Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

Struktur (structure) – sistemin bütün daxili əlaqələrinin məc­­muu, cəmləşməsi deməkdir. J.Vyet və J.Piaje[58]ilə razılaşsaq, struk­tur linqivistika, riyaziyyat, məntiq, fizika, biologiya və b. elm­lərə tətbiq edilən model kimi müəyyənləşir və üç şərtə cavab ver­məsi vacibdir:

a) bütövlük (totalite) – elementlərin bütövə tabeçiliyi və so­nun­cunun (bütöv mətnin) müstəqilliyi;
b) transformasiya (transformation) – basılma, uduzma qay­da­sı əsasında bir struktur altından ikincisinə nizamla keçmə;
v) öz-özünə nizama salınma (autoreglage) – mövcud sis­te­min dairəsində daxili funksiyalaşma qaydası.

E.Benvenist «struktur» və «sistem» anlayışlarının hüdud-la­rını aşağıdakı şəkildə müəyyənləşdirir: «Dili sistem kimi şərh et­­mək – əslində onu struktur kimi araşdırmaqdır. Çünki hər bir sis­­tem qarşılıqlı şəkildə bir-birini şərtləndirən vahidlərdən iba­rət­­dir, başqa sistemdən həmin vahidlər arasındakı münasibətə gö­­rə fərqlənir və bu münasibətlərdən struktur qurulur»[59]. Dil va­hid­­ləri struktur üçün formaya salınmamış ilkin, xam materialdır. Daş yonulub lazımı şəklə düşməklə divarlar hörülür, rənglər qa­rış­­dirilib müxtəlif çalarlar alınmaqla düşməklə hər şey rəng əl­van­­lığını qəbul edir – beləcə bir neçə əlaqəli işlərdən sonra ev ha­­zır olur. Struktur da belədir: ilkin elementlərin əla­qə­lən­di­ril­mə­si, bağlanması, sistemləşməsi və sistemlərin bir-birini ta­mam­­laması ilə ortaya çıxarılır. E.Benvenist düzgün olaraq L.Yel­mslevin strukturu «daxili asılılığın avtonom birliyi» kimi mü­əy­yənləşdirməsi ilə razılaşır.[60] Bu o deməkdir ki, hər bir struk­tur özlüyündə muxtariyyətdir, ancaq aid olduğu mətn çər­çi­və­sində başqalarında olmayan «daxili qanunauyğunluğa» ma­lik­dir. Müasir fransız ədəbiyyatşünaslarının gəldiyi nəticəyə görə, struk­turu təşkil edən elementlərə əslində funksiya kimi (E=F) ba­xıl­malıdır. Bunu V.Y.Proppun nəzəriyyəsinə qayıdış da ad­lan­dır­maq olardı. Lakin elementin funksiyalaşması, yəni qarşılıqlı əla­qədə yeni münasibətlər doğurması anlayışın birinin digərini öz içərisində əridib yoxa çıxarması kimi başa düşülməməli və ele­mentlərin funksiyaya çevrilməsi E=F formulu ilə deyil, E+E=F şəklində göstərilməlidir.

Səviyyə (dərəcə) – eyniqaydalı elementlərin yerləşməsi, ya­­xud uyğun əlaqələrin rolunun qiymətləndirilməsi.

İyerarxiyalılıq[61] – elementlərin və ya sistemin daxili qu­ru­lu­şu, təşkili, onların bir-birinə tabeçiliyinin (aşağıların yu­xa­rı­lar­dan asılılığı qaydasında) səviyyəsini göstərən əlaqə.

Mövqe (vəziyyət) – elementlərin sistem və strukturla əla­­qəsinə görə yerləşdirilməsi – topologiyası.

Müxaliflik (əkslik) – sistem və strukturla əlaqəsinə görə bir-birinə əks elementlərin qarşılıqlı mövqeyi.

Model – araşdırılan predmetin nəzəri ekvivalenti.

Akrostix – yunan sözləri «akros» (sonunucu) və «sti­chos»dan (şeir) əmələ gəlmişdir, misralarının ilk hərflərinin yu­xa­rıdan aşağıya doğru oxuduqda hansısa sözü ifadə edən şeir for­ması. Qədim yunanlarda akrostixlərlə çox hallarda adlar veri-lir­di. Azərbaycan folklorunda Molla Cumanın yaradıcılığında rastlaşdığımız «Əvvəl-axır» şeir şəklinə uyğundur.

