Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

B.Y.Propp A.N.Vaselovskinin fikirlərinə aydınlıq gətir-mə­yə çalışaraq bildirir ki, «süjet vahid deyil, kompleks şəkil­də­dir, bütöv deyil, parçalanandır».[9] Alim bu mənada A.N.Vese-lovski­nin nağıl süjetini kiçik hissələrə bölərək «fonetik təhlili»nin qə­ti əleyhinə çıxır və «Nağılın morfologiyası» əsərində özünün «mor­foloji sistemini» təklif edir. Əsərin adından görünür ki, V.Y.Propp nağıl süjetlərini «morfoloji yolla», yəni süjeti nitq his­sələri ilə müqayisə oluna biləcək bölmələrə ayıraraq, təhlil et­mə­yi daha üstün tutur.

Motivlə bağlı mübahisələr bu gün də davam etməkdədir. V.İ.Novikovun tərtib etdiyi sözlükdə Энциклопедический сло­варь юного литературоведа») göstərilir ki, «motiv bədii əsər­də süjetin bir elementi, hissəsi kimi başa düşülür. Hər bir süjet bir-biri ilə sıx əlaqəli, ardıcıl inkişaflı motivlərin calanması ilə formalaşır. Eyni motivlər həm ən müxtəlif süjetlərin əsasında du­ra, həm də tamam başqa mənalar daşıya bilər»[10]. Bu fikrə əsa­sən də aydınlaşdırmaq mümkün olmur ki, motiv bədii əsərin for­ma­sını yaradan detaldır, tikinti materialıdır, yoxsa hər hansı bir mə­na daşıyan ideyadır. Əgər o, bədii mətndə, yaxud çoxlarının irə­li sürdükləri kimi süjetdə görünən, başqa hissələrə parçalana bil­məyən ən kiçik elementdirsə, onda hər hansı bir motivin «güc və mənasının dəyişməsini qoşulduğu başqa motivin məzmunun­dan asılı olduğunu» qəbul etmək mümkündür və bu halda «mo­ti­vin dərin qatlarda gizlənməsindən» bəhs açmaq ağlabatan­dır­mı? Göstərdiyimiz «Sözlük»də yazılır ki, «motiv bəzən dərin qatlar­da gizlənir və lap dərinlərə gedib çıxmaqla daha böyük məz­mun kəsb etmiş olur».[11]

Motivi əsərin əsas mövzusunu «tündləşdirən», «tamamla­yan» vasitə də sayırlar. Araşdırmalarda o da vurğulanır ki, «Şeirdə hər hansı bir söz də motiv ola bilir. Lirikada söz-motiv hə­mişə «ötmüş»ü mənalandırır və «keçmişdə baş vermişləri» tət­biq etmə dumanına bürünür, onun ətrafında köhnə dü­şün­cə­lə­rin parıltısı işarır»[12].

Qeyd etmişdik ki, A.N.Veselovski də motivin adi növünü iki hissəyə bölür və (a+b) düsturu ilə ifadə edir. Onun fikrincə, mo­tiv düsturunun hər iki tərəfi dəyişir və təkcə şeirdə deyil, epik mətn­lərdə də (nağıllar) «bir cümlədə işlənən sözlərin hamısı ay­rı­lıqda motiv olur». Lakin A.N.Veselovskinin özünün qə­na­ətin­də «motiv həm də təhkiyənin (lirik əsərdə tərənnümün) əsəb şə­bə­kəsidir. Bu şəbəkəyə toxunan kimi estetik emosiyaların part­la­yı­şı baş verir, bədii əsəri düzgün başa düşməyə yardım edən as­so­siasiyalar zənciri hərəkətə gətirilir»[13]. Əgər şeir və hekayə mətn­lərindəki hər hansı bir söz motivdirsə, emosiyaların hansı part­layışından danışmaq olar. Sözün struktur təhlildə funksiyası də­qiq göstərilir və mətndə «emosiyaların partlayışına» səbəb olan cəhətlər tamam başqa əlamətlərlə üzə çıxır.

