Mifin və mifologiyanın mahiyyəti

Azərbaycan-türk mifoloji düşüncəsi arxaik struktur arxe­tip­ləri ilə zəngindir. Dünyanın yaranmasına öz mənəvi alə-mindən baxan ulu əcdad ilkin olaraq universal obrazlar silsi­lə­si­ni Qobustan qayalarına əks etdirmişdir. Burada kişi və qadın baş­lanğıcını göstərən təsvirlər, təbiət qüvvələrinin, heyvan və quş­ların canlandırılmasına aid səhnələr vardır. Kainatın yaradı­cı­sının Günəşlə, Göylə, Dağla əlaqələnməsinə, təbiət hadisə­lə­ri­nin fövqəltəbii qüvvə şəklində anlaşılmasına, canlıların və in­sa­nın meydana gəlməsində totemlərin, tanrıların, ruhların roluna, dün­yanın ikili xarakterinə, başlanğıcda Xeyirlə Şərin mü­ba­ri­zə­si­nə, demiurqların – mədəni qəhrəmanların fəaliyyətinə, triks­ter­lə­rin – ikili məxluqların, qorxu, fəlakət törədən amillərin əməl­lə­rinə Azərbaycan türklərinin öz münasibəti və fərqli davranış for­ma­ları (ritualları) olmuşdur.

İlkin əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri və heyvanlar aləmi arasında oxşarlıq görmüş (qidalanmada, do­ğum­da, hərəkət və davranışda, eləcə də digər zahiri əlamət­lərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə təsir gös­tərməyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tə­rə­fin­dən gələn təhlükələrə qarşı nikbinliklərini qoruya bilmişdir. On­la­rın yaşamaq uğrunda mübarizəsindən və topladıqları təc­rü­bə­dən doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında möh­kəmləndikcə təsəvvürlərə çevrilmişdir. Ulu əcdad dünyaya həmin təsəvvürlərin baxış bucağından, yaxud pəncərəsindən bax­mışdır və onlar sistemləşdirildikcə totemizm, animizm, ani­ma­tizm, magiya və kult münasibətləri şəklini almışdır. Təbiət var­lıqlarının fetişləşdirilməsi isə müxtəlif ayin və mərasimlərin ke­­çi­rilməsinə meydan açmışdır. Ovçuluq, maldarlıq və əkin­çi­lik­də qazanılan uğurların da səbəbini həmin təsəvvürlərin do­ğur­du­ğu qeyri-adi məxluqlarla əlaqələndirmişlər. Mifoloji anlayış­lar da bu təsəvvürlərin içərisindən keçərək öz model və struk­tur­larını qurmuşdur və yuxular ibtidai görüşlərə təkan verən əsas vasitələrdən biri olmuşdur.

Mifə struktur kontekstində yanaşan nəzəriyyəçilər onları, əsasən, dilçilik, semiotika baxımından təhlil edir, nəticədə onu «özünəməxsus dil növü»nə[1] çevirməyə cəhd göstərirdilər. Miflər sadəliyi, primitivliyi ilə seçilməsinə, asan yolla dünyanı dərk-etmə vasitəsi olmasına baxmayaraq, nədənsə, onları abstrakt üsullarla şərh etmək ənənə halını alırdı. Bu mənada miflərin tədqiqində son istiqamət fransız semioloqu Rolan Barta məx-susdur. O, strukturalist metodologiyaya söykənən tədqiqatla­rın­da yalnız dil faktoru kimi götürüb mənalandırmaqla miflərin bir sıra başqa mühüm cəhətlərini – süjet elementlərini, obrazlar sis­te­mini, özündə hadisə, əhvalat daşımasını, hiss, emosiyalar ifadə et­məsini və s. arxa plana keçirir. Əlbəttə, bütün elmlərin bü­növ­rə daşlarını təşkil etdiyi üçün miflər hər sahədə izlərini bu və ya di­gər dərəcədə qoruyub saxlayır. Bu, sabit qanunları, ka­te­qo­ri­ya­ları olan elmlərdə, o cümlədən dilçilikdə, riyaziyyatda, se­mio­ti­ka­da daha çox nəzərə çarpır. Miflər sözlərdə müxtəlif məna ça­lar­ları yaratmaq funksiyasını bu gün də yerinə yetirir. Bu ba­xım­dan R.Bartın fikirləri ilə, bəlkə də, razılaşmaq mümkündür: mif – «ata­lar sözündə təsdiqləndiyi kimi, biliyin anasıdır, lakin belə he­sab edirəm ki, bütün hallarda o işarənin anası olur»[2].

