İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 8-ci yazı: daş qəbirlər

İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 8-ci yazı: daş qəbirlər

Marıqlıdır ki, uzaqgörənlərinin əsərlərində Qafqazda yaşayan prototürk tayfaları barədə də olduqca maraqlı məlumatlar qeydə alınmışdır. «Svill orakullarının kitabı»nın CXVII fəslində b. e. ə. 3600-cı ilə Yaxın Şərqdən Qara dəniz sahillərinə (Ayıdağ və Qaradağa) köçmüş əski xalqın dəfn adətlərindən bəhs açılanda göstərilir ki, «tavrlar özlərinin ölmüş çarlarını sağlığında onun üçün, hər şeydən əziz olan bütün yaxınları ilə birlikdə basdırırdılar. Yas mərasimi və daş qutularda torpağa tapşırma adətinin özünü onlar şimal qonşularından – Mərkəzi Qafqazdakı skiflərdən, turanlılardan götürmüşdülər».

Məlumdur ki, qədim insanlar ölünü torpağa tapşırma adətinə oturaq həyata keçəndən, yurd-məskələrini özününküləşdirib doğmalaşdırandan sonra başlamışlar. Xüsusilə ulu ata-babalarını kultlaşdırmaqla onların şərəfinə qurduqları kurqanları düşmən hücümlarından qanları bahasına qorumuş, ibadət, inam və ümid yerinə çevirmişdilər. O biri dünyadakı əbədi məskənlərə uğurlarının təminatçısı, fəlakətlərin qoruyucusu kimi baxmışdılar. Arxeoloji qazınılar zamanı Şəkidən çoxsaylı belə daş qəbirlər aşkarlanmışdır. Sivill kitablarında təsvir edildiyi şəkildə orada da ölən icma başçıları xoşladığı əşyaları, silahları, atı və istəkli qulları ilə birlikdə basdırılmışdır.

Antik roma mənbələrindən məlum olur ki, tavrlar sonralar tez-tez İran imperiyasının hücumlarına məruz qalırdılar və «Daranın skiflər üzərinə yürüşü zamanı onlar skif tayfalarının müttəfiqləri idilər».

Bu tarix Böyük Kirin Qafqaz massagetləri (Tomiris) tərəfindən öldürülməsindən sonrakı çağlara təsadüf edir. «Tavr» sözünün yozumundan danışılında isə sivill uzaqgörənləri bildirirdilər ki, «antiq yazıçılar bəzən «tavr» deyəndə təkcə xüsusi tavr tayfalarını deyil, ümumilikdə Tavriç yarımadasında məskunlaşan turan, ari, sonralar isə german və slavyan xalqlarını nəzərdə tuturdular».

Sivill kitablarında arilərin turanlılarla birliyini, daha doğrusu, qədimlərdən onlarla əlbir fəaliyyətini təsdiqləyən məlumatlarla da rastlaşırıq: Belə ki, «bizim eranın 267-275-ci illərində Tavriç sahillərini yeni sakinlər – qotlar və gerullar (german tayfaları), eləcə də utiqurlar (Prikuanyadan gələnlər – turan və arilər üstünlük təşkil edirdilər) tutdular». Beləliklə, dolayı da olsa, antik alimlərin əsərlərində Xəzərboyu və Qafqazətrafı ərazilərdə prototürklərin b. e. ə. IV minilliyin ortalarından başlayaraq məskunlaşdığı göstərilmişdir.

