Month: May 2021

“Koroğlu” – ilk nəşri olduğu kimi

Azərbaycan eposunun ilk nəşrində erməni tərcüməçi məqsədli şəkildə İ.Şopenə aşığın danışdıqlarını özü istədiyi şəkildə tərcümə etmişdir. Xalq qəhrəmanı Koroğlu guya öz adına yaraşmayan hərəkətlər edir. Onun milli mentalitetimizlə bir araya sığmayan addımlar atması mü- asir oxucuda rəğbətdən çox, nifrət oyadacaq. Düşmən hələ o zaman məkrli planlarını həyata keçirmək məqsədilə dünyaya məxsus mənəvi sərvəti ləkələməyə çalışmışdır. Tarix göstərir ki, bu gün ermənilərlə türklər arasında gedən mücadilənin kökü çox dərinlərdən gəlir. Belə qərara gəldik ki, əvvəl «Koroğlu»nun Şopen variantını olduğu kimi çap edək və sonra oradakı şərhlər, yanlışlıqlar barədə fikir mübadiləsi aparaq.

QAFQAZ TURİZM. Sayı 003

Yer kürəsini qarış-qarış gəzib haqqın yolunu arasanız, hərlənib-fırlanıb bir yerdə duracaqsınız. Doğrudur, Şərqdə də, Qərbdə də təbiətin və insan əllərinin yaratdığı möhtəşəm abidələrlə, möcüzələrlə rastlaşacaqsınız. Bir müddət Hindistanı, sonra bir-birinin ardinca Çini, Meksikanı, Kanadanı, Ərəbistanı, Yunanıstanı, İtaliyanı, İranı bütün yaranışların beşiyi sanacaqsınız.

QAFQAZ TURİZM. Sayı 001

İkinci minilliyin sonunda Azərbaycan müstəqillik əldə etdi. Yeni əsrin ilk illərində respublikamızda dövlət quruculuğu işləri başa çatdı. Ölkəni ümummilli lider Heydər Əliyev durğunluqdan çıxartdı. Tarix boyu Qafqazın Rusiya, İran, Gürcüstan, Ermənistan arasında paylaşılan türk ərazilərinin daha xırda hissələrə parçalanmasının qarşısı alındı.

YARANIŞ, OYANIŞ VƏ YENİLƏŞMƏ BAYRAMI

Qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın mənbəyinə – günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq – istilik – canlılıq Xeyrin, qaranlıq – soyuq – ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları təbiət və onun hadisələri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulmuşdur. Xeyirin zamanı yazın gəlişi ilə başlayır. Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir. Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır. Kitabda Ramazan Qafarlının iki iri həcmli məqaləsi verilmişdir: 1.NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ. 2. NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır. Kitabda Ramazan Qafarlının iki iri həcmli məqaləsi verilmişdir: 1.NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏKƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİDÜŞÜNCƏ KONTEKSTİNDƏ. 2. NİZAMİNİN MƏHƏBBƏT İDEALI:MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

“ZİYALI İŞAĞİNDA” / “ZEKA IŞIĞINDA” RAMAZAN QAFARLI / RAMAZAN GAFARLI – 70 Uluslararası Sosyal ve Kültürel Bilimler Kongresi

AMEA-nın Folklor İnstitutu, ADPU-nun Quba Filialı Türkiyə Cumhuriyyətinin İKSAD İnstitutu ilə birlikdə 2021-ci ilin 15-16 Temmuz (iyul) ayında Bakıda (Azerbaycan) “ZİYALI İŞAĞİNDA” / “ZEKA IŞIĞINDA” RAMAZAN QAFARLI / RAMAZAN GAFARLI – 70 Uluslararası Sosyal ve Kültürel Bilimler Kongresi keçirir.

ƏRGƏNƏKON – türkün əzəli yurda dönüşü, yaxud bir törənin tarixçəsi

Ey türk milləti, uyuma! Torpağına sahib çıx!..
Bu, çağırışı və göytürklərin törəyişini anladan “Ərgənəkon” qədim bir türk dastanının adıdır. Onun izlərinə Çin mənbələrində rastlaşırıq. Ulu əcdadlarımız söyləyirlərmiş ki, türklər bir zamanlar düşmən tərəfindən hiylə ilə yenildiklərindən böyük itki verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və Ərgənəkon ovalığına sığınmışlar. Uzun zaman keçəndən sonra yenidən yüksəlmiş, artıb çoxalmış, orduları dəniz kimi coşub dalğalanmış, onlar təkrar əski yurdlarına dönərək düşmənlə çarpışmış, ata-baba torpaqlarını geri almışlar.

Back to top