Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

Əfsanə – fars sözüdür, hərfi mənası «əsli olmayan he­ka­yə», yaxud «dillərə düşən vaqiə» deməkdir. Nizami və Füzuli öz epik əsərlərinin bəzi motivlərini hamıya bəlli olan xalq əf­sa­nə­lər­dən götürdüklərini etiraf edirlər.

Leqenda – latın dilindən alınmışdır, «oxumalı», yaxud «oxu­maq üçün tövsiyə olunan əsər» anlamındadır. «Leqenda» ter­minin mənşəyi xalqdan deyil, kitablardan gəlir. Avropada orta əsr­lərə aid yazılı ədəbiyatda ən populyar əsərlərə «leqenda» de­yi­lirdi. Sonrakı dövrlərdə xalq yaradıcılığına keçmiş və qədim za­manlarda baş verdiyi zənn edilən əhvalatlar belə ad­lan­dı­rıl­mış­dır.

Trikster – mifologiyada mədəni qəhrəmanın əks qar­şı­lı­ğı­na – demonaoxşar, komik, kələkbaz, şeytanəməlli dublyoruna ve­rilən addır. Qəhrəmanın hərəkətlərinin yamsılanması kimi də ba­şa düşmək olar. Əksər hallarda trikster rolunda onun əkiz qar­da­şı çıxış edir. Bəzi miflərdə isə əks dublyor rolunu qəhrəman özü ifa edir, başqa sözlə, özünün demiurq fəaliyyətini əks tə­rəf­dən göstərir, yəni uğurlarını uğursuzluq kimi təqdim edir. Əkiz­lər mifində, qardaşlardan biri xeyirli işlərlə məşğul olur, digəri isə onu əks tərəfdən təqlid edərək – ziyankarlıq törədir. «Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş» xalq dramında tənbəl qar­­daşın fəaliyyəti triksterlərə əsaslanır. Dualist təsəvvürlərdə trikis­ter özünü Hörmüz və Əhrimanın timsalında büruzə verir: Hör­müzün yaratdıqlarını qardaşı Əhrimən məhvə çalışır. Hör­müz xeyiri, işığı, düzlüyü müdafiə edir, Əhriman şəri, qaranlığı, ya­lanı.

Aktant (actant) – anlayış forması, hər hansı bir mühüm funk­siyanın daşıdığı müxtəlif rolların birliyi deməkdir. Məsələn, müt­təfiqlər, rəqiblər. Nağıllarda qəhrəman və ona yardım edən kö­­məkçi obrazlar müttəfiqdirlər, hərəsi bir funksiya daşısa da (ağ div ayağına dəyirman daşı keçirib sürətlə qaça bilir, Sümurq qu­şu qaranlıq dünyadan işıqlı dünyaya getməkdə yardımçı olur, Xı­zır Nəbi ölümcül yaralını yenidən həyata qaytarır) bir məq­sə­də xidmət edirlər. Onların rəqibləri – qara qüvvələr və sehirli ob­razlar da ümumilikdə aktant yaradırlar. Propp V.Y. «Nağılın mor­fologiyası» (1928) əsərində ilk dəfə funksiya terminini iş­lə­dir. Onun nəzəriyyəsində mif, epos və sehirli nağıllara tətbiqi müm­kün olan 31 funksiya göstərilir. Fransız semiotiki A.-J.Qrey­mas «Strukturun semantikası» əsərində həmin funk­si­ya­la­rı birləşdirərək aktant adlandırmış və onların (böyük funk­si­ya­la­rın) yerləşməsi sxemini yaratmışdır.[26]

Aktantların fəaliyyətinə, nümayişinin yekununa «hərəkət» de­­yilir. Çox hallarda isə əks funksiyalı protaqonisti, yəni bütün an­toqonistləri (rəqibləri) bildirən aktant fərqləndirilməkdən ötrü agent adlanır. Agentin aktanta münasibəti, əlaqə və qarşılaşması «hə­rəkət»in gərginləşməsində böyük rola malik olur. Sxemdəki ak­tantların əsas funksiyaları:

Hədiyyə bağışlayan, yaxud donatar (donateur)– Qrey-ma­sın mif, epos və sehirli nağıllara tətbiq edilən sxemində qey­ri-adi, fövqəltəbii aktantdır, bütün hərəkət və hadisələrdən yük­sək­də durur və yeri gələndə onlara qoşulur, əsas subyektin, ya­xud benefisiarinin köməyinə çatır. Bəzən donatarı yola salan da ad­landırırlar (destinateur). Lakin hədiyyə verənin funksiyası yo­la salanın funksiyası ilə üst-üstə düşmür. Hədiyyə verən birbaşa ya­radıcı ilə bağlandığı halda, əsas subyekti qorxulu səfərlərə yo­la salan əksər əsərlərdə şəri təmsil edir. Ümumiyyətlə, donatar ki­mi çıxış edən aktantların bəzən özü görünmür, yalnız funk­siy­la­rı nümayiş etdirilir. Elə sistemlər var ki, orada donatar yalnız məs­ləhətçi rolunda çıxış edir. Funksiyanı ya subyektin özü, ya da köməkçilər icra edirlər.

Obyekt (object)– təhkiyə, nəqletmə funksiyasıdır, baş sub­yek­­tin (qəhrəmanın) bütün arzularının predmeti, yaxud onun məq­­­sədlərini ifadə edən böyük bir vasitələr «toplu»sudur.

Benefisiari (beneficiaire) – öz üzərində yaxşılaşmanı, xe­yir­­­liyi, uğurluluğu təcrübədən keçirən aktantdır. Başqa sözlə o ob­­­razdır ki, donatorun (uğur bağışlayanın) işə qarışmasının və əsas subyektin fəaliyyətinin nəticələrindən xeyir güdür. Qrey­mas benefisiariyə sehirli nağıllardan donatarın möcüzəli mü­da­xi­­ləsini, fövqəltəbii işlər görməsini misal çəkir. Burada bir mə­sə­lə ziddiyyətlidir. Əslində epik ənənənin heç bir janrında do­na­ta­rın hər hansı bir qazancından, yaxud öz üzərində nəsə sı­naq­dan keçirməsindən söhbət getmir, xeyiri, uğuru hədiyyə alan baş qəhrəman əldə edir.

Tədqiqatçıların fikrincə, bəzən əsərdəki əsas subyekt be­ne­fisiari rolunu daşıyır. Lakin təhlil edəndə, bu iki funksiyaların ay­­rılığının təsviri o halda əlverişlidir ki, benefisiari əsas sub­yek­tə qarşı qoyulur. Məsələn, aktant (benefisiari) qazanc əldə etdiyi za­­man insanların qarşısında qeyri-adi tələb qoyub yerinə ye­tirt­di­­rir. Məsələn, Dəli Domrul Allaha güzəştə getməli olur, ata-ana­­sının canını özünün və həyat yoldaşının xilası üçün qurban ve­rir, yaxud hansısa sehirli vasitəni gətirilir. Bu halda be­ne­fisi­ari­ni «qazanan» (destinataire) adlandırırlar. Qreymasın bu aktantı olduqca ziddiyyətlidir. İ.P.İlyin bir uyğunsuzluq üzərində da­­yanır: «Dilin konativlik funksiyasına köklənən ünsiyyət, əlaqə (kommunikasiya) aktını «qazanan»la qarışdırmaq düz deyil»[27]. Lakin aydınlaşdırılmalı məsələ çoxdur.

Köməkçi (adjuvant)– personajlar sinfi, yaxud əsərin əsas sub­yektinin köməyinə gələn və onunla birləşən şəxsləndirilmiş qüv­vələrdir. Sinonimi «müttəfiq»dir (allie). Yardımçı vasitələr müx­­təlifdir. Müttəfiq kimi iştirak edən qeyri-adi xüsusiyyətə ma­­lik heyvan, quş, bitki obrazları ilə yanaşı sehirli əşyalar da iş­ti­rak edir və onların daşıdığı funksiya heç də birincilərdən az deyil.

Subyekt (subject)– təhkiyə, nəqletmə funksiyasıdır, baş subyektin (qəhrəmanın) hərəkət və atributlarını özündə birləş-dirir, eləcə də əsərin arzulanan əsas obyektinin əldə edilməsinə, məqsədin həyata keçməsinə xidmət edir.

Antoqonist (opposant) –  söylənən əsərin ən böyük aktant siniflərindən və mühüm funksiyalarından biridir, baş subyektin ziddinə duran bütün personoj və şəxsləndirilmiş (canlandırılmış) qüv­vələri ətrafında birləşdirir. Sinonimi «rəqib»dir. K.Bremon nəq­­letmənin məntiqi təhlilinə əsaslanıb, Qreymasın bəzi an­la­yış­la­rını dəqiqləşdirməyə çalışmış və «müttəfiq»in üç tipini müəy­yən­ləşdirmişdir: silahdaş (arxadaş), borclu və kreditor (borc verən)[28].

Birincidə benefisiari o halda yardım alır ki, o, əvəzinə eyni vaxt­da, başlanmış prosesdə – dəyişmədə müttəfiqinə xidmət gös­tərir, beləcə iki tərəf-müqabil həmrəyliklə ümumi tapşırığı ye­ri­nə yetirmiş olurlar / silahdaşdır;

İkincidə yardım keçmişdəki xidmətə görə göstərilir / borc­lu­dur;

Üçüncüdə isə o ümidlə yardım edilir ki, gələcəkdə mükafatlandırılacaq – bu halda «müttəfiq» benefisiarinin kredi­to­ru rolunda çıxış edir / borc verəndir. Bremon yazır ki, hər bir per­sonaj differensial (qeyri-bərabər) funksiyaların dəstəsi kimi mü­əy­yənləşə bilir və mövqeyindən, rolundan asılı olmayaraq müx­təlif funksiyaları özündə birləşdirir. Fikirlərini bir qədər də ay­dınlaşdırmağa cəhd göstərərək bildirir ki, «bədbəxt qəhrəman öz taleyini yaxşılığa doğru dəyişməyə çalışanda, «özü özünə yar­dım edəndə» iki dramatik personaja (dramatis personae) ay­rı­lır və özü özünün müttəfiqinə çevrilir»[29]. Bu məsələ ilə bağlı di­gər ziddiyyətli mülahizələr də mövcuddur.

Koduyet Y.Kokeyə görə, göndərən (yola salan) və alan (qə­bul edən) kommunikasiya (modallığı «öyrənmək»), yəni ra­bitə, subyektlə obyekt «arzu» (modallığı «istəmək»), köməkçi ilə antoqonist isə «iştirak» (modallığı «bacarmaq») oxunda yer­lə­şir[30].

Lakin göndərən və alanın əsas funksiyası əlaqə və rabitə ya­rat­maq deyil, həmçinin subyektlə obyektin rolunu təkcə istək və arzu ilə məhdudlaşdırmaq olmaz. Eləcə də köməkçi ilə anto­qo­nisə eyni prizmadan baxıb birini bacarıqlı, digərini sadəcə iş­ti­rakçı kimi qiymətləndirmək də inandırıcı görünmür. Kokenin sis­teminin sxemini yaradıb nəzərdən keçirsək, uyğunsuzluq daha qa­barıq şəkildə gözə çarpar.

Sxemdə üç aktı bir-birinə bağlayan, əlaqələndirən cəhət və an­toqonistin rolu nəzərə çarpmır. Eləcə də əsas subyekt (qəhrəman) xəyala qapıılıb qalır, passivdir. Köməkçilər və an­to­qo­­nistlər isə bacarıqlı və fəaldırlar. Obyektin (arzuların) həyata keç­məsi üçün bütün funksiyalar məhz sonuncuların əlindədir. Epos və nağıllarda isə əksinə qəhrəman dinamikdir, onun ar­zu­la­rı mühüm olsa da, hər məsələdə öndədir, köməkçi və anto­qo­nist­lər onun çevrəsində dolanırlar.

Binarizm (binarisme) – nəzəriyyədir, işarələr arasındakı bü­tün əlaqələr, bağlılıqlar binar struktura (elə modelə ki, onun əsa­sında nişanələrin varlığı və yoxluğu durur) uyğundur. Struk­tu­run bu tipinin fonologiyada aşkarlanması tədricən dillə əlaqəli müx­təlif elm sahələrinə də tətbiq edilməyə başlamışdır. Rolan Bart binarizmin universallığının hələ tam əsaslandırılmadığı qəna­ətində,[31] olsa da, əsərlərinə də ardıcıllıqla tətbiq edir. Rus təd­qiqatçısı İ.İ.Revzinin binarizmin müdafiəsinə qalxaraq kök­lə­ri­ni göstərməyə çalışır: «Binarizm metodunun tətbiqinin böyük uğur qazanması o faktla təsdiqlənir ki, irəli sürülən konseptual sxem insan psixikasının xüsusiyətlərinə tam uyğun gəlir»[32]. La­kin özü də etiraf edir ki, bu barədə bundan dəqiq və yüksək fikir irəli sürmək mümkün deyil, çünki binarizmi hər hansı bir ob­yek­tin özü, əlamətləri (olduğu kimi görünüşü) müəyyənləşdirmir, onu yalnız qavrayanın dərin psixoloji təsisatı ilə əlaqələndirib üzə çıxarmaq mümkündür.

Söyləmə (enonce – fikir, mülahizə) və fikir aktı (enonci-ation) – təsdiq yolu ilə aktant (isim) və predikatı (sifət, fel) bir-biri ilə əlaqələndirən diskurs seqmentidir, məsələn: «İnsan ölü­mə məhkumdur». Söyləmələrin müqabilini təşkil edən fikir aktı da­nı­şanın nitq fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Mə­sə­lən: «Mən pəncərədən görürdüm (söyləmədir), Ramiz necə topu at­dı (fikir aktıdır). Belə hesab edirlər ki, söyləmə prosesi dilin va­sitəsi ilə danışan şəxsə aid olanları göstərir. «Mən baxdım, mən yerinə yetirdim, mən eşitdim…» Bu formula əsasən E.Ben­ve­­nist dildə özünün subyektivlik nəzəriyyəsini ortaya atmışdır: «Dil ancaq ona görə mümkündür ki, hər bir danışan söylədikləri ilə öz «mən»inin necəliyini nümayiş etdirən subyektə çevirir. Sub­yekt «mən» zahiri münasibətə görə mənim «mən»imin ox­şa­rı kimi başqa şəxsi müəyyənləşdirir və əks-sədama çevrilir. Mən «sən» söyləyəndə, o da mənə «sən» deyir… Dil elə şəkildə qu­ru­lub ki, hər danışan özünü «mən» kimi göstərəndə bütövlükdə dilə sahib durmağa ona imkan verilir»[33] . Benvenistin möv­qe­yin­dən çıxış edən Sv. Todorov «Poetika» əsərində «söyləmə sub­yek­ti» ilə «fikir aktının subyekti» arasında hədləri göstərir.

Benvenistin nəzəriyyəsi əslində dil haqqında məlum təlimi – «in­sanlar arasında ünsiyyət vasitəsi olması»nı alt-üst edir. Dili ic­ti­mai hadisə kimi qəbul edənlər yalnız yaranmasına istinad edə bi­lərlər. Başqa sözlə, dil yalnız insanlar bir-biri ilə əlaqə və ün­siy­yətdə olarkən meydana gəlir. Lakin yaradıcılıq hadisəsinin pred­meti kimi dil ancaq hər hansı bir subyektə məxsusdur. Sub­yek­tin (şəxsin) üzə çıxmasına, özünü təsdiqləməsinə xidmət edən vasitədir. Və bu mənada dilin bütün formaları (denotasiya, kon­notasiya, yazı dili və şifahi nitq) subyektin hər iki «mən»ini (özü və təfəkküründən doğulanlar – sözlə yaratdıqları) şərtlən­di­rən amildir.

Denotasi (denotation) – təmiz informasiya verən ilkin dilə de­yilir. Məlumatın mübaliğəsiz, bər-bəzəksiz, ritmsiz, ölçülüb-bi­çimlənməmiş halda birbaşa, olduğu kimi, dolayısız çat­dı­rıl­ma­sı mümkündürmü və bədii yaradıcılıqda yol veriləndirmi? Çıl­paq informasiyanın formalaşmasında yaradıcılıq varmı? Bədii əsə­rin struktur təhlilinin bir vahidi kimi denotasiyadan danı­şan­da bu suallara cavab tapmaq lazım gəlir. Eləcə də öyrənilməlidir ki, «Kitabi-Dədə Qorqud»un iki əlyazma mətnində təmiz infor­ma­siya özünə yer tapıbmı? İlk növbədə o da aydınlışrılmalıdır ki, «çılpaq, təmiz informasiyalı ilkin dil» deyəndə nə başa dü­şü­lür? Strukturalistlərin təbirincə açıqlasaq, şərtləşdirilmiş sistem­lik əlaqəsinə görə «göstərilməli olanlar» ilkin mərhələdə öz «bil­di­rən»ində «ideyalarla laylanmamış halda», ahəngdarlıqsız, «döv­rəsiz» (relevant), «skelet» kimi mövcud olur. Bu çiy mə­lu­mat xüsusi sadə elementlərdən ibarət ilkin dil (onu «çılpaq dil» adlan­dırsaq, daha düzgün səslənər) vasitəsi ilə gerçəkləşir.

Bir cavab yazın

Back to top