Mifologiya düşüncə tarixinin genetik strukturunda da­yan­maq­la onun arxetip səviyyəsini təşkil edir.

Mifologiya mütəxəssisi M.İ.Steblin-Kamenski yazır ki, «Mif – elə bir nağıl-etmədir ki, həqiqətdən tamamilə uzaq olsa da, yaranıb yayıldığı yerlərdə gerçəklik kimi qəbul edilir»[3]. Bu, mi­foloji düşüncə çağıdır: elə bir dövr ki, orada mifoloji dünya mo­deli dünyagörüşün dominant struktur sxemini təşkil edir. La­kin düşüncənin sonrakı inkişaf prosesində mifin qavrayışında fərq­li aspektlər meydana çıxır. Müəllif daha sonra bildirir ki, hələ b. e. ə. V əsrdə bəzi qədim yunan filosofları mifləri şərh et­miş, onlara təbiət hadisələrinin alleqorik keyfiyyəti, mücərrəd­ləş­dirilmiş anlayış, dolayı şəkilli tərbiyələndirmə vasitəsi kimi bax­mışlar; deyək ki, mifdə hər hansı bir tanrının, yaxud ilahənin ər-arvad sədaqətini pozması nəticəsində fəlakətlər törəyir. Bu be­lə bir hökm çıxarmağa imkan yaradır ki, ərlə arvad bir-birinə xə­yanət etməməlidirlər. Antik dövrdə belə düşünülürdü ki, hökm­darlar məqsədyönlü şəkildə özlərini tanrı səviyyəsinə qal­dı­rır, hər şeyə qadir olduqları barədə fərziyyələr yayır, ya da bu işi yerinə yetirməyi müasirləri ilə davamçılarının ixtiyarına bu­ra­xırdı. Deməli, mif həmişə yaranıb-yayıldığı yerlərdə gerçəklik şək­lində qəbul edilmir, hakim dairələrin mövqeyini müdafiə edən amilə və hətta gülüş hədəfinə çevrilirdi.

Çağdaş rus mifoloqu A.K.Bayburin mif haqqındakı nəzəri bilik­ləri ümumiləşdirərək yazır ki, «mif (almanca mythe, ing. myth, fr. mythe: yun. mythos – rəvayət, əhvalat) termini əsəsən iki anlamda işlənir:

1) sözlərlə yaranan təsviri mətn və

2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli)»[4]. Birin­ci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda an­laşılır. Mifin sintaqmatik vahid olaraq gerçəkləşməsi təsa­dü­fən baş verir. Mif mənanın paradiqmasına çevriləndə (mətn mə­də­niyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi mə­dəniyət abidələri və s. ilə bir sırada) birinci və ikinci anlamlar ara­sında fərqlər üzə çıxır, lakin mif və mifologiyanın eyniliyi nə­zərə çarpmır. Ona görə ki, sonuncu (mifologiya) təsviredici (sintaqmatik) vahidlərin – miflərin sistemi kimi başa düşülür. Mü­əllifin qənaətinə görə, mifologiya termini də bir neçə an­lam­da işlənən ifadədir: birincisi, mifologiya – hər hansı bir tarixi-mə­dəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; ikincisi, dün­yanı dərk etməyin xüsusi formasıdır. Bu halda mifologiyanın mə­nası mif anlamına yaxındır, hətta onun paradiqmatik aspekti ilə eynidir. Üçüncüsü, mifologiya – mifləri və mifoloji sistemləri öy­rənən elm sahəsidir.

