Struktur (structure) – sistemin bütün daxili əlaqələrinin məcmuu, cəmləşməsi deməkdir. J.Vyet və J.Piaje[58]ilə razılaşsaq, struktur linqivistika, riyaziyyat, məntiq, fizika, biologiya və b. elmlərə tətbiq edilən model kimi müəyyənləşir və üç şərtə cavab verməsi vacibdir:
a) bütövlük (totalite) – elementlərin bütövə tabeçiliyi və sonuncunun (bütöv mətnin) müstəqilliyi;
b) transformasiya (transformation) – basılma, uduzma qaydası əsasında bir struktur altından ikincisinə nizamla keçmə;
v) öz-özünə nizama salınma (autoreglage) – mövcud sistemin dairəsində daxili funksiyalaşma qaydası.
E.Benvenist «struktur» və «sistem» anlayışlarının hüdud-larını aşağıdakı şəkildə müəyyənləşdirir: «Dili sistem kimi şərh etmək – əslində onu struktur kimi araşdırmaqdır. Çünki hər bir sistem qarşılıqlı şəkildə bir-birini şərtləndirən vahidlərdən ibarətdir, başqa sistemdən həmin vahidlər arasındakı münasibətə görə fərqlənir və bu münasibətlərdən struktur qurulur»[59]. Dil vahidləri struktur üçün formaya salınmamış ilkin, xam materialdır. Daş yonulub lazımı şəklə düşməklə divarlar hörülür, rənglər qarışdirilib müxtəlif çalarlar alınmaqla düşməklə hər şey rəng əlvanlığını qəbul edir – beləcə bir neçə əlaqəli işlərdən sonra ev hazır olur. Struktur da belədir: ilkin elementlərin əlaqələndirilməsi, bağlanması, sistemləşməsi və sistemlərin bir-birini tamamlaması ilə ortaya çıxarılır. E.Benvenist düzgün olaraq L.Yelmslevin strukturu «daxili asılılığın avtonom birliyi» kimi müəyyənləşdirməsi ilə razılaşır.[60] Bu o deməkdir ki, hər bir struktur özlüyündə muxtariyyətdir, ancaq aid olduğu mətn çərçivəsində başqalarında olmayan «daxili qanunauyğunluğa» malikdir. Müasir fransız ədəbiyyatşünaslarının gəldiyi nəticəyə görə, strukturu təşkil edən elementlərə əslində funksiya kimi (E=F) baxılmalıdır. Bunu V.Y.Proppun nəzəriyyəsinə qayıdış da adlandırmaq olardı. Lakin elementin funksiyalaşması, yəni qarşılıqlı əlaqədə yeni münasibətlər doğurması anlayışın birinin digərini öz içərisində əridib yoxa çıxarması kimi başa düşülməməli və elementlərin funksiyaya çevrilməsi E=F formulu ilə deyil, E+E=F şəklində göstərilməlidir.
Səviyyə (dərəcə) – eyniqaydalı elementlərin yerləşməsi, yaxud uyğun əlaqələrin rolunun qiymətləndirilməsi.
İyerarxiyalılıq[61] – elementlərin və ya sistemin daxili quruluşu, təşkili, onların bir-birinə tabeçiliyinin (aşağıların yuxarılardan asılılığı qaydasında) səviyyəsini göstərən əlaqə.
Mövqe (vəziyyət) – elementlərin sistem və strukturla əlaqəsinə görə yerləşdirilməsi – topologiyası.
Müxaliflik (əkslik) – sistem və strukturla əlaqəsinə görə bir-birinə əks elementlərin qarşılıqlı mövqeyi.
Model – araşdırılan predmetin nəzəri ekvivalenti.
Akrostix – yunan sözləri «akros» (sonunucu) və «stichos»dan (şeir) əmələ gəlmişdir, misralarının ilk hərflərinin yuxarıdan aşağıya doğru oxuduqda hansısa sözü ifadə edən şeir forması. Qədim yunanlarda akrostixlərlə çox hallarda adlar veri-lirdi. Azərbaycan folklorunda Molla Cumanın yaradıcılığında rastlaşdığımız «Əvvəl-axır» şeir şəklinə uyğundur.
