Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

Sintaqma (syntagme).

Sintaqma (hərfi mənada «birləşdirilən bir şey)təyinedici ele­menti bildirən söz və söz hissələrinin birləşməsinə deyilir. Mə­sələn: əli, üzü yuyan – əlüzyuyan. Sintaqma əslində nitq zən­ci­rində, yaxud diskursun düzxətli uzunluğunda iki və daha artıq ele­ment arasındakı bağlılıqdır, başqa sözlə, «in praesen­tia»dan – sin­taqmatik sıranın üzvlərinin mövcudluğundan doğan mü­na­si­bət­dir.

Avtonom sintaqma – elementlərin funksiyasının elə ardıcıllıq sırasına deyilir ki, verilmiş kontekstdə yer asılılığı mövcud ol­mur. Məsələn:

O,/ bizə/ baxa-baxa/ gülürdü.
1      2           3             4

Baxa-baxa/ o,/ bizə/ gülürdü.
3           1       2     4

O,/ gülə-gülə/ bizə/ baxırdı.
1          4            2       3

O,/ bizə/ gülə-gülə/ baxırdı.
1      2           4             3

Bizə/ baxa-baxa/ gülürdü /o.  
2           3               4        1

Gülə-gülə/ bizə/ baxırdı,/ o.
    4               2          3      1

Dördelementli kontekstdə yer asılılığının böyük rola malik ol­madığı elementlərin altı variantda yerdəyişməsinin hamısında açıq-aydın hiss edilir:

Birinci model:   /1         2          3          4/;
alınan məna:    baxıb gülür,/ o, bizə gülür

İkininci model: /3        1        2       4/,
alınan məna: baxıb gülür,/ o, bizə gülür

Üçüncü model: /1         4          2          3/,
alınan məna:     gülüb baxır,/ o, bizə gülür

Dördüncü model: /1     2          4          3/,
alınan məna:     gülüb baxır,/ o, bizə gülür

Beşinci model: /2         3          4          1/,
alınan məna:     baxıb gülür,/ o, bizə gülür

Altıncı model:   /4         2          3          1/,
alınan məna:     gülüb baxır,/ o, bizə gülür

Predikativ, yaxud sərbəst, asılı olmayan, müstəqil sin­taq­ma – fikrin, söyləmənin nüvəsidir, başqa elementləri istənilən say­da öz ətrafına toplayır. Məsələn: söyləmənin, fikrin nüvəsi ki­mi «oxuyur» elementini götürək.

Oxuyurtəkdir
Ramiz /oxuyurbir elemetlə birləşir
Ramiz /kitab /oxuyuriki
Ramiz /maraqlı /kitabı /oxuyurüç
Ramiz /maraqlı /kitabı /diqqətlə /oxuyurdörd
Ramiz /axşamlar /maraqlı /kitabı /diqqətlə /oxuyurbeş
Ramiz /axşamlar /sakit /bir /otağa /çəkilib /maraqlı /kitabı /diqqətlə /oxuyur və s.doqquz

E.Benvenistin gəldiyi nəticəyə görə, paradiqma və sin­taq­ma hər bir elementin müəyyənləşməsi üçün təhlilin məqsədinə iki münasibətin köməyi ilə xidmət edir:

Sin­taqmatik münasibət – bir fikir kəsiyində başqa elementlərin ha­mısı ilə eyni vaxtda baş verən münasibətdir və

Pa­raqmatik münasibət – bir elementin başqaları ilə, daha doğ­ru­su, bir-birinə qarşı duran elementlərlə münasibətidir[52].

Beləliklə, paradiqma elementlər arasındakı məntiqi əla­qə­lə­ri, sintaqma isə nəqletmənin zamana görə düzxətli inkişafını gös­tərir.

Praktika (pratique) – göstərilənlərin denotasiyaların (ve­rilən birbaşa məlumatın) səviyyəsinə deyilir. Mifoloji sə­viy­yə­yə qarşı müxaliflik mövqeyində durur. Məsələn: «Qurd öz ba­la­sını yeyir» – praktik səviyyəli denotasiyadır, kimlər belə səhnə ilə tez-tez rastlaşırlar, onlarda heç bir əlavə assosiasiya yaratmır. Ey­ni zamanda əksəriyyət bu frazanı ilk öncə mifik mənada qav­ra­yacaq – günahsıza qarşı qəddarlığın simvolik işarəsi kimi.