Azərbaycanda mifologiyanın öyrənilməsinə müasir elmi-me­todoloji stantartları tətbiq etməklə diqqətçəkən nəticələrə nail ol­muş A.Acalov müasir elmi araşdırmalara söykənərək, belə qə­na­ətə gəlir ki, mifologiya dünyanı özünəməxsus qanun və va­si­tə­lərlə biçimləyən, izah edən «dinamik işarələr sistemidir». Hər bir sistem kimi mifoloji sistem də yalnız göstərilən əlamətlər və özü­nün tərkib hissələri (struktur elementlər) ilə deyil, daha çox bü­tün bunların qarşılıqlı münasibətləri, əlaqələri ilə səciy­yələnir. Çünki «hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahid­lərin necə düzülməsindən asılı olur» (Nəsirəddin Tusi). De­məli, dünyanın mifoloji modelini və mifoloji düşüncəni bərpa edər­kən onun bütün ünsürlərinin (yer, göy, su, ağac, ruh, əcdad və b.) müəyyənləşdirilməsi işin yalnız bir tərəfidir. Başlıca mə­sə­lə onların düzülmə ardıcıllığını və münasibətlərini bərpa et­mək­dir. Və bu zaman konkret ünsürlərin semantikası nə qədər də­yərli olsa da, araşdırıcı üçün ikinci dərəcəlidir. Çünki bərpa son nəticədə konkret semantik qatları yox, ümumi modelin aş­kar­lanmasını nəzərdə tutur. Başqa sözlə, həmin ünsürlərin vahid mo­deldə birləşmə, qarşılıqlı fəaliyyət və dəyişməsi qanunları ilə məş­ğul olur. Əgər dil və başqa işarə sistemləri (mifologiya özü də elə müəyyən işarə sistemidir!) ilə analogiya aparmış olsaq, de­yə bilərik ki, bərpa burada mifoloji düşüncənin qram­ma­tika­sı­nın, mifoloji sintaksisinin bərpasıdır[5].

