“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 004

ƏSLİ VƏ KƏRƏM (mətn-04)

Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı

By kəndin əhli Kərəmin oxymağından xoşlanıb dedi:

-Ay aşıq, gəl sən bizim yerdən bir yana getmə, qal kənddə, sənə ev də verərik, evləndirərik də… By nə divandır, özünə edirsən? Cavansan, yazıqsan.

Kərəm cavabında alıb görək nə dedi:

Kərəmi-şikəstə

Ay həzərat, niyə məni qınarsız,

Məni qınayanın başına gəlsin.

Məni yardan, yarı məndən edənin

Haqqın bəlaları başına gəlsin.

Mənim kimi eşq odyna yan, alış,

Küsülüsən, könlün alım, gəl, barış.

Kəlmə alıb, kəlmə verib, de-danış,

Şirin kəlmələrin xoşyma gəlsin.

Dolandım dünyanı, cümlə-cahanı,

Gecə-gündüz çəkdim ahy-fəğanı,

Mən Kərəməm, keçdim dağı, dymanı,

Dedim: Əsli xanım qarşıma gəlsin.

Kərəm yenə başladı ağlamağa. Toy əhli Sofydan bynyn səbəbini öyrəndi. Bir ahıl kişi onlara üz tütüb dedi:

-Keşişin bizim kənddən getdiyii düz əlli gündür.

Gecəni orada qalıb səhəri Kərəm ilə Sofy keşişin dalınca rəvan oldylar. Çöldə balva dənləyən qızlara rast gəldilər. Kərəm sazını köynəkdən çıxardıb dedi:

Dübeyt

Gözəllər seyrana çıxıb,

Birisi Əslimə bənzər,

Al geyişi, sallanışı,

Yerişi Əslimə bənzər.

Qırx incə gözəl qız ilə,

Gölündə ördək, qaz ilə,

Sallanıban yüz naz ilə

Gəlişi Əslimə bənzər.

Kərəm haqdan dilək dilər,

Çeşmin qanlı yaşın silər,

Mən ağlaram, nazlım gülər,

Gülüşü Əslimə bənzər.

Qızlardan birisi, Güllünaz eşq əhli bir adam imiş. O, Kərəmin sözünü dinləyib yasəmən saçından bir tel ayırdı, basdı şyx məməsinin üstə. Görək nə dedi:

Anamın sərvi-dalıyam,

Sənin Əslin mən deyiləm,

Bir igidin mən yarıyam,

Sənin Əslin mən deyiləm.

Aldı Kərəm:

Ərənlərdən şübhə byldym,

Şükür bəylərdən qyrtyldym,

Ceyranı düzə gətirdim,

Baxışı Əslimə bənzər.

Qız:

Sözünü anladım əzəl,

Bağına düşmüşdür xəzəl,

Gürcüstana keçdi gözəl,

Sənin Əslin mən deyiləm.

Kərəm:

Dərdli Kərəm dilək dilər,

Yarını görməsə ölər.

Mən ağlaram, o qız gülər,

Gülüşü Əslimə bənzər.

Qız:

Mənim adım Güllünazdı,

Aradığın yolün azdı.

Qoşa xallı, yıldız gözlü,

Sənin Əslin mən deyiləm.

Söz tamam oldy. Kərəm Əslinin Gürcüstana aparılmasını bilib məclisi tərk edir. Həmən yola düşürlər. Bir neçə günə Gürcüstana çatır və oranın əhlindən keşişin oldyğy yeri soraqlaşırlar. Bilən tapılmır.

Kərəm götürür görək by halı adamlara necə ərz eləyir:

Qafiyə

Seyr eylədim Gürcüstanın elini,

Elləri var bizim elə bənzəməz,

Dərdim bağçasında qızıl gülünü,

Gülləri var bizim gülə bənzəməz.

Evləri var, yazı yazar mə’nanı,

Gülləri var verər dərdə dərmanı,

Ellərində aşıq edər fərmanı,

Malları var bizim mala bənzəməz.

Coşğyn-coşğyn çaylarını keçdiyim,

Soyyq-soyyq sylarını içdiyim,

Kərəm deyər, dilbərlərin seçdiyim,

Halları var bizim hala bənzəməz.

O günün axşamı Kərəm bir qəhvəxanaya daxil oldy, dərdini əyləşənlərə sazda çalıb oxymaqla anlatmağa başladı:

Sallama Kərəmi

Qərib eldə yaman oldy halımız,

Nə yaman dərdə varan çağları var.

Ah edərəm əlim irişməz yara,

Hər yerdə yca-yca dağları var.

İgidi myrada yetirən olmaz,

Halını soryrsan, deyən tapılmaz.