Asindeton (asindetone) – bağlayıcısızlıq deməkdir, çox­ele­mentli sintaktik vahidin (geniş cümlənin) sintaqmatik və pa­raq­matik münasibətli hissələrinin və eynifunksiyalı işarələrinin (həmcins üzvləri) görünən qrammatik vasitənin (bağlayıcının) iş­tirakı olmadan bir-birinə bağlanması kimi başa düşülür. Bu, nit­qin elə fiqurudur ki, nitqə xüsusi dinamiklik, dolğunluq ya­ra­dır. Daha çox canlı xalq dilinə xas xüsusiyyətdir. Ona görə də folk­lora aid bədii mətnlərdə daha çox təsadüf olunur.

«Kitabi-Dədə Qorqud»da asindeton funksiyalı vahidlərə çox rast gəlirik: «Qalqubanı, Dirsə xan, sənin oğlın yerindən uru tur­dı,/köksi gözəl qaba tağa ava çıxdı,/sən varkən av avladı, quş quşladı,/anasının yanına alıb gəldi,/al şərabın itisindən al­dı,/iç­di,/ana­silə söhbət eylədi,/atasına qəsd eylədi. //Sənin oğlın kür qop­dı,/ərcəl qopdı. //Arqurı yatan Ala tağdan xəbər ke­çə,/xanlar xa­nı Bayandıra xəbər vara…»[53]

Birinci cümlədə səkkiz bir mübtədanın səkkiz xəbəri ol­ma­sına baxmayaraq, çoxsaylı geniş parçaların heç birinin kom­mu­nikasiyasında bağlayıcıdan istifadə olunmur. Sonrakı cüm­lə­lər­də də elementlərin əlaqəsi qrammatik işarələrsiz yaranır. Bu­ra­da axıcılıq, hərəkət, sürət bir tərəfdən avazla oxunmaq üçün oza­nın qopuzda çaldığı musiqidən irəli gəlir. Digər tərəfdən mətn­dəki informasiyanın müxalifliyindən, intriqanın çox­şa­xə­li­li­yin­dən doğur. Buğac böyük addımlarla qabağa gedir, ad-san qa­za­nır. Onu dayandırmaq üçün müxalif tərəf də cəld hərəkət edir.

Təkcə qəhrəmanların dialoq və söyləmələrində deyil, mü­əl­lif (ozan və katib) müdaxilələrində də asindetondan geniş is­ti­fa­də olunur:

«Dirsə xan Qorqut sinirli qatı yayın əlinə aldı,/ üzəngiyə qal­qıb qatı çəkdi,/uz atdı:/ oğlanı iki talusının arasında urub çıq­dı, /yıqdı.// Uc toqındı,/ alca qanı şorlandı,/ qoynı toldı, bədəvi atı­nın boynın qucaqladı,/ yerə düşdi»[54].

Eposda yalnız mürəkkəb cümlənin əsas komponetləri ara­sın­da bağlayıcıdan istifadə edildiyinin görürük: «Dirsə xan istədi kim, oğlancuğın üstinə görəlib dəşəydi, ol qırq namərd qomadı»[55].

Proses (proces)

1. Geniş mənada real, gerçək əhvalatların hər hansı bir ma­nifestasiyası kimi başa düşülür. Proses sistemə qarşı müxalif möv­qedə durursa, struktur hadisəsidir.

2. Dar mənada proses fəaliyyətdə olan diskursdur – kom­bi­nasiyalı dildir, daha doğrusu, elə kombinasiyadır ki, ger­çək­ləş­mə vasitəsi ilə danışan dilin bütün kodundan istifadə edilir. Mə­sə­lən, fikir aktı prosesi deyəndə, diskursun fəaliyyətə başlama anı başa düşülür; söyləmə, fikir prosesi isə diskursun o sə­viy­yə­si­dir ki, effektiv şəkildə həyata keçirilir.

Təsvir (decription) təhkiyə, nəqletmə (narra­tion). Bə­dii mətnin struktur təhlilində isitifadə edilən ən mühüm ter­min­lər­dən – təsvir (desription) və təhkiyə, nəqletmə (narra­tion), dieqe­zis (diogese), intriqa (intrigue), əhvalat – tarix (his­toire), ya­xud söyləmə, hekayət (recit), ritorika (rhetorique) və dis­kurs­dan (discours) çox hallarda səliqə ilə, yerli-yataqlı, onların daxili məz­munundan doğan tələbə uyğun faydalanmaq əvəzinə üst qat­da görünən əlamətləri sadalamaqla kifayətlənirlər. Terminlərə bu şəkildə yanaşma təsviri poetikada az-çox öz bəhrəsini versə də, struktur təhlildə dəqiqlik, «nəzakətlilik» və alt qata nüfuzet­mə tələb olunur. Ona görə də ilk növbədə həmin terminlərin an­la­mı­nı dəqiqliklə nəzərdən keçirməyi lazım bilirik.

