Struktur poetikanın tipologiyası və kateqorial sistemləri

Struktur təhlil predmetinin kateqoriyaları

Ümumi amillər: İşarə / məna – zaman, məkan, insan, cə­miyyət, təbiət / onların yaradıcılıq aktına çevrilib bədii obraz-lar­la əksi və qarşılıqlı əlaqəsi.

Nitq/dil – Orta çağlarda Azərbaycan türklərinin şifahi və ya­zılı dili/fonopoetik, qramatik və leksik vasitələr, poetik sin­tak­sis, bədiiliyi təmin edən amillər.

Mətn/tam mətn (kontekst) – giriş hissə/eposun Drezden və Va­tikan nüsxələri.

Mədəniyyət hadisəsi/mahiyyət – Yazılı ədəbi abidə/epik ənənənin ən möhtəşəm nümunəsi, xalqın həyatı, məişəti, istək və ar­zularına güzgü tuması.

Fərdi amillər: Məlumatı göndərən (yəni bədii əsəri ya­ra­dan və yazıya alan) – məsələn, “Kitabi-Dədə Qorqud” eposunda ozan­lar və katiblər.

Qəbul edən (dinləyən) – məsələn, “Kitabi-Dədə Qorqud” epo­sunda ozan məclisinin işkirakçıları və mətni oxuyanlar.

Məlumatın özü – məsələn, “Kitabi-Dədə Qorqud” eposun-da Dədə Qorqudun kimliyi, Allah, peyğəmbər və qohumları haq­qında, Qafqaz türklərinin ilkin dünyagörüşü, ailə mü­na­si­bət­lə­ri, ailə-əxlaq qaydaları, qadın tipləri və s.

Kodu məsələn, “Kitabi-Dədə Qorqud” eposunda Dədə Qor­qud qeybdən xəbər verəndir, övliyadır, müdriklik mücəssi­mə­sidir, qadın soy soldurandır, toy doldurandır… «Kitabi-Dədə Qor­qud» dastanını tarixi-müqayisəli aspektə götürüb struktur təh­lilə cəlb etmək üçün mövcud iki əlyazma mətni ilə (Drezden və Vatikan) yanaşı boylarda görünənlərin əks-sədası kimi aşağı­da­kı məsələlərə də diqqət çəkmək vacibdir:

Üst qatda yerləşənlər – mətnlə səsləşənlər.

Alt qatda olanlar – görünməyənlər.

Strukturalistlər «mətn və mətn» şüarı ilə çıxış edir, bədii əsə­rin yaranmasına təsir edən görünməz(mətndənkənar) amilləri çox hallarda nəzərə almırlar. Halbuki mətn öz-özünə yaranmır, ger­çək həyatın, insan yaşantılarının müxtəlif məqamlarının təxəy­yüldən keçirilmiş əksi kimi ortaya çıxır. Hadisələrin bədii əsər formasında «istehsalında» yaradıcının (yaxud yaradanların) təc­rübəsi, biliyi, istedadı, hiss və emosiyaları da az rol oynamır. Bura ətraf mühitdə baş verənləri, müasirlərinin (eposdan söhbət ge­dirsə, yarandığı dövrün insanlarının) məişət tərzini, adət-ən­ənə­ləri, ritualları, çevrəsində olanların ziqzaqlı münasibətlərini, müx­təlif dünyagörüşlərini, inanc sistemlərini, eləcə də alt şüurun tə­sirini əlavə etsək, yaradıcılıq prosesinin mexanizmini az-çox tə­səvvür edə bilərik. Bədii mətn struktur halına düşənədək təfək­kür qazanında qaynadılır. Onun elementləri arasındakı hər bir əla­qə və bağlılıqda kənar amillərin izləri var. Ona görə də təhlil za­manı bədii mətn ərsəyə gətirilənədək hardan mayalandığını, qi­dasının nələrdən ibarət olduğunu nəzərə almaq vacibdir.

Bədii əsərin yaranmasına təsir edən görünməz (mətn-dən­kənar) amillər. “Kitabi-Dədə Qorqud” eposunun yaranma-sına aşağıdakı vasitələr yardım göstərmişdir:

  1. Qaf­qaz türklərinin ilkin dünyagörüşü sistemləri və mifologiyası.
  2. Kök­dən süzülüb gələn elementlər.
  3. Orta çağların yazı mədəniyyəti.
  4. Yazılı ədəbi əsərlərin strukturu.
  5. Dövrün tərbiyə və əxlaq qaydaları.

Münasibət formaları: ana-oğul, ata-oğul, ailə, ər-arvad, xan-bəy, bəy-çoban, qız-oğlan, islam-bütpərəstlik, islam-xristianlıq, oğuzlar-kafirlər

Əlaqələr: ticarət və mədəniyyətəlaqələri

İdarəçilik və xalq-hökmdar problemi.
Qonşularla qarşılaşma.
Türk nəsrinin və nəzminin mənşəyi. Ölçüsüz şeir.
Qafqaz oğuzlarının, qıpçaqların həyatı və məişət tərzi.
Ozan sənəti.
Oğuznamələr.
Şifahi və yazılı epik ənənənin başqa janrları.
Xatirələrdə, əfsanə və rəvayətlərdə yaşadılan tarix.
Eposun xalq arasında formalaşdığı dövrün hadisələri.
Adət-ənənələr (doğum, adqoyma, toy, yas və s.).
Rituallar və el şənlikləri.
Türk xalqlarının savaş sənəti. Silahlar. Hərbi geyimlər.
İslam inancı.

Bir cavab yazın

Back to top