Motivi «söz» vahidinədək kiçildənlər onu çox hallarda in­triqa ilə də səhv salırlar: «Motiv bir qayda olaraq iki işarə ilə gös­tərilir, daha dəqiq desək, iki sifətdə olur və motiv-an­to­nim­lə­rin mövcudluğu qənaətindəyik: dözümlülük motivi mütləq dö­züm­süzlük motivini doğuracaq, lakin bu o demək deyil ki, həmin əks mövqeli motivlər eyni əsərdə meydana gəlir»[14]. Burada «mo­tivantonim» istilahı yerində işlənməmişdir. Çünki müəllif bir-bi­rinə zidd motivləri başqa-başqa əsərlərdə arayır. Lakin söhbət bə­dii əsərin mətninin, yaxud süjetinin tərkib hissələrindən ge­dir­sə, motiv-antonimlər də həmin konteksdə axtarılmalıdır.

Son dövrlərdə A.P.Skaftımov motivi yaradıcının şəxsiy-yə­ti və dünyagörüşü, eləcə də bədii əsərin bütöv strukturunun təh­lili ilə əlaqələndirir[15]. Motiv termininin müasir anlamı məhz bu səpgidə üzə çıxır:

a) müəllifin duyğu, düşüncə və hislərinə bağlıdır,
b) bu halda onun «müstəqilliyi», bədiiliyi, estetik tamlığı nis­bətən «əlindən alınır».

v)Yalnız hər hansı bir «cərəyanın», «fəaliyyətin» konkret təh­lili prossesində motivin dəyişməzliyi, fərdiliyi və mənaca dol­ğunluğu bədii dəyərini taparaq əhəmiyyət kəsb edir. Lakin bu mə­lum prinsipi kənara qoyub tamamilə əks mövqedən fikir irəli sür­məklə görəsən mötəbər «Sözlük»lərin müəllifləri nəsə qa­za­nır­larmı? «Ədəbiyyatın inkişafı üçün o da lazımdır ki, motivlər bir-biri ilə təkcə bir süjet (ya da bir neçə), bir əsər daxilində qar­şı­laşmırlar, kitabın, hətta ədəbiyyatların sərhədlərini aşırlar»[16].

Yaxud daha ziddiyyətli qənaətlərlə rastlaşmaq müm-kündür: «Mo­tiv ikili xarakterdədir, eyni zamanda həm ənənədir, həm də ye­niliyin əlamətidir. Eləcə də motiv bir o qədər öz daxilində iki­li­dir: lakin tərkib hissələrinə ayrılmayan vahid deyil, bir qayda ola­raq motiv bir-birinə qarşı duran qüvvələrdən təşkil olun­muş­dur, ona görə də öz daxilində hərəkətə səbəb olan konfilikti mey­dana gətirir. Motivlərin həyatı sonsuz deyil (motivlərin nə­fə­si kəsilir). Birxətli və primitiv istismarı motivi qiymətdən sala bi­lir». Burada motivə ədəbi prosesin subyekti kimi baxılır…

Funksiya (fonction) – bir elementlə başqaları arasındakı elə tutuşdurma, və əlaqələndirilmədir ki, strukturun bütövlüyünü qo­ruyub saxlamaqla varlığına təminan verir. Bu anlam təh­ki­yə­nin tərkib hissələrinə ayrılmayan vahidi kimi ilk dəfə V.Y.Proppun əsərlərində işlənmişdir. Son illərədək əksər xalq­la­rın nağıl süjetindən bəhs açan alimlərin V.Y.Proppun «mor­fo­lo­ji» təliminə söykənmələri təsadüfi deyil. Çünki onun «Nağılın mor­fo­logiyası» əsəri Avropada geniş yayılan strukturalizmin ilk qaranquşlarından sayılır. Eləcə də A.N.Veselovskinin motiv məf­humu əvəzinə, V.Y.Propp «funksiya» anlayışını təklif edə­rək problemin həlli yollarını arayır. O, yazır: «Biz nağıl süjetləri ara­sındakı müqayisəli təhlili qəbul edirik, lakin sehirli nağıl sü­jet­lərini xüsusi tərkib hissələrinə ayırıb, müqayisə aparmalıyıq. Nə­ticədə nağılların morfologiyası alınar».[17]

Nağıl süjetinin morfologiyası – mətndəki tam əhvalatı tər­kib hissələrinə – funksiyalara ayırıb, həmin hissələrin bir-biri ilə əla­qə və bağlılığını nəzərə almaqla bütöv təsvir etmək deməkdir.

