MARALA TOXUNAH, ÖLÜMÜN ÇATIB…

Böyük qırğız yazıçısı Çingiz Aytmatov

Buynuzlu Ana Maralı türk soylarından birinin tötemi kimi təsvir edib.

Marala toxunan, ölümün çatıb,

Türkün inancına əl uzatmısan.

Yatmışın üstünə sən qorlar atıb

Qəfil qalamısan, yaman batmısan.

Çingiz sağ olsaydı, Ana Maralın

Yanması bağrını parçalayardı.

Yoxdur şərəfiniz, kənarda qalın,

Deməyin sizlərdə ədalət vardı.

Türkün bir boyunun tötemi maral,

Qoşa buynuzuna qıyıbdir kimlər?..

Canlıya od vuran, yerə gir, saral,

Dərdinə tapmasın əlac həkimlər.

Kəsilsin kökünüz, itsin adınız,

Dünyaya gəlməsin uşaqlarınız.

İblisdən, şeytandən pis  əcdadınız

Tarixə ləkədir, yoxdur arınız.

Dünya hara baxır? İnsanlıq bitib?..

İçini qalamaq hünərmi Türkün?

Ədalət tükənib, mürvətsə itib,

İndi şirə dönən ərlərdən hurkün.

Yanan ürəklərin qısası ağır,

Dəmir yumruqlara kimlər dözəcək.

ABS-dan Fetonu köməyə çağır,

Küllukdən Türk qalxıb başlar əzəcək.

Onda biləcəklər yanğı nə demək,

Haqqı tapdalamaq böyük günahdır.

Yumruq zərbəsini ölüncə yemək,

Dünyaya deməyin nə pis, nə haqdır…

Sinəsi dağlanan elin qəzəbi

Dağları yerindən oynadacaqdır.

İnsanlar duracaq çəkib əzabı,

Ərdoğan zəfərə tez çatacaqdır.

Ədalət üstündə birlik yaranıb,

Turanın yolunu bağlamaz Allah.

Düşmən qanunları, qaydanı danıb,

Haqqa tapınanı dağlamaz Allah.

Sancılıb qan rəngli  bayrağı Türkün

İgid övladların başının üstə.

İlhamla Ərdoğan üz ağı Türkün,

Ordu düzüləcək hey dəstə-dəstə.

Maral buynuzuna od vuran yağı

Biləcək yaxında nədir göz dağı.

Onda meşələr yox, yağı yanacaq…

Küllüyü özünə qəbir sanacaq…

Ramazan Qafarlı

30 iyul 2021

Bir cavab yazın

Back to top