Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

Məna (signification), mənalandırma (signifiant), mə­na­lan­dırılan (signifie) Sössürün müəyyənləşdirdiyinə görə, ka­ğız vərəqin üz və arxası olduğu kimi, mənanın da iki tərəfi var: mə­nalandırma/mənalandırılan.

Mənalandırılan – işarədən nəyi qavramaq (baxmaq və eşit­mək­lə) mümkündürsə, ona deyilir. Məsələn, üç fonemdən ibarət səs birləşməsində g, ö və z fonemlərini görməklə, yaxud səsləri din­ləməklə «göz» sözünü qavrayırıq, yəni mənalandırırıq.

Mənalandırma – işarənin (vasitəçiliklə bildirənin ötür­dü­yü) mənalı məzmuna deyilir. Məsələn, «göz» mənalandırılmaya gö­rə görmə orqanıdır.

Sa | Se

Ben­venistanın müəyyənləşdirdiyinə görə, «mənalan-dırılan» – ide­ya­nın səslə ötürülməsidir, «mənalandırma» isə «mənalandıranın» təfəkkür ekvivalentidir».[45]

Anlam – şərh (sens) – əksər tədqiqatçıların qənaətinə gö­rə, «anlam» (rusca – smısl, fransızca – sens) istilahı «məna» (rus­ca – znaçeniə, fransızca – signification) ilə üst-üstə düşür və «gös­tərilən»lərin (oznaçaemıx) cəmi başa düşülür. R.Bartın təs­di­qinə görə, Sössür «sens» istilahını «göstərilmiş»ləri və «bildirilməli»ləri əlaqələndirən «işarə» üçün xarakterik əməliyyat kimi müəyyənləşdirmişdir.[46]

Əhəmiyyət, rol (valeur) – işarənin elementidir. Daha də­qiq desək, bir işarənin funksiyasını başqası ilə müqayisədə fərq­lən­dirən əlamətdir, nisbi xarakter daşıyır. E.Benvenist yazır ki, «işa­rənin əhəmiyyəti daxil olduğu sistem daxilində müəy­yən­lə­şir. Çünki sistemdən kənarda işarə yoxdur»[47]. İşarənin rolunun nis­biliyi onunla şərtlənir ki, sistemin sinxronluğu işarələri bir-bi­rin­dən tam asılı vəziyyətə salır və aralarındakı əlaqələrin po­zul­ma­sı, yenidən bərpası təhlükəsi həmişə mövcuddur. Ona görə də bütün mənaların əhəmiyyətinin məğzində əkslik (bir-birinə qarşı çıx­malar) durur. Beləcə əhəmiyyət, rol ancaq işarələrin fərqli cə­hət­lərinin ortaya qoyulması əsasında aydınlaşa bilir.

İdeologiya (ideologie)– əsas göstərilənlərin və ikinci də­rə­cə­li sistemin (ritorik) konnotasiyasının («bildirən»in ritorik gös­tə­ricilərinin və «göstərilənlərin «ideoloji» səviyyəsinin) bir­gə­li­yi­nə deyilir. İdeologiya nəyinsə öz özünə fikirdə tutulması kimi təzahür (manifestasiya) edir. Onun «avtoriteti» onunla şərtlənir ki, diskursun və topikanın (ümumi və fərdi) üstündən keçir və «fakt­lar» arasındakı münasibətlərdən doğur.

Topika ümumi və fərdi dəlil deməkdir. Bir fikri ifadə edər­kən ümumi və fərdi dəlillərdən istifadə etmək bacarığı da fəl­səfədə «topika» adlanır.Topika ancaq mövcud konkret cə­miy­yə­tin qəbul etdiyi anlayışın daxilində olanda fərdidir, ümum­bə­şə­ri ehtimallardan yaranan anlayışlar şəklində isə ümumidir. Belə ki, «vətənsiz adam»/«kosmopolit[48]» anlayışları kontekstdən kə­nar­da ağlasığmazdır, təsəvvüredilməzdir. Lakin həmin anlayış­la­rın mətndən kənardakı əks qarşılığı – «ümumi ev»/ «vətən»/ «patri­otluq» kimi anlayışlar müqayisəyə cəlb edilməklə ideya mey­dana çıxır. Məhz anlayışların ideoloji münasibətləri «hə­qi­qə­tə­uyğun» görünür. Bədii mətndə «həqiqətəuyğunluq» özü şərti xa­rakter daşıyır, müxtəlif səviyyəlidir. Onun əksolunma for­ma­ları da bir-birindən fərqlidir:

Referensial (rəy, məlumat, arayış və xasiyyətnamədən do­ğan) həqiqətəuyğunluq –«yaşanılmış»[49] və «qavranılmış» dün­ya­nın gerçəkliklərinə münasibətdir. Müxalifliyin geniş və müx­tə­lif­ istiqamətli qarşılıqlı əlaqəsindən doğan fəaliyyəti göstərir. Mə­sə­lən, turistlərə xidmət edən ekskursovodun məlumat dəftərində məkan iki ye­rə bölünür: mənzərəli və mənzərəsiz. Burada «mənzərəli» do­mi­nantlaşdıran və dominatlaşan ola bilər.

Məntiqi həqiqətəuyğunluq – ədəbiyyatda ənənəvi araş­dır­ma obyekti kimi götürülən janr qanunlarının mü­əy­yən­ləş­di­ril­mə­sinə aiddir. Burada struktur təhlil onu üzə çıxardır ki, diskurs və söyləmə (hekayət) janrın «dərin qatlarından» meydana gəlib funk­siyalaşır.

