Açar sözlər: mifoloji mətnlər, tədqiqat tarixi, toplu, oğuz, folklor, etnoqrafiya, tarix, fəlsəfə, mif, ritual, bədii şüur 80-ci illərdə A.Acalov[1]Azərbaycan türklərinin mifoloji mətnlərini toplayıb tərtib etmiş və 90-cı illərdə M.Məmmədov[2] Azərbaycan miflərinin mətnləri əsasında namizədlik dissertasiyası müdafiə et-mişdir. Y.M.Lotmanın məktəbini keçmiş…
Açar sözlər: Azərbaycan-türk mifologiyası, tədqiqat tarixi, tanrı elmi, əsatir, əfsanə, mifik obraz, tanrılar və ruhlar, mif, ritual Azərbaycanda miflərə marağın tarixi çox qədim olsa da, araşdırılmasına son dövrlərdə başlanılmışdır. «Avesta»da, M.Kalankatuklunun «Albaniya tarixi»ndə (IX-X əsr), müsəlman intibahının görkəmli nümayəndələri Xaqani…
“Mif və romantizm” problemi son illərdə geniş aktuallıq qazanmışdır və prinsip etibarı ilə ona görə mühüm sayılmışdır ki, bütün araşdırmalar dünyaanlamının xüsusiyyətlərini və ro-mantiklərin bədii düşüncəsinin spesifikliyini aydınlaşdırmaq məqsədinə yönəldilmişdir. Romantik mifyaratmanın öyrənilməsi tələb edir ki, romantiklərdə tarixi-ənənəvi və milli-mənəvi…
Maspero «Şərq tarixi» kitabında «müqəddəs fahişəlik»dən bəhs açır və qədim Misir qadınları haqqında sonralar əksər Avropa və rus alimlərinin dilinə düşən bu sözləri yazır: «La sainte est toujours prostituee» V.V.Rozanov «Люди лунного цъвета» («Ay işığının insanları») əsərində məsələyə aydınlıq gətirməyə…
Maraqlıdır ki, bir çox sufilər təsəvvüfü – mütləq azadlıq, xeyirxahlıq, qəlb genişliyi və özünə qarşı zülm etməmək kimi başa düşmüşlər. Rüvaym (915-ci ildə ölmüşdür) üzünü gənc İbn Hafifə tutub deyirdi ki, «Sufizm – ürəyi həqiqət naminə qurban verməkdir, onun haqqındakı…
Arxetiplər (ilk yaradılanlar) – universal mifoloji motiv və süjetlərin ilkin obrazları, isveçrəli psixoanalitik K.Q.Yunqun təliminə görə, kollektivin qeyri-şüuri əhatəsində öz-özünə doğulmuş, təkcə kortəbii yaranış formalarında (yuxu və b. ona oxşar formalarda) yaşamamış, həm də mif yaradıcılığına xidmət etmişdir.[1] Ona görə…
Milyon il əvvəllərdə, hələ mədəniyyətin və inkişafın göstəriciləri mövcud olmayan çağlarda insanların həyat, zaman və məkanla bağlı görüşlərinin əsasını təbiət obrazları təşkil etmiş, ilkin bədii yaradıcılıq formaları kimi mifologiya meydana gəlmiş və dünya barədə təsəvvürlərin qol-qanad açıb genişlənməsinə münbit şərait…
Arxetip (hərfi tərcüməsi əski, ilkin obraz, dünyanın ən qədim obrazı, yaxud bədii yaradıcılığa qədərki obraz deməkdir) – obrazın və onun daşıdığı mənanın başlanğıcdakı vəhdətidir, hər ikisinə aid «xüsusi enerji»dir. O hansısa əbədi həqiqət kimi də müəyyənləşə bilər. Lakin onun kokret…
Bizim nəsil ömrünün ən ehtiraslı və coşğun çağlarını acınacaqlı günlərdə yaşamışdır. İkinci Dünya müharibəsindən sonra dünyaya göz açan insanların uşaqlıq və gənclik çağları «itirilmiş» hesab edilirdi. Faşizmin törətdiyi cinayətlər bütün dünyanı bürüsə də, yaralar tez sağalmışdı. Bizim nəslin 1989-91-ci illərdə başlanan Qərbi Azərbaycan və Qarabağ acısı isə vəzifə düşgünlərinin səriştəsizliyi ucbatından hələ də ulu xalqı sarsıdır. XX əsrin sakinlərini neofaşistlərin caynağından ancaq Heydər Əliyev xilas edə bildi.
Mifin özünəməxsusluğu və təfəkkürdə hegomonluğu daha çox ilkin mədəniyyət mərhələsində özünü biruzə vermişdi. Bu dövrdə mif «mənəvi aləm»in və «elm»in ekvivalenti rolunu oynayırdı. Xüsusi mif sistemləri, anlayışları, kateqoriyaları, modelləri ilə dünyanı dərk etməyə, öyrənməyə və təsvirə təşəbbüs edilirdi. Bu mərhələdə…