Alleqoriya – yunanca «allos» (özgə, başqa, qeyri) və «agoreuo» (danışıram) sözlərinin birləşməsindən əmələ gəlmiş-dir – hərfi mənada «başqa şəkildə danışıram» – deməkdir. Bədii mətndə təsvir vasitəsidir, anlayışları və hadisələri konkret dolayı obrazlar vasitəsi ilə əks etdirməkdir. Məsələn, ürək alleqoriq ifadə vasitəsi kimi məhəbbəti bildirir. Klassik poeziyada və folklorda «Gül və bülbül» nakam eşqin faciəsini, aşiqin iztirablarını ifadə edir.
Alliterasiya – (latınca – «al» ilə qoşmasıdır, «litera» isə hərif deməkdir) şeirdəki (bəzən də nəsrdə) sözlərdə eyni samit səslərin təkrarlanması ardıcıllığından əmələ gələn ifadə vasitəsidir.
Allyuziya – (latınca «allusio» işarə, eyham deməkdir) kinayənin növlərindən biridir, hamıya bəlli olan söz, ifadə və fikrin eyham kimi işlənməsidir. Məsələn, Acısı da şirindir.
Amfibraxi (yunanca «amphibrachys» hər iki tərəfdən qısa deməkdir) – şeirin vurğuya əsaslanan üçhecalı ölçüsü, misralarda vurğu 2, 5, 8, 11 hecanın üstünə düşməlidir. Sxemi:
Anakoluf (yunancadır, «anakoluthos» – razılaşmayan mənasını verir) – nitqin stilistik çevrilməsinə deyilir ki, cümlələrdə düşünülmüş şəkildə fikir razılığı pozulur və həyacandan doğan çətinliyi, dağınıqlığı bildirir. «Ürəyini çıxardıb ayağımın altında əzəcəyəm, ondan da artıq, qanlı bayrağa çevirəcəyəm».
Anapest (yunancadır, «anapaistos» – geriyə əks olunma deməkdir) üçhecalı şeir ölçülərindəndir. Misralarda vurğu 3, 6, 9, 12 və s. hecanın üstünə düşməlidir. Sxemi:
Anafora (yunancadır, «anaphora» – yuxarı aparmaq deməkdir) – şeirdə misraların başında, nəsrdə cümlələrin əvvəlində səs birləşmələrinin və sözlərin təkrarlanmasından yaranan ifadə vasitəsidir.
Anaxronizm (yunanca «ana» – üzüyuxarı və «chronos» – əksinə deməkdir) – bədii ədəbiyyatda keçmişin təsvirində müxtəlif formalı yanlışlıqlara (dövr və məişətlə bağlı, tarixi-mədəni yöndə və s.) yol verilməsidir. Başqa sözlə, məlum tarixi hadisənin əlamətləri düşünülmüş və düşünülməmiş şəkildə daha qədim çağlarla əlaqələndirilir. Yaxud ilkin zamanlara aid adət-ənənələr, münasibət formaları bədii əsərin yarandığı dövrə gətirilir.
Anonim (yunan sözü «ananymos» – adsız deməkdir) – bədii əsəri yaradan şəxsin adının, yaxud təxəllüsünün göstərilməməsi (folklorda yaddaşlardan silinməsi) kimi başa düşülür.
Antiteza (yunan sözüdür, «antithesis» – ziddiyyət, təzad, tutuşdurma, qarşılaşdırma mənasında işlənir) – müxtəlif məqsədlərlə iki bir-birinə zidd varlığın, hadisənin, fikrin qarşılaşdırılmasıdır.