V.Y.Propp əksər nağıl süjetlərində qəhrəmanların ad­la­rı­nın və atributlarının tez-tez dəyişdiyini, funksiyalarının – hərəkət və davranışlarının isə sabit qaldığını müşahidə edir və belə qə­na­ətə gəlir ki, nağıllarda çox hallarda eyni hərəkətlər müxtəlif per­so­najlara aid edilir. Bu, bizə belə bir imkan verir ki, nağıl sü­jet­lə­rini onlarda iştirak edən obrazların funksiyasına (roluna, fə­aliy­yətinə, gördüyü işinə) görə öyrənək. İlk növbədə müəy­yən­ləş­dirmək lazımdır: bu funksiyalar nağıl süjetlərinin sabitliyini, ya­xud dəyişkənliyini nə dərəcədə əks etdirir? Bütün başqa mə­sə­lə­lərin həlli məhz bu mühüm problemin düzgün üzə çı­xa­rıl­ma­sın­dan asılıdır. Nağıllarda bir-birini təkrarlayan neçə funksiya var?- sualına alim belə cavab verir: «Tədqiqat göstərir ki, funk­si­yaların təkrarlanması heyrətləndirici dərəcədə çoxdur.»[18]Əs­lin­də V.Y.Proppun bəhs açdığı nağıl hissələri vahid deyil, əsərin məz­munundan doğan epizodlardır. Funksiyaya gələndə ayrıca gö­türülmüş nağılda, ya da başqa bir bədii əsərdə göstərilən, adı çə­kilən canlı-cansız hər şeyi aid etmək olar. Çünki funksiyasız bə­dii detal əsərdə yamaq kimi görünür.

Məsələyə tam aydınlıq gətirmək üçün V.Y.Proppun funk­si­ya (ümumiyyətlə, alim folklorun epik ənənəsində və yazılı bə­dii təhkiyədə funksiyaların 31 qrupunu müəyyənləşdirir) kimi təq­dim etdiyi nağıl süjeti hissələrinə diqqət yetirək:

Ev­dən getmə, yerində olmama. Bəzi nağıllarda ailə üzvlərindən bi­ri evdən gedir. V.Y.Proppun nəzəriyyəsinin abstraktlığı birinci funk­siyadan özünü büruzə verir. Belə ki, tədqiqatçı qəhrəmanın ha­ra yollanmasını (azuqə üçün bazara, işə, meşəyə, qərib öl­kə­lə­rə, nişanlısını tapıb gətirməyə, sehirli tapşırığı yerinə yetirməyə və s.) o qədər də vacib saymır. Lakin süjetin özünəməxsusluğu məhz onun evdən nə üçün getməsi və haralarda olması ilə şərt­lə­nir. Nağılçıların yaradıcılıq imkanları da bu funksiyanın mahiy­yə­ti ilə əlaqədar üzə çıxır.

