Emosiya – stereotip – mif

Maspero «Şərq tarixi» kitabında «müqəddəs fahişəlik»dən bəhs açır və qədim Misir qadınları haqqında sonralar əksər Avropa və rus alimlərinin dilinə düşən bu sözləri yazır: «La sainte est toujours prostituee» V.V.Rozanov «Люди лунного цъвета» («Ay işığının insanları») əsərində məsələyə aydınlıq gə­tirməyə cəhd göstərir. Bütün əski müşahidəçilər və yeni ta-rix­çilər misirliləri qədim, müdrik və ciddi xalq kimi təsdiqlə­dik­lə­ri halda neçə min əvvəl onların ağlına hardan gəlib ki, dini «mü­qəd­dəs» (sainte) kəlməsini nadir, cazibədar, sayılan məx­luq­lara – qadınlara şamil edib sonra da bütün kişilərin qoynuna atıl­mağa hazır olduqlarını – fahişəliklərini (prostituee) «mü­qəd­dəs­liyin» yanına yapışdırmışlar? Səbəb nə idi? V.V.Rozanov so­ru­şur ki, «Görəsən «sainte» adını Nevski küçəsində gəzib-do­la­şan, sərxoş, çirkaba bürünmüş, üst-başı tökülən, mal kimi sö­yüş­kən və özlərindən razı fahişələrə vermək mümkündürmü? Nə­dən­sə, bəşəriyyət qarşısında ilk dəfə iki bir-birinə zidd anlayış və əlamət yanaşı durur. Axı səmaviliklə, ilahiliklə qadınların «bə­dənlərini hər yoldan ötənə satmaları» bir araya sığmır. İlk baxış­da bu kəlmələrə nəzər salan əxlaqlı insan dilinə gətirəcək ki, qədim misirlilər böyük günah işlətmişlər»[1]. Göründüyü ki­mi, rus və Avropa tədqiqatçıları məsələyə üzdən yanaşaraq belə yo­zurlar ki, dünyada pedaqoq, şair xalq olduğu kimi, döyüşkən xalq da var, məsələn, qədim skandinaviyalılar və vikinqlər. Elə­cə də Sokrat, Spinoza dünya müdrikləridir. Təbiidir ki, «dünya ana­sı», «dünya gəlini» «dünya qadını» olmaq da kiminsə, hansı xal­qınsa boynuna düşür. «Qədim Misirdə 14-15 yaşlı hər hansı bir qız bütün dünyada hamı üçün «gəlin» olmağa hazırdır… Ona elə gəlir ki, dünyada hamını o doğmuşdur»[2]. Qəribə məntiqdir, elə deyilmi? Onda gərək tarixdə Kaliqula kimi mənəviyyatsız hökm­dar yetişdirən, uzun müddət böyük imperiyanın «fahi­şə­lik­lə idarə edilməsinə boyun əyən yunanların belinə «dünya əx­laq­sızı» damğasını yapışdıraq. Halbuki Avropa mədəniyyətinin be­şiyi sayılan ölkədir.

Tədqiqatçılar «müqəddəs fahişələr» («sainte prostituee») de­yəndə kimləri nəzərdə tutmuşdular? Maspero bildirir ki, ən məş­hur misir ailələrinin (kahinlərin, sərkərdələrin) qızları belə yet­kinlik yaşına çatan kimi sərbəst şəkildə kimlərlə neçə dəfə istə­sələr, cinsi əlaqədə olurdular. Hətta dəqiq say da göstərilir. 5-7-dən az kişi ilə görüşənə pis baxırdılar. «prostituee» fəaliyyəti qız­ların gələcək ailə həyatına ziyan gətirmirdi. Əksinə, «sərbəst hə­yatları» başa çatan kimi onları böyük həvəslə sərkərdələr və din xadimləri özlərinə arvad edirdilər. Bəzi tədqiqatçılar məsə­lə­yə o prizmadan yanaşırlar ki, həyatda hər şeyi sınaqdan keçirib do­yan qadından sədaqətli arvad və qayğıkeş ana çıxa bilər. La­kin çoxları müasirləri ilə (küçə qızları nəzərdə tutulur) müqayisə apa­rıb bu qənaətə şübhə ilə yanaşırdılar. Çünki elələri bütün ener­jilərini fahişəliyə qurban verib vaxtından tez qocalırdılar.

«Kişilərlə görüşmək» hadisəsi misirlilərdə 2-3 min il əvvəl baş vermişdi. V.V.Rozanov və başqaları, nədənsə, unutmuşdular ki, XIII-XIV əsrlərdə əksər Avropa ölkələrində, XIX yüzilliyin orta­larında isə ruslarda «ilk nikah gecəsi» adəti vardı. Ərə gedən qı­zın bakirəliyi ya hakim tayfanın əskərləri, ya da mülkədar tə­rə­findən pozulurdu. Məhz onu da «müqəddəs gecə» adlandı­rır­dı­lar. Qeyri-normal əxlaq qaydalarını istehza ilə Şərqin belinə ya­zanlar tarixi vərəqləsələr, görərlər ki, mədəniyyətin əsas ün­sür­lə­ri ilk olaraq Qoca Şərqdə doğulmuşdur. Adi məişət vasitə­lərini belə avropalılar şərqlilərdən götürmüşlər.

Bir cəhəti diqqət mərkəzinə çəkmək istəyirəm: F.Rəşi-dəd­dinin «Oğuznamə»sində Oğuzun mifik obraz olmasını hamı təs­diqləyir və əsərdəki hadisələri – türklərin Şərqdən Qərbə – Avropanın ətəklərinə yürüşünün tarixdə izlərini axtaranda daha çox Böyük Hun imperatoru Mətə ilə müqayisə edirlər. Ma-raqlıdır ki, uyğur «Oğuz kağan» dastanından fərqli olaraq, bu­ra­da hadisələrin dəqiq məkanı göstərilir və Dərbənd, Aran, Şama­xı, Təbriz, Azərbaycan türk yurdu kimi təqdim olunur. Halbuki hər iki əsər təxminən eyni dövrdə qələmə alınmışdır. Deməli, mi­fik zamanda Qafqaza, İrana – saka türkləri, qıpçaqlar yaşayan yur­dumuza oğuzların gəlişi, duruşu heç də təsadüfi deyil.


[1] Розанов В.В.Люди Лунного света». Матафизика христианство. Второе издание. – С.-Петербург, Тип. «Т-ва А.С.Суворина – Новое Время», 1913, с. 47.

[2] Yenə orada, s. 49.

Bir cavab yazın

Back to top