Alleqoriya – yunanca «allos» (özgə, başqa, qeyri) və «agoreuo» (danışıram) sözlərinin birləşməsindən əmələ gəlmiş-dir – hərfi mənada «başqa şəkildə danışıram» – deməkdir. Bədii mətndə təsvir vasitəsidir, anlayışları və hadisələri konkret dolayı ob­raz­lar vasitəsi ilə əks etdirməkdir. Məsələn, ürək alleqoriq ifa­də vasitəsi kimi məhəbbəti bildirir. Klassik poeziyada və folk­lor­­da «Gül və bülbül» nakam eşqin faciəsini, aşiqin iz­ti­rab­la­rı­nı ifadə edir.

Alliterasiya – (latınca – «al» ilə qoşmasıdır, «litera» isə hə­­rif deməkdir) şeirdəki (bəzən də nəsrdə) sözlərdə eyni samit səs­­lərin təkrarlanması ardıcıllığından əmələ gələn ifadə va­si­tə­si­dir.

Allyuziya – (latınca «allusio» işarə, eyham deməkdir) ki­na­yənin növlərindən biridir, hamıya bəlli olan söz, ifadə və fik­rin eyham kimi işlənməsidir. Məsələn, Acısı da şirindir.

Amfibraxi (yunanca «amphibrachys» hər iki tərəfdən qısa de­məkdir) – şeirin vurğuya əsaslanan üçhecalı ölçüsü, mis­ra­lar­da vurğu 2, 5, 8, 11 hecanın üstünə düşməlidir. Sxemi:

Anakoluf (yunancadır, «anakoluthos» – razılaşmayan mə­na­sını verir) – nitqin stilistik çevrilməsinə deyilir ki, cümlələrdə dü­şünülmüş şəkildə fikir razılığı pozulur və həyacandan doğan çə­tinliyi, dağınıqlığı bildirir. «Ürəyini çıxardıb ayağımın altında əzə­cəyəm, ondan da artıq, qanlı bayrağa çevirəcəyəm».

Anapest (yunancadır, «anapaistos» – geriyə əks olunma de­məkdir) üçhecalı şeir ölçülərindəndir. Misralarda vurğu 3, 6, 9, 12 və s. hecanın üstünə düşməlidir. Sxemi:

Anafora (yunancadır, «anaphora» – yuxarı aparmaq de­mək­dir) – şeirdə misraların başında, nəsrdə cümlələrin əvvəlində səs birləşmələrinin və sözlərin təkrarlanmasından yaranan ifadə va­sitəsidir.

Anaxronizm (yunanca «ana» – üzüyuxarı və «chronos» – ək­sinə deməkdir) – bədii ədəbiyyatda keçmişin təsvirində müx­təlif formalı yanlışlıqlara (dövr və məişətlə bağlı, tarixi-mədəni yön­də və s.) yol verilməsidir. Başqa sözlə, məlum tarixi ha­di­sə­nin əlamətləri düşünülmüş və düşünülməmiş şəkildə daha qədim çağ­larla əlaqələndirilir. Yaxud ilkin zamanlara aid adət-ənənələr, mü­nasibət formaları bədii əsərin yarandığı dövrə gətirilir.

Anonim (yunan sözü «ananymos» – adsız deməkdir) – bədii əsəri yaradan şəxsin adının, yaxud təxəllüsünün gös­tə­ril­mə­məsi (folklorda yaddaşlardan silinməsi) kimi başa düşülür.

Antiteza (yunan sözüdür, «antithesis» – ziddiyyət, təzad, tu­tuşdurma, qarşılaşdırma mənasında işlənir) – müxtəlif məq­səd­lərlə iki bir-birinə zidd varlığın, hadisənin, fikrin qar­şı­laş­dı­rıl­masıdır.

Antropomorfizm (yunanca «anthropos» – insan, «morphe» – şəkil, forma deməkdir) – təcəssümetmə növlərindən bi­ridir, təsvir olunan hər hansı bir predmet insana bənzədilir (şəxs­ləndirilir), ya da insana xas keyfiyyətlərlə təqdim olunur. Folk­lorda, eləcə də yazılı ədəbiyyatda insana aid xüsusiyyətlərin hey­van və bitkilərin üzərinə köçürülməsinin təsviri alleqoriyaya aid ən xarakterik misaldır. Ədəbiyyatşünaslıqda çox hallarda «al­leqoriya» ilə qarışdırılır. Alleqoriyada fikri dolayı şəkildə ver­mək əsasdır, burada bir əşyaya xas keyfiyyət başqa var­lıq­lar­la (istər insan, istər heyvan olsun) müqayisədə verilir. Antro­po­mor­fizmlərdə isə hər şey insanla əlaqəli şəkildə qurulur: Mə­sə­lən: Qızıl deyir: «Dünya mənim ayağımın altındadır». Burada əs­lində var-dövlətə sahib insanın düşüncəsi əks olunmuşdur. Əgər bu fikri «Qızılla dünyanı alt-üst etmək olar» şəklində iş­lət­sək, onda başqa əşyaya – silaha xas cəhətin dolayı şəkildə qızıla aid edilməsini görürük. Bu, alleqoriyadır.

Arxitektonika –kompozisiyada olduğu kimi, bədii əsərin ayrı-ayrı hissələrinin düzgün yerləşməsi, bir-biri ilə qarşılıqlı əla­qəsi və ümumi quruluşu, təşkili nəzərdə tutulur. Bura mü­əl­li­fin yaradıcılıq prosesində yerinə yetirməyə çalışdığı bütün funk­si­yalar aid edilir.

Assonans (latın sözüdür, «assonare» – ahəng, məqam, pər­də, tərz, biçim mənalarını verir) – şeir və nəsr dilindəki sözlərdə ar­dıcıllıqla eyni samit səslərin təkrarlanmasından yaranan ifadə va­sitəsidir. Eləcə misraların sonundakı qulaq qafiyələri nəzərdə tu­tulur. «Kitabi-Dədə Qorqud»un həm şeir parçalarında, həm də nəsr hissəsində təsadüf olunur.

Ağ şeir qafiyəsiz kitab şeirinə deyilir. Bir qayda olaraq folk­lora məxsus eyni formalı nəzm parçaları bu qismə daxil edil­mir. Ona görə «ağ şeir» adı verilir ki, adi halda misra son­la­rın­da uyğun sözlərlə ritm yarandığı halda, onun misralarının so­nu səslənməsinə görə tamamlanmamış (ağ) qalır.

Bukolika (yunan sözü «bucolos» – çoban deməkdir) –dün­ya­ya elə bir xüsusi bədii baxışdır ki, poetik yaradıcılıqda sadə adam­ların – balıqçı, əkinçi və maldarların münasibətləri, arzu­la­rı, duyğuları, təbiətə bağlılıqları əks olunur. İlk olaraq Sisiliya ço­banlarının folklorunda özünə yer tapmış, yarım mifoloji çoban Da­fnisin məhəbbəti və ölümü idealizə edilmişdir. E ə. III əsrdə Fe­okritin və davamçılarının əsərlərində özünü yazılı ədə­biy­yat­da təsdiqləmişdir. Yeni avropa ədəbiyyatında «pastoral» adı ilə bö­yük inkişaf yolu keçmişdir.

Qradasiya (latın sözü «gradatio» – tədricilik deməkdir) – ha­disə və hərəkətlərin, düşüncə və hisslərin inkişaf prosesini gös­tərən stilistik vasitədir. İki forması mövcuddur: A) kiçikdən bö­yüyə doğru düz, birbaşa qradasiya, B) böyükdən kiçiyə isti­qa­mət­lənən isə geriyə qradasiyadır.

Qrotekst (fransız «grotesque» italyan «grotesko» söz­lə­rin­dən əmələ gəlmişdir, hər ikisinin hərfi mənası «gülməli» de­mək­dir) – ədəbiyyat və icəsənətdə komikliyin növlərindən bi­ri­dir, fantastik formada dəhşətli və gülünc, gözəl və eybəcər var­lıq­ların əlaqələndirilməsi, yaxud uyğunlaşdırılması ilə qurulur. Yu­mor, ironiya və satiradan onunla fərqlənir ki, qradasiyada əs­lin­də əyləncəli və gülməli elementlər qorxulu, uğursuz, nəhs va­si­tə­lərin içərisində əridilir və qradasiya ilə yaradılan obrazlar öz­lü­yündə faciəvi mahiyyət daşıyır. «Kitabi-Dədə Qorqud»dakı Tə­pəgöz və Əzrayılla bağlı təsvirlərdə qradasiya ilə rast­la­şı­rıq. «Qradasiya» termini XV-XVI əsrlərdən yayılmağa başla­mış­dır, o zaman qədim Romanın yeraltı yaşayış məntəqələrində – qrotlarda qazıntılar aparılarkən divarüstü qəribə, əcaib na­xış­lar­la rastlaşmışdılar. Bitki və heyvan həyatına aid motivləri özün­də geniş əks etdirən Qrot naxışlarından, adətən, o qədər də bö­yük olmayan, lakin işlənməsinə görə çox qiymətli rəsm əsər­lə­rini çərçivəyə salalaraq istifadə olunurdu. Rəsmin özü ilə çər­çi­və­də əks olunanlar təzad yaratmaqla obrazın yüksək xarakterini, har­moniyasını, gözəlliyini üzə çıxardırdı. Eləcə də elə bil qrot na­xış­ları bu dünyanı ideal gözəlliklə, qeyri-adi qəhrəmanlıqla bir­ləş­dirirdi. Görünüşü, forması etibarı ilə ən «aşağı» bitki və hey­van (tikanlar, qurdlar, ilanlar və s.) şəkilləri, nizamsız həqiqətləri gös­tərirdi. Lakin bədii obraz kimi qroteks təzadlarda olduğu ki­mi iki tərəfli deyil. Başqa sözlə, onun elementləri arasında zid­diy­yət olmur, əks varlıqlar onda qovuşuq şəkildə verilir.

Daktil (yunan sözü «daktylos» – barmaq deməkdir) – elə üç­hecalı şeir ölçüsüdür ki, vurğunun əsasən 1, 4,7, 10 və s. ar­dı­cıl­lığı ilə hecaların üstünə düşməsi tələb olunur.

Yazılı poeziyada sonralar vurğuya əsaslanan şeirin yeni for­malarını yaratmış, dörd və qarışıq hecalı (üç və dörd) söz­lər­dən düzələn şeirlərin də vurğunun ardıcıllıqla hansı hecanın üs­tünə düşməsinə uyğun olaraq «daktil», «amfibraxi», «anapest» ad­landırmışlar. Folklorda tapmacalar, yanıltmaclar, atalar sözləri «daktil» («amfibraxi», «anapest») şəklindədir. Maraqlıdır ki, «Ki­tabi-Dədə Qorqud» şeirlərində də bu cür vurğu ilə ahəng ya­ra­dılması hallarına rast gəlirik. M.Müşfiqin məşhur «Oxu tar…» şeiri də vurğulu üçhecalı şeir ölçüsündədir.

Hiperbola (yunan sözü «hyperbole» – şişirtmə, böyütmə de­­məkdir) – bir varlığın, hadisənin və fikrin həddindən artıq bö­yü­­­dülməsinə, şişirdilməsinə əsaslanan bədii təsvir vasitəsidir. İlk ola­­raq xalq yaradıcılığında meydana gəlmiş və böyük inkişaf yo­lu keçərək yazılı ədəbiyyatda xüsusi obrazlar şəklində də özü­nü biruzə vermişdir.


[1] Юнг К.Г. Человек и его символы/ Пер. снем. – СПб.–М., 1996, 452 с. 125.

[2] Мифологический словарь. /Гл. ред. Е.М. Мелетинский/. – М.: Совет-ская Энциклопедия, 1991, с. 659.

[3] Веселовски А.Н. Историческая поэтика.- М., 1989, с. 300.

[4] Веселовски А.Н. Историческая поэтика.- М., 1989,  с. 301.

[5] Yenə orada, s. 303.

[6] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 190.

[7] Yenə orada, s. 28-129

[8] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 130.

[9] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 23.

[10] Энциклопедический словарь юного литературоведа. – М., 1987, с. 177.

[11] Энциклопедический словарь юного литературоведа. – М., 1987, с. 179.

[12] Yenə orada.

[13] Yenə orada.

[14] Литературный энциклопедический словар. – М., 1987, с. 229.

[15] Литературный энциклопедический словар. – М., 1987, c. 230.

[16] Yenə orada,  s. 180.

[17] Пропп В.Я. Морфология волшебной сказки. – М.: Издательство «Лабиринт», 2001, с. 24.

 [18] Yenə orada, s. 32.

[19] Аникин В. Русская народная сказка. – М., 1984, с. 105.

[20] Шкловский В.Б. О теории прозы.- М., Л., 1925, с. 24.

[21] Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər).-B., 1972, s. 64

[22] Лазутин С.Г. Поэтика Русского фольклора. – М., 1989, с. 10-26

[23] Аникин В. Русская народная сказка. – М., 1984, с. 105

[24] Тынянов Ю.Н. Архаисты и новаторы. – М., 1929, с. 33.

[25] Мифы и легенды народов мира. Средневековая Европа. Составители Н.Будур и И.Панкеев. Том II. – М., «ОЛМА-ПРЕСС», 2000, с. 333.

[26] Bax: Greimas A. –J., Semantique structurale, Paris, 1966

[27] Структурализм: «за», или «против». – М., 1975, с. 451

[28] Бремон К., Логика повествовательных возможностей. В сборнике «Семиотика и искусствометрия», М., 1972, с. 118

[29] Bremon K., Göstərilən əsəri, s. 118

[30] Bax: Coduet J. Coce. Semiotique litterire, Paris, 1973; Greimas A. –J. Du sens, Paris, 1971; Bretond Cl. Logique du recit, Paris, 1973

[31]Барт Р. Основы семиологии. – в кн. «Структурализм: «за» или «про-тив». – М.,1975, с.153.

[32]Ревзин И.И. Субъективная позиция исследователя в семиотике. – «Труды по знаковым системам», № 5, Тарту, 1971, с. 334

[33] Бенвенист Э. Общая лингивистика, М., 1974, с. 294.

[34] Ролан Барт. Основы семиологии. – в кн. «Структурализм: «за» или «против». – М.,1975, с. 56.

[35] Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 31.

[36] Bах: Структурализм: «за», или «против». – М., 1975, с. 453.

[37] Ekzistensial – həyatın mənasızlığını, ictimai fəaliyyətin faydasızlığını, əxlaqın əsassızlığını sübuta çalışmaq

[38] Sem (toxum) – mürəkkəb sözlərin əvvəlində «toxum» və «toxumluq» mənasında olan ixtisara deyilir. Məsələn, «semantika» sözü əslində «məna toxumu» kimi anlaşılmalıdır.

[39] Структурно-типологические исследования. – М., 1962, с. 240.

[40] Bах: Coduet J. Coce. Semiotique litterire, Contribution a l‘anlyse seman-tiqut du discours, Paris, 1973; с.27-28

[41] Э.Бенвенист. Общая лингивистика, М., 1974, с. 90.

[42] Yenə orada, s. 90-96.

[43] Referent – kitabın, məqalənin və s. qısa şərhini oxuyan

[44] İmmanent – bir şeyin və ya hadisənin öz təbiətinə xas olan, yaxud daxili

[45] Э.Бенвенист. Общая лингивистика, М., 1974, с. 93.

[46] Барт Р. Основы семиологии. – В кн. «Структурализм: за, или против», М., 1975, с.114-164.

[47] Барт Р. Основы семиологии, c. 78.

[48] Kosmopolit – vətənpərvərlik hissini itirərək öz yurdunun mənafeyi ilə maraqlanmayan, öz xalqına yad olan və onun mədəniyyətinə xor baxan adam deməkdir.

[49] Ehtimal olunur ki, hər bir diskurs strukturalistlərin qəbul etdikləri terminalogiyadan nəsə reallıqla bağlanan əlamət tapıb «iqtibas» edir, götürüb özününküləşdirir.

[50] Левин А.Е. Принципы семиологического анализа. В сборнике «Вопросы философия». – М., 1974, № 9, с. 135.

[51] Rusca-Azərbaycanca lüğət- II cild, B., 1991, s. 384.

[52]Бенвенист Э. Общая лингивистика. – М., 1974, с. 130.

[53] Kitabi-Dədə Qorqud. – B., 1988, s. 37.

[54] Kitabi-Dədə Qorqud. – B., 1988, s. 37.

[55] Yenə orada.

[56]Бремон К. Логика повестовательных возможностей. – В сборнике «Семиотика и искусствометрия», М., 1972, с. 112

[57]Барт Р. Основы семиологии . В кн. «Структурализм..» – М., 1975, с. 117.

[58] Bax: Viet J., Les mtthodes structuralister dans les sciences sociales, Paris, Hague, 1971 (fransız dilində); Piaget J., Le structuralistme, Paris, 1968 (fransız dilində).

[59] Бенвенист Э. Общая лингивистика. – М., 1974, с. 64.

[60] Yenə orada, s. 65.

[61]İyerarxiyalılıq – aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası.

Bir cavab yazın

Back to top