Qəhrəmana qadağanlarla (yasaqlarla) müraciət edilməsi. Qır­xın­cı otağın qapısını açıb içəri girmək, gül bağına keçmək, se­hir­li meyvələri dərmək və s. bağlı yasaqlara Azərbaycan na­ğıl­la­rın­da da rast gəlirik. «Ovçu Pirim» nağılında görürük ki, tabu – ya­saq (İlanın Ovçu Pirimə quşların, heyvan–ların dilini bil­mə­si­nin sirrini açmamaq barədə qoyduğu qadağan nəzərdə tutulur) sü­jetin əsas əlaməti kimi çıxış edir və hadisələrin inkişafında bö­yük əhəmiyyət kəsb edir. V.Y.Proppun fikrincə, nağıllarda qəh­rə­manların başına gələn hər hansı bəlaya səbəb «qadağanlar»ın po­zulmasıdır. Yenə də «Ovçu Pirim» nağılını yada salaq. Quş­la­rın, heyvanların dilini necə öyrən-məsinin sirrini açmamaq barə­də­ki qadağanı pozduğu üçün (arvadın təkidi ilə) Ovçu Pirim ölü­mə məhkum edilir. Lakin bütün qadağanların pozulması qəh­rə­man­ların başına bəlalar açmır, hətta bəzən onların gələcək hə­yat­­larına müsbət təsir göstərir. Qadağanı – yasaqı pozması ilə da­ha da kamilləşir, bilik və bacarıqları, gücləri artır, düşmən məğ­­lub edilir və s. Beləliklə, V.Y.Proppun funksiya kimi təqdim et­­diyi süjet hissələrinin hamısını, V.Anikinin dediyi kimi, məq­bul saymaq mümkün deyil[19]. Onun təklif etdiyi sxemləri dilin mor­­foloji quruluşunda olduğu kimi sabitləşən qanunlar şəklində qə­bul etmək olmaz. Nağıl süjetləri daim inkişafda və dəyişmək­də­dir. Onun yaradılmasında iştirak edən nağılçıların biliyi, ba­ca­rı­ğı, dünyagörüşü və istedadı eyni olmadığı kimi, variantlar da müx­təlif səpkilidir.

Ciddi mübahisə doğuran bir funksiyaya da diqqət yetirək.

An­toqonist ailə üzvlərindən birinə ziyan vurur. Antoqonist (bu terminin müasir anlamı barədə aşağıda ge­niş bəhs açacağıq) deyəndə qəhrəmanın gələcək fəaliyyətinə ma­ne olan vasitələr, ona düşmən kəsilən qorxunc qüvvələr, sehirli var­lıqlar, yalançı və ikiüzlü din xadimləri, azğın hökm­darlar, xə­sis və qəddar mülkədarlar və s. nəzərdə tutulur. Onlar xasiyyətcə ey­ni olmadıqları kimi, gördükləri işlər, vurduqları ziyanlar da müx­təlifdir: qızı dənizə atdırırlar, övladlardan birini özləri ilə apa­rırlar, sehirli almaları oğurlayırlar və s. Eləcə də folklorun epik ənənəsində fəaliyyətlərin əksəriyyətinin sakral səbəbi güc­dür. Buna görə də onların yönünü dəyişmək çox hallarda müm­kün olmur, müəyyən qanunauyğunluq şəklində meydana atıl­dı­ğın­dan tabeçilikdən çıxa bilmir.

Funksiyaları bədii dəyərinə, mahiyyətinə görə deyil, işlən­mə yeri ilə fərqləndirib qruplaşdıran V.Y.Propp, adama elə gəlir ki, nağıla bədii əsər kimi yanaşmır. Sanki göz qamaşdıran uca sa­rayın bir-birini tamamlayan ayrı-ayrı hissələrindən söz açır. Sa­rayın simmetrik quruluşuna uyğunlaşmayan elementləri söküb bir kənara atır, yəni özünün morfoloji sisteminə girməyən ele­ment­lərin funksiyalarını «köməkçi hissəciklər» başlığı altında cəm­ləşdirir, onları əhəmiyyətsiz hesab edir. Onun təliminin ən zid­diyyətli cəhəti isə odur ki, möhtəşəm tikililər kimi nağıl sü­je­ti­nin də qurulub qurtarandan sonra dəyişməzliyi məsələsini irəli sü­rür və folklorun çoxvariantlılığını, transformasiyalığını, nə­dən­sə, yaddan çıxarır. Sabitlik, dəyişməzlik ancaq yazılı ədəbiy­ya­ta xas əlamətdir. Çünki nəsr nəzəriyyəsindən danışan V.B.Şklov­skinin dediyi kimi, «nağıl süjeti heç vaxt sabit qalmır, da­ğılır, hissələrə parçalanır və süjetqurmanın xüsusi, bizə mə­lum olmayan qanunları ilə yenidən formalaşır»[20], daha doğrusu, baş­qalaşır. V.Y.Proppun abstrakt strukturalizmdə böyük uğur ki­mi qəbul edilən funksiyaların kommunikasiya modeli də dəfələr­lə «redaktə» edilsə də, nağıl süjetlərinin ümumi mənzərəsini tam ya­rat­maqdan uzaqdır.