Poetik həqiqətəuyğunluq – bir qayda olaraq ritorik fü­dur­lar­la ortaya çıxır.

Topik həqiqətəuyğunluq – diskursun hakim olduğu ümumi yer nəzərdə tutulur: eksplisit (izahlı, şərhli – məsələn, sitat gət­i-rilən müəlliflər, ekzaltirli – coşmuş, həyəcanlı qəhrəmanlar, ata­lar sözləri və dil manerasına görə həqiqətəuyğunluq) və im­plisit (rəqibi – opponenti «retroqrad» – cəhalətpərəst, irticaçı adlan­dır­maq, eyni zamanda tərəqqi ideyalarına müraciət etmək) ola bilir.

Kod (code) – hər hansı bir işarələr sistemində təbii dilin fə­aliyyət qaydalarının birgəliyi və məhdudluğu funksiyasının tə­min edilməsi deməkdir, başqa sözlə, kommunikasiyanı təmin edən vasitədir. Bunun üçün kodun xüsusiyyətləri kommunikativ prosesin bütün iştirakçılarına aydın olmalıdır. Kod hamının qə­bul etdiyi nöqteyi-nəzərə görə, konvensional (şərti) xarak­ter­də­dir. A.Y.Levin bu barədə yazır ki, «kommunikativ kodların kon­ve­sional təbiətinin hər zaman eksplisit (izahlı şəkildə) əksi, ve­ril­məsi vacib deyil; daha çox təbii dilin funksiyalarını – tam fə­aliy­yətini müəyyənləşdirən konvesiyalar (bağlaşmalar) kom­mu­ni­kasiya aktlarında həmişə «öz-özünə qurulmaqla» implisit (ziq­zaq­lı, ziddiyyətli) formada meydana gəlir və təkcə bir vasitə ilə – lin­qivistik təsvir işarələrinin səviyyəsinin köməyi ilə şərh edi­lir»[50].

Manifestasiya (manifestation) – göstərənin, yaxud mə­na­lan­dıranın kommunikasiya əlaqəsi vasitəsi ilə semantik struk­tu­run ortaya çıxarılmasına deyilir.

Metafora (metaphore) – hərfi mənası «köçürmə»dir, söz və ifadələrin dolayı mənada işlənməsinə əsaslanan məcaza de­yi­lir. Bütün substitutiv işarələri mənalandırır. Belə ki, eksplisit, ya da implisit müqayisənin köməyi ilə eyni bir fiqur (göstərilən, ya­xud mənalandırılan) praktik plandan – denotasiyadan mifik pla­na – konnotasiya halına köçürülür. Məsələn, «aydın görmək» ifa­dəsində ikinci işarə vizual (görmə) plandadır, birinci işarəyə bağ­lanmaqla intellektual (əqli, zehni) plana köçürülür.

Metonimiya (metonymie) – məcazdır, hərfi mənası «adalandırılma»dır. Struktur təhlildə diskursun inkişafını istənilən səmtə yönəldən sintaqmatik qaydalı hər hansı bir fiqurdur. Bir sözün qarışıq anlamı əsasında başqa sözlə əvəzlənməsi kimi başa düşülür. Metonimik tipli diskursdan da­nı­şanda, metaforik tipli diskurs onun əks tərəfi kimi götürülür.

Ritorikada metonimiyanı bir göstərilənin iki və daha artıq gös­tərilməlini özünə cəlb etmiş fiqur adlandırırlar: məsələn, kon­yak – həm şəhər, həm də içki deməkdir.

Oppozisiya (opposition) – hər hansı bir terminin mənasını baş­qa terminlərə, yaxud terminlər qrupu ilə müqayisədə üzə çı­xar­dan münasibət formasına deyilir.

Paradiqma (paradigme)

Paradiqma hərfi mənada «nümunə, misal» deməkdir. Qram­matikaya aid dərslik və lüğətlərdə paradiqma tamamilə başqa şəkildə – «sözlərin hallara salınması və ya dəyişməsi for­ma­larını göstərən cədvəl»[51] kimi şərh olunur. Əslində isə iki ele­ment arasında, yaxud elementlərin sırasında elə müxalif mü­na­si­bət­dir ki, onlardan (qarşı duran elementlərdən) biri iştirak etmir, ya da əksinə, başqalarının yoxluğu şəraitində mövcud olur. Be­lə­cə, söhbət assosiativ sıranın əks mövqedə duran üzvünün «in ab­sentia»sından (olmamasından, iştirak etməmə-sindən) doğan mü­nasibətdən gedir. Struktur təhlil zamanı paradiqma formalı mü­nasibətlər mənanın açılmasıda həlledici rola malikdir.

Paradiqma sintaqmanın – «in praesentia» formalı bağlılı-ğın əks qarşılığı kimi də götürülür. Paradiqmanın təhlili təs­ni­fat­la (klassifikasiya), sintaqma kimi isə üzvlərə ayrılmaqla başa ça­tır. Paraqmatik münasibətlərin həm də «sistemli (ardıcıl) mü­na­si­bətlər» adlandırılması təsadüfi deyil. Eləcə də sistemli mü­na­si­bət­lərin birgəliyi «sistem» təşkil edir.

Bir cavab yazın

Back to top