N.M.Karamzin də özünün çoxcildlik «Rusiya dövlətinin tarixi» əsərində yunan və roma mənbələrinə əsaslanaraq Qafqazın qədim sakinlərini diqqət mərkəzinə çəkmişdir. O, Rusiyanın cənub torpaqlarında, Krımda və mərkəzi Qafqazda slavyanlaradək məskunlaşan etnoslardan – tavrlar, kimmeriyanlar, hiperborilər, əkinçi-skiflər (yəni oturaq həyata başlayanlar, onlar yadelliləri öldürüb öz bakirə tanrılarına qurban gətirirdilər), yaziqlər, sarmatlar, yaxud savromatlar (Herodota görə, savromatlar amazonkalıların – «eorpat»ların, yəni «ərbatıran» qadınların skif igidləri ilə qohumlaşmış qoludur), alanlar, massagetlər (K.V.Trever belə bir qənaət irəli sürürdü ki, «massaget» adında ayrıca tayfa olmamışdır. Təkcə Heredotun və ona istinadən Strabonun, Marsellinin kitablarında rastlaşdığımız həmin sözün hərfi mənası «böyük sak ordusu» deməkdir»), hunlar və oqurlardan bəhs açmışdır. Ammian Marsellinin yazılarında alanlar qədim massagetlərin törəmələridirlər, Xəzərlə Qara dəniz ararsında yaşamışlar və ümumilikdə hunların adətləri ilə eyniyyətləri nəzərə çarpmışdır. Moisey Xorensi də bildirirdi ki, alanlar Qafqazın ətraflarında yerləşmişdilər. Nəhayət, N.Qumilyev bəzi tədqiqatçıların belə bir qənaəti ilə razılaşır ki, onlar sonralar saklardan ayrılaraq osetin xalqını formalaşdırmışlar. Göründüyü kimi, barbarlıq və köçərilik çağlarında müxtəlif mənşəli etnosların axını eyni istiqamətli deyildir. Bu səbəbdən də müasir super xalqların kökünün təkcə şimal, yaxud şərqlə məhdudlaşdırılması əsassızdır. Əslində qədim yazılı mənbələrdə etnoloji axınların istiqamətləri çoxşahəlidir və dumanlı şəkildədir. Bu gün türklüyün ilkin vətənini Şərqlə – Altay və Orta Asiya ilə müəyyənləşdirib Qafqaza və Avropaya oradan keçmə kimi göstərmək, yaxud arilərin Şimaldan Şərqə və Cənuba yayılmasını, sakların, skiflərin gah prototürk, gah hind-Avropa mənşəliyinə işarə edilməsi qədim etnosların tez-tez bir-birinə qarışmasından, yəni aralarında aparılan qanlı müharibələrdə birinin digərini aradan çıxartmaq dərəcəsinə çatdırılmasından irəli gəlirdi. Eləcə də emprik zamanda az-çox bəlli hadisələrin dövrümüzə gəlib çatan izlərinə nəzər salanda aydınlaşır ki, başlanğıcda ayrı-ayrı dillərin söz ehtiyatı zəngin olmadığından, nitqin qramatik qruluşunda da hələ əsaslı spesifik qanunlar formalaşmamışdı. Ona görə də etnoslar arasında ciddi fərqlər az nəzərə çarpmışdır. Əsasən əşyavi və şəkli ünsiyyət formalarından faydalanan ayrı-ayrı icmaların təsəvvürlərində eyni ilə ağaclar meşəni, yay-ox ovu, at döyüşü, tonqal yurdu bildirirdi. Etnoqrafik faktorlar da tez-tez dəyişirdi, dəfn adətləri, geyimlər, məişət, ov və əkçinçilik əşyaları və s. bir tayfadan digərinə ötürülürdü. Ən mühavizəkar amilləri – inanclarını belə (totemə, ayrı-ayrı kultlara) uzun müddət qoruyub saxlamaq çətin idi. Güclü basqınlar zamanı hər şey alt-üst olurdu, tanrılarının onları qoruya bilmədiyini zənn edib daha qüvvətli tayfanın bütünə sığınırdılar. Lakin atalar demişkən, «yellə gələn, yellə də gedirdi». Sirri bilinməz adi təbiət hadisəsi belə qədim insanların primitiv düşüncəsində dönüklüklə nəticələnirdi.

Əski mədəniyyətlərin bünövrəsi xalqın yaratdığı şifahi eposlarla qoyulmuş və yarımtarixi, yarıməfsanəvi əhvalatlar yazının meydana gəlməsi ilə əbədilik yazı yaddaşına köçürülmüşdür. Misir ehramlarındakı və şumer-akkad gil lövhələrindəki ilkin mətnlərdən aydınlaşır ki, məhz insanların yazılı dilə yiyələnməsinə təkan verən amillərdən birincisi mifoloji təfəkkürün yardımı ilə formalaşan eposlardır. Və Türk dünya xalqları arasında eposlarına görə tamamilə fərqli tarixi ənənəyə malikdir. Təsadüfi deyildir ki, bir çox tədqiqatçılar (Y.Konuş, V.Bartold, P.N.Boratav, B.A.Karrıyev və b.) türk eposunun mənbəyindən və tarixi köklərindən danışanda Qafqazla, eləcə də birbaşa Azərbaycanla bağlılığını təsdiqləmişlər. P.N.Boratav Y.Konuşa istinadən yazırdı ki, «əgər dil və mövzusundan çıxış edilsə, onda bu dastanların ilkin yarandığı yer türklərin əzəli vətəni Azərbaycandır, eləcə də İranın türklər yaşayan əraziləridir».

Bir cavab yazın

Back to top