Modeldəki işarələrin açıqlanmasına diqqət yetirək:

A – ziyankarlıq;
V – vasitəçilik, birləşdiriji anlar (çağırış, göndərmə, məzu-niyyət, bəla xəbəri və b.);
S – əks-təsirin başlanğıcı;
– qəhrəmanın evdən yola düşməsi;
D – hədiyyə verənin ilk funksiyası;
Q – qəhrəmanın dəyişməsi;
Z – sehrli vasitələrə sahib olmaq;
K– öz yerini dəyişmək;
{ }- sehrli mühit,
L – sehrli mühitdən çıxmaq;

  – doğma mənzilə qayıtmaq;

Pr – yalançı qəhrəmanın və ziyanvericinin cəzalanması;

SpÇFUOTNS… – toy və hakimiyyətin əldə olunması.

Bu model 1928-ci ildən üzü bəri bir sıra ölkələrdə təd­qi­qat­çıların heyrətinə səbəb olmuşdur. Onu məqbul sayaraq, bəzən kor-koranə olduğu kimi, bəzən də yaradıcı şəkildə yanaşıb də­yiş­dirərək öz xalq nağıllarına, epik ənənənin başqa janrlarına, elə­cə də yazılı ədəbiyyata tətbiq etmişlər.

Azərbaycan folklorşünaslığında V.Y.Proppun «morfoloji» tə­limindən nağılların deyil, dastan strukturunun təhlilində is­ti­fa­də edilməsinə rast gəlirik. «Hər bir dastan, yəni əsərin əsas sü­je­ti, məşhur sovet alimi V.Proppun sözləri ilə desək, mü­ba­ri­zə­dən ibarətdir» yazan M.H.Təhmasib məhəbbət dastanlarının sü­je­tində dörd funksiya olduğunu göstərir:

M.H.Təhmasibin funksiyalar üzrə bölgüsüƏnənəvi kompozisiya bölgüsü
Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi.Başlanğıc (Ekspozisiya).
Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları.Düyün (Zavyazka).
Qabağa çıxan maneələr və onlara qarşı mübarizə.Zirvə (Kulminasiya).
Müsabiqə və qələbə.[21]Açılış (Razvyazka) və final.

Göründüyü kimi, funksiyalar qrupu eyni zamanda ənənəvi kom­pozisiya bölgüsü ilə də üst-üstə düşür: demək olar ki, dastan sü­jetlərinin

ekspozisiyası birinci (qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi),
zavyazkası ikinci (qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları),
kulminasiyası üçüncü (qabağa çıxan maneələr və onlara qarşı mübarizə),
razvyazka (müsabiqə) və finalı (qələbə) dördüncü funksiyanın eynidir.

V.Y.Proppdan fərqli olaraq, M.H.Təhmasib süjetin his­sə­lə­ri­ni bir-biri ilə əlaqəli şəkildə təhlilə cəlb edir. Lakin nə qədər ma­raqlı mülahizələr irəli sürsə də, süjetin inkişaf xəttinə yardım edən elementləri tam aydınlığı ilə göstərə bilmir.

Məgər nağılların süjetini ədəbiyyatşünaslında qəbul olun-muş, sınaqdan çıxarılmış ənənəvi qaydada mərhələlərə bölmək müm­kün deyilmi? – sualına cavab arayan S.Q.Lazutin[22] rus xalq nağıl­larını kompozisiya mərhələləri ilə təhlilə cəlb etməyi təklif edir.