Beləliklə, xalqın ən ibtidai kollektiv fantastik icadı olan mif­lərdə gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) və şəxsləndirilmiş obrazlar şəklində əks olunur, insan ağlına gə­lən nə varsa, hamısı həssaslıqla ümumiləşdirilib, adi halından çıxa­rılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir və bunlar il­kin inanışlarda reallıq kimi başa düşülür. Mif mənəvi mədəniy­yə­tin başlanğıc forması, xalq fantaziyasının özülü olmaqla ya­na­şı, ulu əcdadın təbii fəlakətlərə, qəzalara, xəstəliklərə qarşı qor­xu hisslərinə üstün gəlmək vasitəsi idi. Başqa sözlə, toplum ha­lın­da yaşayan qədim insanlar qeyri-şüuri şəkildə təfəkkürdə ya­ra­nan məcazi obrazlarla təbiətə təsir göstərməyin yollarını ax­ta­rır və nəticədə onunla təskinlik tapırdılar ki, sel də, sərt külək də, qızmar günəş də onlar kimi canlıdır, istədiklərini ödəməklə təh­lükəni sovuşdurmaq olar. Beləliklə, mifik düşüncənin mən­ti­qi özünəməxsusluğu ondadır ki, ibtidai insanlar onları əhatə edən sosial mühitdən (xüsusilə təbiətdən), emosiyaların, hissi ef­fektlərin təsirindən özlərini təcrid etmirdilər, miflərdə dolayı yol­la da olsa varlığın bir-birinə bağlanan və hissələrə parçalanan əla­mətlərini qoruyub saxlaya bilirdilər. Deməli, dünyada baş ve­rən hadisələrin sadəcə təsvirinə deyil, mahiyyətini, məğzini an­lamağa təşəbbüs göstərirdilər. Bütün bunların nəticəsi olaraq, gözlə görünən və duyulan hər şeyi şəxsləndirir, özlərində mü­şa­hi­də etdikləri əlamətlərlə təqdim edir, daha dəqiq desək, təbii, so­sial və mədəni obyektləri metaforik müqayisədə verirdilər (in­san­lar hər şeyi, ilk növbədə, özləri ilə müqayisə edirdilər, cansız əş­yalarda, bitkilərdə, heyvanlarda, quşlarda, dağlarda, çaylarda, göl­lərdə, təbiətin əsrarəngiz hadisələrində özlərində olan key­fiy­yət­lər tapır, bununla dünyanı dərk etməklə yanaşı, özlərini daha yax­şı tanımaq istəyirdilər). Ona görə də, mifik təfəkkürdə insan­lara xas xüsusiyyətlər təbiət hadisələrinin, cansız var­lıq­la­rın, heyvanların, quşların və bitkilərin üzərinə köçürülür, hər şey dü­şünmək qabiliyyətinə, hissiyata malik təsvir olunur və zahirən antro­pomofik şəkil alırdı. Mövcudatın animistik (ruhun varlığı) mo­deli yaradılırdı. Bəzən isə, əksinə, təbiət qüvvələrinə, xüsu­si­lə heyvanlara, quşlara məxsus əlamətlər (daha çox totem kimi qə­bul edilən heyvan, quş və bitkilərin əlamətləri) mifik mədəni qəh­rəmanlara (nəsil törədənə) şamil edilirdi. Məsələn, Oğuzun «aya­ğı öküz ayağı kimi (qüvvətli), beli qurd beli kimi (incə), om­buzları samur ombuzları kimi, köksü ayı vücudu kimi (güclü) və bütün bədəni tüklü idi».[6] Qeyri-adi təsvirlər, qəribəliklər, mö­cü­zələr, dəyişmələr, metamorfozalar (dönər-gələr), dünyanın müx­təlif obyektlərinin canlandırılmış və şüura malik obrazlara çev­rilməsi və s. mifik fantaziyanın istehsal etdiyi məhsullardır. Tə­biətin fəlakətli hadisələri müqabilində təfəkkürdə kortəbii ya­ra­nan bəzi mifik obrazlar (müəyyən qorxunc qüvvələr) trans­for­ma­­siya nəticəsində zahiri əlamətlərinə görə vəhşi, dəhşətli məxluq şəklinə (çoxbaşlı, çoxəlli, təkgözlü, ağzından od püs­kü­rən, adamcıl, baş kəsən, qan içən) düşür. Belə ki, qıtlığa səbəb olan quraqlıq – əjdaha; ölüm gətirən xəstəlik – nəhəng, qorxulu mə­lək; kainat – dünya ağacı, heyvana oxşar azman (məsələn, Şərq təqvimlərində kainatın bir hissəsi olan Yerin müxtəlif hey­van­lar üstündə mövcudluğuna və həmin heyvanların müəyyən ardıcıl­lıqla hər il bir-birini əvəz etmələrinə inam vardır) kimi təsəv­vür edilir; nəslin başlanğıcında duran ilk insan (əcdad) isə çox vaxt ikili təbiətə malik – zoomorfik və antropomorfik for­ma­da modelləşdirilir. Bu modellər müəyyən şərtlərlə birləşərək mif sis­temlərini yaradır. Belə ki, miflərdə ruhlar, allahlar, eləcə də on­ların törətdikləri dəhşətli təbiət hadisələri (ildırım çaxma­sın­dan yağış yağır, yağışdan sonra otlar cücərir və s.) və qəhrəman­lar həmişə qohumluq əlaqəsinə, məkan və zaman, yaxud baş­lan­ğıc, törəmə, başvermə səbəbinin oxşarlığına görə bir-birinə bağ­la­nır. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsürlərdən (od, su, hava, torpaq) yaranma­sına olan inamdan irəli gəlir.