Antropomorfizm (yunanca «anthropos» – insan, «morphe» – şəkil, forma deməkdir) – təcəssümetmə növlərindən biridir, təsvir olunan hər hansı bir predmet insana bənzədilir (şəxsləndirilir), ya da insana xas keyfiyyətlərlə təqdim olunur. Folklorda, eləcə də yazılı ədəbiyyatda insana aid xüsusiyyətlərin heyvan və bitkilərin üzərinə köçürülməsinin təsviri alleqoriyaya aid ən xarakterik misaldır. Ədəbiyyatşünaslıqda çox hallarda «alleqoriya» ilə qarışdırılır. Alleqoriyada fikri dolayı şəkildə vermək əsasdır, burada bir əşyaya xas keyfiyyət başqa varlıqlarla (istər insan, istər heyvan olsun) müqayisədə verilir. Antropomorfizmlərdə isə hər şey insanla əlaqəli şəkildə qurulur: Məsələn: Qızıl deyir: «Dünya mənim ayağımın altındadır». Burada əslində var-dövlətə sahib insanın düşüncəsi əks olunmuşdur. Əgər bu fikri «Qızılla dünyanı alt-üst etmək olar» şəklində işlətsək, onda başqa əşyaya – silaha xas cəhətin dolayı şəkildə qızıla aid edilməsini görürük. Bu, alleqoriyadır.
Arxitektonika –kompozisiyada olduğu kimi, bədii əsərin ayrı-ayrı hissələrinin düzgün yerləşməsi, bir-biri ilə qarşılıqlı əlaqəsi və ümumi quruluşu, təşkili nəzərdə tutulur. Bura müəllifin yaradıcılıq prosesində yerinə yetirməyə çalışdığı bütün funksiyalar aid edilir.
Assonans (latın sözüdür, «assonare» – ahəng, məqam, pərdə, tərz, biçim mənalarını verir) – şeir və nəsr dilindəki sözlərdə ardıcıllıqla eyni samit səslərin təkrarlanmasından yaranan ifadə vasitəsidir. Eləcə misraların sonundakı qulaq qafiyələri nəzərdə tutulur. «Kitabi-Dədə Qorqud»un həm şeir parçalarında, həm də nəsr hissəsində təsadüf olunur.
Ağ şeir qafiyəsiz kitab şeirinə deyilir. Bir qayda olaraq folklora məxsus eyni formalı nəzm parçaları bu qismə daxil edilmir. Ona görə «ağ şeir» adı verilir ki, adi halda misra sonlarında uyğun sözlərlə ritm yarandığı halda, onun misralarının sonu səslənməsinə görə tamamlanmamış (ağ) qalır.
Bukolika (yunan sözü «bucolos» – çoban deməkdir) –dünyaya elə bir xüsusi bədii baxışdır ki, poetik yaradıcılıqda sadə adamların – balıqçı, əkinçi və maldarların münasibətləri, arzuları, duyğuları, təbiətə bağlılıqları əks olunur. İlk olaraq Sisiliya çobanlarının folklorunda özünə yer tapmış, yarım mifoloji çoban Dafnisin məhəbbəti və ölümü idealizə edilmişdir. E ə. III əsrdə Feokritin və davamçılarının əsərlərində özünü yazılı ədəbiyyatda təsdiqləmişdir. Yeni avropa ədəbiyyatında «pastoral» adı ilə böyük inkişaf yolu keçmişdir.
Qradasiya (latın sözü «gradatio» – tədricilik deməkdir) – hadisə və hərəkətlərin, düşüncə və hisslərin inkişaf prosesini göstərən stilistik vasitədir. İki forması mövcuddur: A) kiçikdən böyüyə doğru düz, birbaşa qradasiya, B) böyükdən kiçiyə istiqamətlənən isə geriyə qradasiyadır.