V.Anikin isə yazır ki, V.Y.Proppun abstrakt-struktu-ralizmə söy­kənən nəzəriyyəsi «nəyə desən yarayır, ancaq incəsənətin ma­lı deyildir»[23]. Funksiyalar sistemində obrazların konkret əməl və fəaliyyətləri bir-biri ilə əlaqəli şəkildə ümumi-ləşdirilmə­mə­si­nə, bədiilik priyomlarına əhəmiyyət verilmə-məsinə əsaslanıb bəl­kə də, bu fikirlərə haqq qazandırmaq mümkündür. Lakin V.Y.Propp funksiya nəzəriyyəsi ilə tarixi poetikanın yeni mər­hə­lə­sini başlamış, Avropa və rus ədəbiy-yatşünaslığında geniş dis­ku­siyaların yaranmasına təkan vermiş, bədii əsərin daxilinə nü­fuz etmək yolunda ilk addımlar atmışdır. Onu elə-belə bir alimin yön­dəmsiz sözləri ilə ədəbiy-yatşünaslıqdan çıxarıb atmaq ən azı əda­lətsizlikdir. Bu başqa məsələdir ki, V.Y.Proppun «öz mo­de­li­nin dəyişməz qalması və dünyadakı bütün nağılların təhlilində ya­rarlılığı» fikrini irəli sürməsinə baxmayaraq həmin nəzəriyyə və təlimi kor-koranə Azərbaycan folklorunun epik ənənəsinə tət­bi­qi yolverilməzdir. İlk növbədə ona görə ki, hər bir nağıl onu ya­radan xalqın dünyagörüşünün və yaradıcılıq imkanlarının məh­suludur, başqaları ilə müqayisədə onları birləşdirən cəhətlər olsa da, ayıranlar daha çoxdur. Nağıllarda təkcə əsas qəhrəman de­yil, bütün personajlar dinamik inkişafda və hərəkətdə gös­tə­ri­lir, yəni epizodik obrazlar belə bir sıra funksiyaların daşıyıcısı olur. Obrazlar qarşılıqlı əlaqə zamanı bir-biri ilə bağlanır və ək­sər hallarda biri digərinin əksini təşkil edir. Başqa sözlə, əsas qəh­rə­man və onun köməkçilərinə aid funksiyalarla düşmən cəb­hə­də duran surətlərin, sehrli qüvvələrin daşıdığı funksiyaların qa­rşılaşması süjetin konfliktinin canıdır. Bu əlaqəni görməmək sü­jet xəttinin yüksələn və enən inkişafını inkar etmək demək de­yil­mi? Eləcə də sehrli qüvvələrin bütün hiylələrinin, əməllərinin bir anlayış altında (qəhrəmana ziyan verməsi ilə) birləşdirilməsi ob­razların özünəməxsusluğunu inkar etməkdir. Yaxud əsas per­so­najların mübarizəsinin nağıllarda nə qədər rəngarəng ol­du­ğu­nu görürük. Bu müxtəlifliyin üstündən xətt çəkmək nə də­rəcədə düz­gündür? Eləcə də əsas qəhrəmanın bütün rə­qib­lə­ri­ni «an­to­qo­nist» deyə eyniləşdirmək də ağlabatan deyil.

Nağılların əvvəlində və sonunuda nağılçıların söylədikləri po­etik hissələr (pişrovlar və «göydən üç alma düşdü» kimi son­luq­lar) V.Y.Proppun funksiyalar sistemindən kənarda qalır. Bura qə­dər deyilənləri ümumiləşdirib aşağıdakı nəticəyə gəlirik:

1. Funksiyalar təkcə əsas qəhrəmanlarla bağlı olmur, yəni na­ğılda iştirak edən bütün personajlar dinamik inkişafda və hə­rə­kətdə təsvir edilir. Əsas qəhrəmanla yanaşı, köməkçi va­si­tə­lə­rin də funksiyaları fəal olur.
2. Funksiyalar sistemi sxematiklikdən yaxa qurtara bilmir.
3. Funksiyalar sistemində hadisənin inkişaf xəttini, müna-qişə, qarşılaşma və konfliktlərin yüksələn, enən xət­lə­ri­ni görmək olmur.

Nağılın süjeti canlı orqanizmi xatırladır, daim hərəkətdə və inkişafda olur. Hadisələri funksiyalara ayıraraq, müxtəlif nöq­tələrdə dondurmaq bir nəticə vermir. Lakin bu o demək deyil ki, V.Y.Propp funksiyalar məsələsini meydana atmaqla səhv et­miş­dir. Hər bir bədii mətndə elementlər və sistemlər arasında əla­qələri, bağlılığı təmin edən funksiyalar mövcuddur və onların mü­əyyənləşdirilib düzgün şərh edilməsi həmişə aktual məsələ ki­mi diqqət mərkəzində duracaqdır.