Mifologiya ilkin dünyagörüşü sistemi kimi hər bir etnosun ta­rixinin və mədəniyyətinin ən qədim mərhələsidir. Etnoqrafi-ya­nın və folklorşünaslığın əsas tədqiq obyektlərindən biridir. Mey­dana gəldiyi dövrün həddindən artıq uzaqlığına və qeyri-müəy­yənliyinə görə sistemləşdiriləndə ayrı-ayrı dil ailələrinin, super etnosların kökündə dayanan qeyri-adi düşüncə tərzi və yara­dıcılıq hadisəsi sayılır. Bəşəriyyətin mənəvi mədəniyyəti içə­risində ikinci təfəkkür və kortəbii yaradıcılıq hadisəsinə rast gəl­mək olmaz ki, miflər qədər müxtəlif, bir-birinə zidd fikirlərlə izah edilsin. Tədqiqatçıların bir qrupu mifləri dinlə eyniləş­dir­mə­yə çalışmış, digərləri bunun qəti əleyhinə çıxmışlar. Bəziləri mif­ləri əfsanələrlə, rəvayətlərlə, nağıllarla qarışdırmış, başqaları isə folklordan tamamilə təcrid edilmiş halda xüsusi fəlsəfi kate­qo­riya kimi təqdim etməyi məqbul saymışlar. Elə tədqiqatçılar tapıl­mışdır ki, mifləri – xalqın mənəvi dəyərləri içərisində mür­tə­ce mahiyyətli artıq yük hesab etmişdir. Əksinə düşünənlər də (mə­dəniyyətin ən mütərəqqi faktı kimi) meydana çıxmışdır. Bəs əsil həqiqətdə mif nədir? Onun bəşər təfəkkürünün inkişafında ro­lu nədən ibarətdir, din, tarix, etnoqrafiya, dil və folklorla (bədii yaradıcılıqla) hansı tellərlə bağlıdır? – suallarına cavab ax­ta­rarkən ilkin olaraq S.A.Toka-revin İ.M.Dyakonova əsaslana-raq yazdığı fikirlər yada düşür: «Mif – dünyanın və insanların ya­ranması, eləcə də allahlar və qəhrəmanlar haqqında antik, bib­li­yadan gələn və başqa qədim, poetik, həm də qəribə əh­va­lat­lar­dır»[7]. E.M.Meletinskinin qənaətinə görə də mif allahlara, ruh­la­ra, ilahiləşən, ya da mənşəyi ilə allahlara bağlanan qəhrəman­la­ra, zamanın başlanğıcında dünyanın özünün, eləcə də təbiət və mə­də­niy­yət elementlərinin yaranmasında birbaşa, ya da dolayı yol­la iştirak edən, nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar ki­mi anlaşılır[8]. Əski çağlarda «mif» sözü yunanlarda mahiy­yətinə uyğun mənada başa düşülür və yarandığı anın dün­ya­anla­mı­nı, dünyaduyumunu əks etdirirdi.

Miflərdə forma məzmunla sıx vəhdətdə verilir. Xüsusi ob­raz­larla, işarələrlə, rəmzlərlə varlıqların və hadisələrin ma­hiy­yə­ti­ni açmağa cəhd göstərilir. Ona görə də miflər ikili xüsusiyyətə ma­lik olur. Başqa sözlə, mif eyni vaxtda həm forma, həm də məz­mun daşıyıcısına çevrilə bilir. Belə ki, antropomorfik mif­lər­də dünyanın alleqorik şəkildə dərki formadır, ifadə vasitəsidir, bədi­ilik üsuludur, poetik sistemin bir detalıdır, eləcə də insana, cə­miyyətə xas keyfiyyətlərin insanın və təbiətin üzərinə kö­çü­rül­mə­sindən alınan məna, məzmundur, hadisələri, əhvalatları, ob­raz­ların qarşılıqlı əlaqələrini özündə əks etdirir. Mifin bu cə­hə­ti­ni ilk dəfə müşahidə edən və elmi şəkildə əsaslandıran Rolan Bar­tın yazdığı kimi, miflər birdən-birə «dolu olduğu halda boş gö­rünür».[9]

Hər hansı bir mifik strukturda (mifik zamanda) varlığın ob­razlar şəklində yaranıb yaşama müddəti məchulluq çağından an­laşılan zamanadək daşıdığı roldan asılı olur. Qışın yazla, ge­cə­nin gündüzlə əvəzlənməsinin əsl səbəbi dərk ediləndən sonra hə­min təbiət hadisələrinin mifik sistemlərdəki modelləri mahiy­yə­tini (gerçəkliklə, reallıqla əlaqəsini) itirir, təfəkkürdəki ilkin funk­siyasını dəyişib, bədii sənət nümunəsinə çevrilir və folk­lo­run başqa janrlarının (xüsusilə nağılların və dastanların) içə­ri­sin­də əridilir. Miflərdə dünya modelinin tam təsviri ilə onun ayrı-ay­rı elementlərinin, detallarının yaranmasına (təbiət və mədəniy­yət obyektlərinin, allahların və qəhrəmanların) həsr olunan əh­va­latlar üst-üstə düşüb, bir-birini tamamlayır.

Bir cavab yazın

Back to top