Təsvir (desription) və təhkiyə – bədii əsərdə nəqletmə, söy­lə­mə, yaxud hekayət (recit) iki hissəyə bölünür: təsvir və təh­ki­yə. Təhkiyə hadisələrin ardıcıllığını qeydə alma kimi özünü gös­tə­rirsə, təsvir personaj və obyektlərlə bağlı meydana gəlir və təh­ki­yə zamanının (hadisələrin başlandığı andan tamamlandığı ça­ğa­dək olan zaman) «şkala»sında (dərəcələrə bölünmüş lövhəcik) ey­ni «an nöqtə»lərinə aid olur. Məsələn:

Təhkiyə (narration) – mətnin tam söylənilməsi, nəql edil­mə­sidir, dioqezislə əlaqələndirilir, iki hissəlidir: hekayət + təs­vir. Tarix – əhvalatın sinonimi kimi də başa düşülür. Diskursa qar­şı müxaliflik mövqeyində durur. Belə ki, mətndə qeydə alı­nan diskursu əvəzləmək mövqeyində durur və mənaca «fabula» an­layışına yaxındır.

Əhvalat, tarix (histoire) –
Fabula (fabulate)

Dar mənada isə təhkiyənin sinonimidir, mənasına görə «sü­jet» anlayışına yaxındır.

Hər şeydən əvvəl, hekayət elementlərin sadə sırasını ar­dı­cıl­lıqla transformasiyası (köçürməsi) ilə xarakterizə edilir, başqa söz­lə, bir sıra diskret (aşkarda olmayan) elementlər, yaxud ha­di­sə­lər, faktlar zaman ardıcıllığından (consecution) səbəb əlaqəsinə (cauzal) – kauzal vəziyyətə keçə bilir. Kauzal vəziyyət fran­sız strukturalistlərinin istifadə etdikləri: «post hoc, ergo prop­ter hoc» – «bundan sonra bu səbəbdən belə lazımdır» şü­arı­na əsaslanan prinsiplə səbəb ardıcıllığı (consequence) kimi təq­dim edilir. Əslində bu prinsip məntiqin və xronologiyanın, yəni mən­tiqə əsaslanan zaman ardıcıllığının pozulması hesabına baş ve­rir. Bremon K. «Məntiqi təhkiyənin imkanları» əsərində mə­sə­lə­yə aydınlıq gətirmək məqsədi ilə yazır ki, «Harada ki, hadi­sə­lərin birgəliyinə qoşulma yoxdur, orada hekayət, əhvalat da yox­dur, lakin xronologiya – hərəkətlərin bir-birinə bağlanmayan ar­dıcıllığının ifadə edilməsi mövcuddur»[56].

Dieqezis (diogese) –Platona görə, «loqos»un (bəhs edi­lə­nin, haqqında danışılanın) əks qarşılığı kimi meydana atılan «lek­sis» (dil forması) sahədir, nəzəri cəhətdən yad nitqin – baş­qa­sının söylədiklərinin (mimesis) özünü təqlidi kimi anılan sadə söy­ləmədir, yəni əhvalatın mahiyyətini konkret şəkildə əks et­dir­məkdir – dieqizisdir.

İntriqa (intrigue) – hekayətin əsasında duran hadisəyə de­yi­lir, mahiyyətini, mənasını anlamaqdan ötrü verilən məlumatın bir sıra əsas elemetlərinin (faktlarının) bir-biri ilə tu­tuş­du­rul­ma­sı­na deyilir.

Hekayət (recit) – sözün geniş mənasında dioqezisin si­no­ni­mi kimi başa düşülməlidir.

T + tr = H – formulu ilə modelləşdirmək olar. Burada
T – təhkiyənin,
tr – təsvirin,
H – hekayətin işarəsidir. Hekayətin təhkiyə və təsvir funk­si­yalarının açıqlanması və rolu barədə S.Todorov «Poetika» əsə­rin­də yeni təlim işləyib hazırlamışdır.

Ritorika (rhetorique) – ənənəvi anlamından (natiqlik) baş­qa, mənaladırılan ikinci dərəcəli elementlərin funksi­ya­laş­ma­sı sistemi kimi də başa düşülür. Daha dəqiq desək, dilin konno­ta­siyasını (ölçülüb-biçilməsinin, ətə-cana gətirilməsinin) təşki­li­ni müəyyənləşdirən sənətdir. Bir elm sahəsi kimi isə ritorika nit­qin füqurlarını və məcaz sistemini, ümumi və xüsusi topikləri (də­lil), konnotasiya üsullarını öyrənir.