Qrotekst (fransız «grotesque» italyan «grotesko» sözlərindən əmələ gəlmişdir, hər ikisinin hərfi mənası «gülməli» deməkdir) – ədəbiyyat və icəsənətdə komikliyin növlərindən biridir, fantastik formada dəhşətli və gülünc, gözəl və eybəcər varlıqların əlaqələndirilməsi, yaxud uyğunlaşdırılması ilə qurulur. Yumor, ironiya və satiradan onunla fərqlənir ki, qradasiyada əslində əyləncəli və gülməli elementlər qorxulu, uğursuz, nəhs vasitələrin içərisində əridilir və qradasiya ilə yaradılan obrazlar özlüyündə faciəvi mahiyyət daşıyır. «Kitabi-Dədə Qorqud»dakı Təpəgöz və Əzrayılla bağlı təsvirlərdə qradasiya ilə rastlaşırıq. «Qradasiya» termini XV-XVI əsrlərdən yayılmağa başlamışdır, o zaman qədim Romanın yeraltı yaşayış məntəqələrində – qrotlarda qazıntılar aparılarkən divarüstü qəribə, əcaib naxışlarla rastlaşmışdılar. Bitki və heyvan həyatına aid motivləri özündə geniş əks etdirən Qrot naxışlarından, adətən, o qədər də böyük olmayan, lakin işlənməsinə görə çox qiymətli rəsm əsərlərini çərçivəyə salalaraq istifadə olunurdu. Rəsmin özü ilə çərçivədə əks olunanlar təzad yaratmaqla obrazın yüksək xarakterini, harmoniyasını, gözəlliyini üzə çıxardırdı. Eləcə də elə bil qrot naxışları bu dünyanı ideal gözəlliklə, qeyri-adi qəhrəmanlıqla birləşdirirdi. Görünüşü, forması etibarı ilə ən «aşağı» bitki və heyvan (tikanlar, qurdlar, ilanlar və s.) şəkilləri, nizamsız həqiqətləri göstərirdi. Lakin bədii obraz kimi qroteks təzadlarda olduğu kimi iki tərəfli deyil. Başqa sözlə, onun elementləri arasında ziddiyyət olmur, əks varlıqlar onda qovuşuq şəkildə verilir.
Daktil (yunan sözü «daktylos» – barmaq deməkdir) – elə üçhecalı şeir ölçüsüdür ki, vurğunun əsasən 1, 4,7, 10 və s. ardıcıllığı ilə hecaların üstünə düşməsi tələb olunur.
Yazılı poeziyada sonralar vurğuya əsaslanan şeirin yeni formalarını yaratmış, dörd və qarışıq hecalı (üç və dörd) sözlərdən düzələn şeirlərin də vurğunun ardıcıllıqla hansı hecanın üstünə düşməsinə uyğun olaraq «daktil», «amfibraxi», «anapest» adlandırmışlar. Folklorda tapmacalar, yanıltmaclar, atalar sözləri «daktil» («amfibraxi», «anapest») şəklindədir. Maraqlıdır ki, «Kitabi-Dədə Qorqud» şeirlərində də bu cür vurğu ilə ahəng yaradılması hallarına rast gəlirik. M.Müşfiqin məşhur «Oxu tar…» şeiri də vurğulu üçhecalı şeir ölçüsündədir.
Hiperbola (yunan sözü «hyperbole» – şişirtmə, böyütmə deməkdir) – bir varlığın, hadisənin və fikrin həddindən artıq böyüdülməsinə, şişirdilməsinə əsaslanan bədii təsvir vasitəsidir. İlk olaraq xalq yaradıcılığında meydana gəlmiş və böyük inkişaf yolu keçərək yazılı ədəbiyyatda xüsusi obrazlar şəklində də özünü biruzə vermişdir.
[1] Юнг К.Г. Человек и его символы/ Пер. снем. – СПб.–М., 1996, 452 с. 125.
[2] Мифологический словарь. /Гл. ред. Е.М. Мелетинский/. – М.: Совет-ская Энциклопедия, 1991, с. 659.
[3] Веселовски А.Н. Историческая поэтика.- М., 1989, с. 300.
[4] Веселовски А.Н. Историческая поэтика.- М., 1989, с. 301.
[5] Yenə orada, s. 303.
[6] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 190.
[7] Yenə orada, s. 28-129
[8] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 130.
[9] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 23.
[10] Энциклопедический словарь юного литературоведа. – М., 1987, с. 177.
[11] Энциклопедический словарь юного литературоведа. – М., 1987, с. 179.
[12] Yenə orada.
[13] Yenə orada.
[14] Литературный энциклопедический словар. – М., 1987, с. 229.
[15] Литературный энциклопедический словар. – М., 1987, c. 230.
[16] Yenə orada, s. 180.
[17] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 24.
[18] Yenə orada, s. 32.
[19] Аникин В. Русская народная сказка. – М., 1984, с. 105.
[20] Шкловский В.Б. О теории прозы.- М., Л., 1925, с. 24.
[21] Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər).-B., 1972, s. 64
[22] Лазутин С.Г. Поэтика Русского фольклора. – М., 1989, с. 10-26
[23] Аникин В. Русская народная сказка. – М., 1984, с. 105
[24] Тынянов Ю.Н. Архаисты и новаторы. – М., 1929, с. 33.