Son illərdə folklor janrlarını ədəbiyyatşünaslıqda qəbul edil­miş ənənəvi süjet və kompozisiya əlamətlərinə görə təhlil et­mə­yə meyl çoxalmışdır. Lakin buna da «funksiya» anlayışından im­tina demək olmaz. Çünki struktur təhlilin öz prinsip və yolları var, onun kateqoriyalarını bir-birinə bağlayan əsas cəhət kimi funk­siyanın rolu əvəzsizdir. Və struktur təhlil poetikanın bir qolu­dur, özü deyildir. Ümumi poetikanın predmeti bədii mətnlə, onun sistem və strukturları ilə məhdudlaşmır.

Təsadüfi deyil ki, V.Y.Proppun «funksiya» təlimi meyda­na atılandan bir il sonra Y.N.Tınyanov tərəfindən geniş surətdə ədə­biy­yatşünaslığa tətbiq edilmişdir. O, «Arxaistlər və no­va­tor­lar» (1929) adlı əsərində müəyyənləşdirir ki, «Sistem olaraq bə­dii əsərin hər bir elementinin başqaları ilə, bununla da bütün sis­tem­lərlə əlaqələndirilməsini həmin elementin konstruktiv (əməli) funksiyası adlandırılır. Proseslə yaxından tanış olduqda gö­rürsən ki, bu cür funksiya mürəkkəb anlayışdır. Element baş­qa əsərlərin sisteminin bir sıra belə elementləri ilə, digər tə­rəf­dən mövcud olduğu sistemin digər elementləri ilə bir dəfəyə əla­qə­lənir»[24]. Müəllif birinci halı «avtofunksiya», ikincini isə «sin­fun­ksiya» adlandırır.

A.J.Qreymas R.Yakobsonun «kommunikasiya aktı»nın sxeminə söykənib, «aktanların funksiya» sxemini təklif etmişdir:

Ekspressiv funksiya məlumatı – informasiyanı yollayan-dan – ötürəndən, konativ funksiya – alandan (qəbul edəndən), idrakı funksiya (referent) isə – kontekstdən, metalinqivistik koddan, fatik – əlaqələrdən istiqamət alır.

Rəvayət, yaxud predaniya yunan sözü «pagabogis»-dən gö­tü­rül­müş termindir, mənası «ötürmə», «öyrətmə» deməkdir. «Tra­di­siya» (hərfi mənada «ənənə» deməkdir, biliyi şifahi şəkildə bir nə­sildən başqasına ötürmək ənənəsi kimi başa düşülür) ter­mi­ni­nə uyğundur. Lakin ikinci termin latın sözü «traditio»dan tö­rə­yib daha çox elmlə, məişətlə və dinlə bağlanırsa, «predaniya» yal­nız bir məqsədələ işlədilir. Rus folklorunda dini və tarixi rə­va­yətlərə verilən addır. «Predaniya» termini Azərbaycan folk­lo­run­da rəvayətlə üst-üstə düşür Doğrudur, bizdə əfsanə ilə rə­va­yə­tin sərhədləri müəyyənləşib bir-birindən ayrılmadığı kimi, rus folk­lorşünaslığında da leqenda ilə predianiyanı eyni prizmadan ke­çirib birinin üstünlüyünü göstərməklə işığını digərinin üstünə salırlar. Tədqiqatçıların bir qismi isə (V.P.Anikin, Q.A.Le­vin­ton) predaniyaları sırf dini məzmunlu kiçik hekayələrlə məh­dud­laş­dırır və onlara demonvarı obrazların dini miflərdən keçdiyini söy­ləyirlər. Janrın əsas əlaməti kimi vurğuladıqları motivlərin ger­çəklə, reallıqla əlaqəsinə gəlincə, xristianlıq ənənəsindən gə­lən bütün elemetlərin (İsus Xristosun doğulub çarmıxa çə­kil­mə­sin­dən tutmuş apostolların fəaliyyətinədək) tarixlə əlaqəsi ol­du­ğu­nu əsaslandırmağa çalışırlar. Lakin nə qədər fakt axtarışında ol­salar da, şərin təmsilçiləri kimi çıxış edən vampirlər və b. ob­raz­lar mifiklikdən yaxa qurtara bilmir. Predaniyaların ək­sə­riy­yə­ti o dərəcədə leqendalara oxşayır ki, onları bir-birindən ayırmaq çə­tinləşir. Cənnət və cəhənnəm haqqındakı təsəvvürlərin həm le­qenda, həm də predaniya motivlərində geniş əks etdirilməsi bu do­laşıqlığı bir az da artırır.