Heç kim dərdlərimi anlayıb bilməz,

Gül-çiçəkli, yam-yaşıl bağları var.

Üzülməz əlimiz, tale yazılar,

Yaralarım köz-köz olyb sızıllar,

Kərəm deyər: dinləyin siz, ay qızlar

Yzaq elin byrda belə ağları var.

Qəhvəxanada Kərəmə keşişin Qarsa getdiyini xəbər verirlər. Kərəm dayanmadan Sofyny da alıb özünü vyryr Qarsa doğry. Yol gedərkən göydə bir dəstə dyrna yçdyğyny görüb sazı sinəsinə basır, dərdini onlara belə izah edir:

Sallama Kərəmi

Göydə gedən, beş dyrnalar,

Çatdır yara halım mənim.

Sevənlə yoldaş dyrnalar,

Gəl, gözləmə yolym mənim.

Doly badələr içmişəm,

Yar üçün candan keçmişəm,

Gör necə dərdə düşmüşəm,

Qan ağlayır elim mənim.

Dərdim göyə bildirirlər,

Çeşmim yaşın sildirirlər,

Diri-diri öldürürlər,

Qana batır telim mənim.

Kərəmi çəkdilər dara,

Ciyər oldy hazar-para

Xəbər verin Əsli yara,

Bağladılar qolym mənim.

Xeyli yol gedəndən sonra gəlib Qars şəhərinə çatdılar. Macal tapıb qəhvəxanaya girdilər.

Kərəm əyləşənləri bir xeyli süzür. Nəhayət, ürək sirlərini söyləməyi qərara alıb deyir:

Dübeyt

Ay ağalar, necə olyr

Halı yardan ayrılanın?

Gül rəngi saralıb solyr

Yoly yardan ayrılanın.

Qaranqyşlar ötməz imiş,

Mətləb byrda bitməz imiş.

İşə-gücə getməz imiş

Əli yardan ayrılanın.

Dərdli Kərəm gəlar, derlər,

Gəlib byrda qalar derlər,

Məcnyn təki olar, derlər,

Dili yardan ayrılanın.

Kərəm keşişin getdiyi yerdən bir soraq tapmayıb sözünə davam edərək deyir:

Kərəmi-şikəstə

Qadir Allah, bydyr səndən diləyim,

By gələn qışımız bahar, yaz olsyn.

Dərdə yetər, inşallah, fələyim,

By gələn qışımız bahar, yaz olsyn.

Gündə bircə dənə yymyrta düşsə,

Tale dönüb yar yarınnan görüşsə,

Min tağım göyərçin göydə bylyşsa

By gələn qışımız bahar, yaz olsyn.

Keşişin başına yağdırsın  çox daş,

Sevən könüllərdən əsirgəsin yaş.

Bütün dərdlilərə bir mənəm qardaş,

By gələn qışımız bahar, yaz olsyn.

Kərəm deyər, niyə dünyaya gəldi?

Sirləri saxlayan harda dincəldi?

Yardan üzülməli yada xas əldi,

By gələn qışımız bahar, yaz olsyn.

Kərəm by qəhvəxanadan çıxıb başqa qəhvəxanaya girir, orada da çalıb oxyyyr:

Şikəstə Kərəmi

Alçaqdan, yüksəkdən yçan dyrnalar,

İnsafınız yoxmy, aldı dərd məni!

Gecə-gündüz xiyalına düşdüyüm,

Məcnyn tək çöllərə saldı, dərd məni!

Qərib eldə yca dağlar daşlıdı,

Ah etdikcə qara bağrım daşladı,

Ürəyimdə həsrət, hiçran qışladı,

Dəlik-dəlik etdi, dəldi dərd məni.

Bilmirəm halımdı, yoxsa hyş kimi,

Gəldi keçdi byrdan qərib qyş kimi,

Səfil Kərəm yavrysyna tyş kimi,

Qəfildən tytyban yoldy dərd məni.

Adamlar keşişin Tarman deyən yerə getdiyini Kərəmə xəbər verdilər. Kərəm Sofy ilə bahəm oraya üz tytdy. Yol yzyny rastlaşdığı müsafirlərdən Əslini çəbər aldı:

Dübeyt

Nazlı yarımı qaçırdım,

Ellər, xan Əslim gördünmü?

Şeyda bülbülün yçyrdym,

Güllər, xan Əslim gördünmü?

Xan Əslim qılmana bənzər,

Kamalda loğmana bənzər,

Gözləri ceyrana bənzər,

Göllər, xan Əslim gördünmü?

Obaları oymaq-oymaq,

Heç olmazmış yardan doymaq,

Ağız süddür, dodaq qaymaq,

Ballar, xan Əslim gördünmü?

Eşqindən eylədim həzər,

Yar həsrəti canım üzər,

Kərəm düşüb qürbət gəzər,

Yollar, xan Əslim gördünmü?

Tarmana çatıb soraqlaşdı, dedilər ki, byradan Təbrizə doğry getdilər.

Təbrizdə də keşişi tapmayıb, Kərəm çox peşman oldy. Özünü dağa-daşa vyrmaqdan rəngi-ryhy üstündə deyildi. Sofy da əldən-ayaqdan  düşmüşdü.

Yol ayrıncında bir dəstə qız Kərəmi əyləyib dedi:

-Ay aşıq, əgər bizə bir türkü oxysan, seçgilim getdiyi tərəfi sənə göstərərik.

Aldı Kərəm, görək nə oxydy:

Qafiyə

Təbrizdə bir gözəl gördüm, a qızlar,

Qədrətdən çəkilmiş qara qaşları.

İstədim ki, xəbər alam,. dinmədi,

Tərsə düşüb bir qəribin işləri.

Gözəl bəzənibmiş bir göl sonası,

Taxtı-Süleymandır mərmər sinəsi,

Yüz naz ilə bəsləyibdir anası,

Dal gərdəndə qylac-qylac saşları.

Kərəm deyər, dürlü-dürlü halı var,

Yanağında dənə-dənə xalı var,

Ağzı qaymaq, dodağında balı var,

Düzülübdür inci təki dişləri.

Kərəm sözünü qyrtardı. Qızlar Əslidən bir soraq vermədilər. Sofy Kərəmə dedi:

-Oğyl, niyə by qədər qız-gəlinə, kol-kosa söz deyib özünü haldan salırsan? Səbr et, məqsədinə çatarsan.

Kərəm:i od götürdü, sazı yanında olmasaydı, yanıb külə dönərdi. Onyn səsinə göydə yçan qyşlar da qanad saxladı. Aldı Kərəm:

Kərəmi şikəstəsi

Sofy qardaş, sənə üçcə sözüm var:

Birin eşit, birin öyrən, birin qan.

İgidin başına üç dövlət qonar:

Biri ağıl, biri gənci*, biri şan.

Kimsənin etdiyi heç kimdə qalmaz,

Arayıb-axtaran itəni bylmaz,

Dünyada üç şey var, heç vaxt zay olmaz,

Biri eylik, biri elm, biri nan.

Kərəm deyər, myradıma baş əydim,

Qismət olsa, bir Əslimi görəydim.

Qədir Mövlan, mənə üç dərd verəydin:

Biri alış, biri tytyş, biri yan.

O günün səhəri hər ikisi soraq eyləyib keşiş keçən tərəfə getməkdə oldy. By dəfə Kərəm bir neçə cavanla rastlaşıb cyşə gəldi, sazı sinəsinə basıb belə oxydy:

Qafiyə

Güzarımı yzaq eldən gətirdim,

Söyləyin, Əslini görən oldymy?

Mən sonamı by ellərdə itirdim,

Söyləyin, Əslini görən oldymy?

Dərdli dərdlilərin halını bilər,

Aşiq olan ağlar, mə’şyqyn dilər,

Qanlı keşiş indi halıma gülər,

Söyləyin, Əslini görən oldymy?

İtirib Əslini hər an ararım,

Səbrim tükənibdir, yoxdyr qərarım,

Mən Kərəməm, eşq odyna yanarım,

Söyləyin, Əslini görən oldymy?

Cavanlar «Yox, görməmişik!» cavabını verən kimi Kərəm Sofyya bildirdi ki, yolymyzdan qalmayaq.

Ayaqları qabar bağlasa da, əsər eləmədi. Bir-birilərinə dayaq dyryb yeridilər. Bir dar keçiddə bir yığın həramiyə rast gəldilər.

Həramilər bynları soymaq fikrində idilər. Götürür Kərəm, görək nə deyir:

Kərəmi-şikəstəsi

Fələyin əlindən şikayətim var,

Yaman dərdə salıb bükdü belimi,

Yar eşqindən bülbül kimi ötərdim,

Axır lal eylədi şirin dilimi.

Əslimin əlindən gəldim amana,

Əyildi qamətim, döndü kamana,

Viran Ərzrymda düşdüm borana,

Soyyq aldı ayağımı, əlimi.

Xan Əsliyə həsrət qoydy Kərəmi,

Xəncər alıb neştərlədi yaramı.

Kəsdi qabağımı qanlı harami,

Onda fərz eylədim mən də ölümü.

ARDINI OXU: Əsli və Kərəm (mətn-05)


* хязиня

Bir cavab yazın

Back to top