[25] Мифы и легенды народов мира. Средневековая Европа. Составители Н.Будур и И.Панкеев. Том II. – М., «ОЛМА-ПРЕСС», 2000, с. 333.
[26] Bax: Greimas A. –J., Semantique structurale, Paris, 1966
[27] Структурализм: «за», или «против». – М., 1975, с. 451
[28] Бремон К., Логика повествовательных возможностей. В сборнике «Семиотика и искусствометрия», М., 1972, с. 118
[29] Bremon K., Göstərilən əsəri, s. 118
[30] Bax: Coduet J. Coce. Semiotique litterire, Paris, 1973; Greimas A. –J. Du sens, Paris, 1971; Bretond Cl. Logique du recit, Paris, 1973
[31]Барт Р. Основы семиологии. – в кн. «Структурализм: «за» или «про-тив». – М.,1975, с.153.
[32]Ревзин И.И. Субъективная позиция исследователя в семиотике. – «Труды по знаковым системам», № 5, Тарту, 1971, с. 334
[33] Бенвенист Э. Общая лингивистика, М., 1974, с. 294.
[34] Ролан Барт. Основы семиологии. – в кн. «Структурализм: «за» или «против». – М.,1975, с. 56.
[35] Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 31.
[36] Bах: Структурализм: «за», или «против». – М., 1975, с. 453.
[37] Ekzistensial – həyatın mənasızlığını, ictimai fəaliyyətin faydasızlığını, əxlaqın əsassızlığını sübuta çalışmaq
[38] Sem (toxum) – mürəkkəb sözlərin əvvəlində «toxum» və «toxumluq» mənasında olan ixtisara deyilir. Məsələn, «semantika» sözü əslində «məna toxumu» kimi anlaşılmalıdır.
[39] Структурно-типологические исследования. – М., 1962, с. 240.
[40] Bах: Coduet J. Coce. Semiotique litterire, Contribution a l‘anlyse seman-tiqut du discours, Paris, 1973; с.27-28
[41] Э.Бенвенист. Общая лингивистика, М., 1974, с. 90.
[42] Yenə orada, s. 90-96.
[43] Referent – kitabın, məqalənin və s. qısa şərhini oxuyan
[44] İmmanent – bir şeyin və ya hadisənin öz təbiətinə xas olan, yaxud daxili
[45] Э.Бенвенист. Общая лингивистика, М., 1974, с. 93.
[46] Барт Р. Основы семиологии. – В кн. «Структурализм: за, или против», М., 1975, с.114-164.
[47] Барт Р. Основы семиологии, c. 78.
[48] Kosmopolit – vətənpərvərlik hissini itirərək öz yurdunun mənafeyi ilə maraqlanmayan, öz xalqına yad olan və onun mədəniyyətinə xor baxan adam deməkdir.
[49] Ehtimal olunur ki, hər bir diskurs strukturalistlərin qəbul etdikləri terminalogiyadan nəsə reallıqla bağlanan əlamət tapıb «iqtibas» edir, götürüb özününküləşdirir.
[50] Левин А.Е. Принципы семиологического анализа. В сборнике «Вопросы философия». – М., 1974, № 9, с. 135.
[51] Rusca-Azərbaycanca lüğət- II cild, B., 1991, s. 384.
[52]Бенвенист Э. Общая лингивистика. – М., 1974, с. 130.
[53] Kitabi-Dədə Qorqud. – B., 1988, s. 37.
[54] Kitabi-Dədə Qorqud. – B., 1988, s. 37.
[55] Yenə orada.
[56]Бремон К. Логика повестовательных возможностей. – В сборнике «Семиотика и искусствометрия», М., 1972, с. 112
[57]Барт Р. Основы семиологии . В кн. «Структурализм..» – М., 1975, с. 117.
[58] Bax: Viet J., Les mtthodes structuralister dans les sciences sociales, Paris, Hague, 1971 (fransız dilində); Piaget J., Le structuralistme, Paris, 1968 (fransız dilində).
[59] Бенвенист Э. Общая лингивистика. – М., 1974, с. 64.
[60] Yenə orada, s. 65.
[61]İyerarxiyalılıq – aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası.