Xoş gəldiniz

Kainat, Ulduzlar, Yer, Goy, Dünyamız, Təbiət, Qəzalar, Gecə və Gündüz, İşıq və Zülmət,  İsti və Soyuq, Xeyir və Şər, Varlıqlar, Canlılar, İnsan necə yaranıb? Bəşər oğlunun şüuru oyanandan, dili açılandan bu suallra cavab axtarıb. Mifik düşüncədən metoforik, obrazlı, bədii, poetik ağıla doğru addımlar atdıqca bəşər ovladlarının təfəkkürü əvəzsiz sərvətlər yaradıb, əvvəl şifahi şəkildə, inkişafının sonpakı pillələrində isə yazı yaddaşına köçürməklə əsrlər boyu yaşatmışdır.

Yer kürəsinin ən qədim xalqlarından biri kimi Türk Kosmosu, Dünyanı və onun elementlərini, varlıqlarını, ilkin önəmli yaranışları özünəməxsus şəkildə dərk etmiş, bir çox sirlərin açarını arayıb tapmış və bədii sözün köməyi ilə kodlaşdıraraq gələcək nəsillərə ərməğan etmişdir. Sülalərə, tayfalara, qəbilələrə, xalqlara bölünməklə kökdən bir az uzaqlaşsa da, gen yaddaşında ulu babalarının təfəkkürünün möhtəşəm məhsullarını qoruyub saxlamış, ortaq epik-lirik abidələr, sənət nümunələri meydana gətirmişlər. Mifologiya.az veb-saytı mədəniyyət tariximizin ilkin səhifələrindən başlayaraq bu günümüzə qədər yaranan bu əvəzsiz sərvətlərlə sizləri tanış edəcək.

Əziz izləyicilərim! mifologiya.az veb-saytına xoş gəldiniz. Mədəniyyət tarixinə səyahətdə sizlərə bələdçilik etmək şərəfini qazansam, özümü xoşbəxt sayacağam. Bu yolçuluqda hamıya uğurlar diləyirəm.

Kultlar

Tanrıların, mədəni qəhrəmanların, nəslin ilk nüma­yən­də­si­nin, ilahiləşdirilmiş bütün varlıqların icmadakı müqəddəslik möv­qeyinə ehtiram göstərilməsi, çətin anlarda onlardan kömək is­tənilməsi və xatirələrinin əbədiləşdirilməsinə yönələn kollektiv və fərdi davranış növüdür, kultun daşıyıcısının fövqəltəbiiliyinə olan inama əsaslanır. Kult – bir sıra xüsusiyyətləri ilə…

Fetişizm[1] – maddi əşyalara itaətə əsaslanan dünyagö­rüşü­dür. Belə ki, magiya mərhələsindən sonra fövqəltəbiiliyin xüsusi pred­metlər vasitəsi ilə həyata tətbiqinə inam yaranır. Dua və əf­sun­larla təbiətə təsir etməyin mümkünlüyünə razılaşan ulu əcdad işi­ni daha sistemli qurmaq məqsədilə xüsusi sehirli vasitələr dü­şün­məyə…

Magiya[1] – ilkin görüşlərin elə formasıdır ki, insanlar föv­qəl­təbii qüvvələrin gücü ilə dünyaya (təbiət hadisələrinə, ruh­la­ra, adamların əhval-ruhiyyəsinə, sağlamlığına) təsir etməyin yo­lunun tapılmasına inanırlar. Azərbaycanda əfsun, cadu, sehir, til­sim, fal və duaların toplusu şəklində anılır. Magiya hərəkətlə bağ­lıdır, xüsusi ayinlər…

Antropomorfizm[1] elə bir dünyagörüşüdür ki, insana xas xü­susiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız var­lıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyinə inamdan doğ­muşdur. Mədəniyyətin inkişafının müəyyən pilləsində dildə al­leqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda geniş is­tifadə edilərək insanlığın əlamətlərinin…

Animatizm[1] – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölü­nün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edi­lir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dün­ya­da yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. To­temistik və animistik görüşləri öz…

Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir in­kişaf mərhələsidir ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhlilini verən E.Taylor tə­lim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın durduğunu vur­ğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu,…

Totemizm[1] – ayrı-ayrı insan dəstələrinin elə bir inanc for­ma­sındır ki, icma üzvlərinin hər hansı bir heyvan, yaxud bitki ilə qo­humluğunun olmasına əsaslanır. Totem icmanın hər bir üz­vü­nün həyatında mühüm rol oynayır, adət-ənənələri, qanun-qay­da­la­rı tənzimləyir, bütöv icmada stabilliyin qarantına çevrilir. Hey­van…

Mifoloji düşüncə öz strukturuna görə tarixi düşüncədən fərq­lənir. Bəşəriyyətin bu iki şüur səviyyəsi məkana və zamana mü­nasibətdə fərqli modellər təqdim edir. Mifoloji şüur insan dü­şün­cəsinin ilkin pilləsi kimi məkan və zamanın özünəməxsus qav­ramına malikdir. Mifoloji dünya modelində zaman qapalı, tək­rarlanan,…

Azərbaycan-türk mifoloji düşüncəsi arxaik struktur arxe­tip­ləri ilə zəngindir. Dünyanın yaranmasına öz mənəvi alə-mindən baxan ulu əcdad ilkin olaraq universal obrazlar silsi­lə­si­ni Qobustan qayalarına əks etdirmişdir. Burada kişi və qadın baş­lanğıcını göstərən təsvirlər, təbiət qüvvələrinin, heyvan və quş­ların canlandırılmasına aid səhnələr…

Bəşər mədəniyyət tarixinin XIX yüzilliyin II yarısı və XX əsrin əvvəlləri dövründə xalqların adət-ənənələri, məişət tərzi və ib­tidai inanc sistemlərinə aid çoxlu məlumatların əldə edilməsi mi­foloji dünyagörüşlərinin araşdırılmasına maraq oyatmış, nəti-cədə mif-ritual-din əlaqələrinə münasibətdə fikirlər haçalanmış, bir-birinə zidd baxışlar meydana…

Back to top