Sema (sema) – Byuissans və Prietoya görə, məna daşıyan əsas vahiddir.

Semema (semema) – bir sözün müxtəlif kontekstlərdə iş­lən­məsinə deyilir. Məsələn, «açar» sözü çoxsaylı sememaya ma­lik­dir:

Sinxronluq (synchronie), diaxronluq (diachronie).

Sinxronluq istilahını ilk dəfə Sossür işlətmiş və əsas­lan­dır­mış­dır. Alimin dili sinxronik aspektdə öyrənməsi XX yüzilliyin əv­vəl­lərində linqivistikanın, sonra isə linqivistikaya istiqa­mət­lə­nən bütün fənlərin, xüsusilə semiotika və ədəbiyyatşünaslığın in­­ki­şafına güclü təsir göstərmişdir. Sinxronluq, yaxud sinxron­laş­dırma – dəyişən bir və bir neçə hadisənin (eləcə də prosesin) vax­ta görə tam uyğunluğuna, onların başlanıb qurtarmasının ey­ni zamana salınması və hərəkətləri arasında tam müvaziliyin ya­ran­masına deyilir.

Məhz araşdırmalara diaxron yanaşmadan imtina edilməsi ilə dilin tarixi müqayisələrdən kənarda öyrənilməsinə geniş im­kan­lar açıldı. Eləcə də diaxronluğun sinxronik kəsiyi sayılan dilə struk­tur kimi baxılmasına şərait yarandı.

Digər tərəfdən özünün zamanlıq və təkamüllük xarakterini itir­miş diaxronluq da sinxron ardıcıllığın diskret sırası sayıldı. Be­ləliklə, əksər müasir fransız strukturalist-ədəbiyyatşü­nas­la­rı­nın cəsarətli addımı – diaxronluğun yerini sinxron aspektə ver­mə­ləri struktur təhlildə böyük dönüş yaratmışdır. Sinxron planlı araş­dırmalarda hekayətin xronoloji inkişafının sxematik kə­sik­lə­ri­nin nəticəsindən alınmış mövcud sistemlərin funksiyasının müəy­yənləşdirilməsinə üstünlük verilir.

Fiqurlar (figures), yaxud troplar (tropes) – dil qay­da­la­rı­nı pozan diskurs formalarına deyilir. S.Todorov tropun iki sə­viy­yəsini göstərib bir-birindən fərqləndirir:

A. Füqurlar – sözün həqiqi mənasında başa düşülür, lakin prak­tiki olaraq lazımı normaların çərçivəsindən kənara çıxır, ya­xud adi söz tətbiqindən qanuni şəkildə imtina edir;
B. Anomaliya (qeyri-adilik, ümumi normalardan kənara çıx­ma) – məqsədyönlü şəkildə dil qaydalarından imtina etməyə de­yilir.

S.Todorov təsdiq edir ki, anomaliya aqrammatikal (qram-ma­tik qaydalardan kənar) olsa da, estetik qiymətinə görə qəbul və tətbiq ediləndir. O, anomaliyaya alliterasiya, assonans, qafiyə, pa­ronomasiya, alleqoriya, metafora, metanimiya və b. aid edir.

Dil (parole), nitq (langue), nitq fəaliyyəti (langage)

Dil fəaliyyəti – işarələrin birgəliyidir ki, özünü iki aspektdə gös­tərir:

a) qaydalar sisteminə əsaslanan kondifikasiyalı (normalaş-dırıl­mış) dil (langue) kimi və
b) nitq (parole) – ünsiyyət vasitəsidir, danışıq fəaliyyətinin fər­di variantı tək götürülür, kodlar vasitəsi ilə fəaliyyət göstərir. R.Bar­tın sözləri ilə desək: «seçimin və zəruriləşmənin individual ak­tıdır».[57]

Sistem (sistem) – müəyyən şərtlərlə nizamlanmış ele­ment­­lərin çoxlu sayda bir-biri ilə əlaqələndirilməsi.

Əlaqə (yaxınlaşma) – elementlər arasında elə bağlılıqdır ki, birinin modifikasiyası (hər hansı bir varlığın xarici mühitin, ya­xud kənar qüvvənin təsiri ilə şəklini dəyişməsi) ardıcıllıqla o biri­lərinin də modifikasiyasına səbəb olur.

Bir cavab yazın

Back to top