fiyyət dəyişikliyinə uğrayaraq sıradan çıxır. Toyuq, balıq, buğ­­da və yağış müəyyən dairədə (toyuq yumurtalaması, balıq kü­­rü verməsi, buğda-tum, yağış-bulud təkrarlanmasında da müt­ləq, tam eynilikdən danışmaq mümkün deyil. Ən yekrənk var­lıq və hadisələrin belə bərabərliyini söyləmək çətindir. Mə­sə­lən, qə­na­ət var ki, musiqidə ritm, ahəng yaratmaq üçün səs tem­brləri bə­zən eyni ilə təkrarlanır. Yaxud şeirdə rədifdən, təkrir və tək­rar­lardan olduğu kimi geniş istifadə olunur. Lakin kim de­yə bi­lər ki, təbilçinin vurduğu zərbələrin hamısı eynidir. Ya­xud sazın və tarın simlərinə toxunan mizrab eyni ritmi təkrarlayır. Ən usta xa­nəndənin dəfələrlə oxuduğu mahnı tam bir-birinin təkrarı ol­mur. Deməli, yüz illərlə ədəbiyyatşünaslıqda qəbul edilmiş po­etik fiqurların və musiqidə səs təkrarlamaların da mütləq ey­niy­yət təşkil etmədiyi aydınlaşır. Heç bir çalğıçı, yaxud ifaçı bir sə­sin tam oxşarını yenidən çıxara bilməz. Bu praktik cəhətdən müm­kün olmayan işdir. Koroğlunun «Gərək» rədifli gə­ray­lı­sın­da bir səs misra sonunda beş dəfə təkrarlanır:

İyit meydana girəndə, Qay­nayıb coşmaya gərək. Əgər olsa haqq vergisi, Həddini aşmaya gərək.   Biz düşdük Tona çayına, Haqq bəla vergisi xayına. İyid iyidin payına Köndələn düşməyə gərək.Gəldik, düşdük biz bu yurda, Haqq bəla versin namərdə. Mətain keçməyən yerdə Yükünü açmaya gərək.   Qoç Koroğlu çıxar düzə, Heç baxmaz əlliyə, yüzə. Mən dəlidən doğru sizə- Qənimdən qaçmaya gərək.  

Asanlıqla görmək mümkündür ki, təkrarlanan «gərək» sözü həm ifadə, həm də məna daşıyıcısı rolunda sadəcə olaraq tək­rarlanmır, tamamilə fərqli poetik fiqurlar kimi çıxış edir və baş­qa anlam daşıyır:

Həddini aşmaya gərək səxavət
Köndələn düşməyə gərəkgözütoxluq
Yükünü açmaya gərək ehtiyatlılıq
Qənimdən qaçmaya gərəkbacarıq

Şeirdə təkrarlanan kateqoriya kimi keçib bir detal sözü gö­tü­rülmüşdür.

Mütləq dialektikanın əyaniliyini A.F.Losev hər kiçik ka­te­qo­riyanın da böyük əhəmiyyət kəsb etməsi ilə göstərir. Belə nə­ti­cəyə gəlirik ki, bütün kateqoriyalar mühüm, ilkin, vacib amilə çevrilmək imkanına malikdir. Müasir fəlsəfədə dialektika – var­lı­ğın inkişafı, dərki, ən ümumi əlaqələri və təşəkkülü haqqında tə­limə əsaslanan təfəkkür metodunu təşkil edir. Başqa sözlə, di­alek­tikanın mahiyyətində bir-birinə bağlanmanın, yaranışın, əla­qə­ləndirilmənin, yetişib bütövləşmənin tarixən formalaşmış ən ümu­mi qanun və kateqoriyalar sistemi durur. A.F.Lesova görə, bu nisbi dialektikadır.

Nisbi dialektikanın tərəfdarları varlığın tam dərk olunma­sın­da məhz ona görə çətinliklərlə qarşılaşır ki, əsas özül kimi an­caq bir neçə kateqoriyanı götürür, yerdə qalanlar eyni növlü, ya­xud izahedilməz şəkildə təqdim olunur. Alim bildirir ki, dialek­ti­kanı öyrənənlər «dialektik» kimi işlədir «obyekt» və «subyekt» ka­teqoriyalarını ortaya atırlar. Hamısı bacarmasa da, bəziləri bi­ri­nə əsasən digərini üzə çıxardır. Bu hələ azdır. Əgər onlar hə­qi­qə­tən qəti və düzgün fikrə gəlmək istəyirlərsə,

obyektə subyekt, sonra
obyektə obyekt, daha yaxşı olar ki,
subyekt – obyekt eyniliyinə obyekt eləcə də
subyekt-obyekt eyniliyinə subyekt kimi baxılmalıdır.

«Dialektik» bu halda Hegel «»Ensiklopediya»sının so­nun­da olduğu kimi, «Şəxsiyyət» kateqoriyasını görməklə yanaşı «İn­cəsənət» və «Din» kateqoriyaları ilə birlikdə tam dialektik la­büd­lüyü meydana çıxardar və heç kəsin bu kateqoriyaları yalan, möv­cud olmayan saymağa cəsarəti çatmaz.

Bir cavab yazın

Back to top