Azərbaycan folklorunda isə tamam başqa mənzərənin şa­hi­di oluruq. Rəvayətlər məzmununa görə əfsanələrdən əsaslı şə­kil­də fərqlənir. Dini məzmunlular da tarixi faktlara söykəndiyi üçün (islam dininin yaradıcısı yeganə peyğəmbərdir ki, real tarixi şəx­siyyət olması faktlarla sübuta yetirilmişdir) mifiklikdən uzaq­dır. Özündə qeyri-adi motivlərə yer verənlər isə əfsanə jan­rı­nın əlamətlərini özündə yaşadır, rəvayət deyil.

Eləcə də predaniyaları tarixi şəxsiyyət, hadisə və abidə-lər­lə bağlayanlar da (N.İ.Krasov), son nəticədə leqendaların çər­çi­vəsindən kənara çıxmırlar. Q.A.Levinton predaniyaları «ta­ri­xi» janr hesab etsə də, mif elementlərinin açıq-aşkar iştirakını köl­gə altına sala bilmir. Əlacsız qalıb bu qənaətə gəlir ki, arxaik mi­fik sxemlər predaniyaları hakim din sistemlərinin təsiri altına al­mır, sadəcə olaraq tarixi yaşatmağa xidmət edir, «o dövrlərdən söh­bət gedir ki, tarixi abidələri yaşatmağın yeganə üsulu pre­da­ni­yalardır».[25] Yəni, yazı meydana gəlməmişdən qabaq pre­da­ni­ya­lar xalqın tarixini yaşatmağa xidmət etmişdir. Bizcə, həmin çağ­lar­da epik ənənənin bütün arxaik formaları bu funksiyanı yerinə ye­tirirdi. Beləliklə, rəvayətlərdə tarixdə baş vermiş gerçək ha­di­sə­lər özünə yer tapır, əfsanə, nağıllardan fərqli olaraq məkan və za­man mifiklikdən çıxarılır, hamının tanıdığı yaşayış mən­tə­qə­lə­rin­də, qalalarda, şəhərlərdə baş verir, bəzən hadisənin başladığı vaxt gerçəkliklə tam üst-üstə düşür. Lakin rəvayətlərdə ancaq keç­mişdə baş vermiş hadisələrdən bəhs açılır. Bir növ elin ağ­saq­qalları dünəninə müraciət edib retrospektiv şəkildə (latınca ret­rospicare – arxaya baxmaq) tarixi fakt haqqında məlumat ve­rir.

Retrospektivlik rəvayət janrını müəyyənləşdirən ən mü­hüm əlamətdir: xalq yaşadığı dövrün baxış bucağından keçmişin ha­­disəsinə nəzər salır və nəticə çıxarır. Eləcə də bir vaxt ol­muş­la­rın səbəbi danışılan dövrün prizmasından keçirilib, şərh edilir.

Azərbaycan xalq rəvayətləri kifayət qədər toplanıb nəşr edil­­­məsə də, əldə olan nümunələr əsasında (əsasən əfsanə top­lu­la­­rının içərisində verilmiş) qruplaşdırmaq mümkündür:

Ta­rixi hadisələr və şəxsiyyətlər haqqında rəvayətlər.
Abi­dələrlə bağlı rəvayətlər.
Dini rəvayətlər.

Bir cavab yazın

Back to top