Xoş gəldiniz

Kainat, Ulduzlar, Yer, Goy, Dünyamız, Təbiət, Qəzalar, Gecə və Gündüz, İşıq və Zülmət,  İsti və Soyuq, Xeyir və Şər, Varlıqlar, Canlılar, İnsan necə yaranıb? Bəşər oğlunun şüuru oyanandan, dili açılandan bu suallra cavab axtarıb. Mifik düşüncədən metoforik, obrazlı, bədii, poetik ağıla doğru addımlar atdıqca bəşər ovladlarının təfəkkürü əvəzsiz sərvətlər yaradıb, əvvəl şifahi şəkildə, inkişafının sonpakı pillələrində isə yazı yaddaşına köçürməklə əsrlər boyu yaşatmışdır.

Yer kürəsinin ən qədim xalqlarından biri kimi Türk Kosmosu, Dünyanı və onun elementlərini, varlıqlarını, ilkin önəmli yaranışları özünəməxsus şəkildə dərk etmiş, bir çox sirlərin açarını arayıb tapmış və bədii sözün köməyi ilə kodlaşdıraraq gələcək nəsillərə ərməğan etmişdir. Sülalərə, tayfalara, qəbilələrə, xalqlara bölünməklə kökdən bir az uzaqlaşsa da, gen yaddaşında ulu babalarının təfəkkürünün möhtəşəm məhsullarını qoruyub saxlamış, ortaq epik-lirik abidələr, sənət nümunələri meydana gətirmişlər. Mifologiya.az veb-saytı mədəniyyət tariximizin ilkin səhifələrindən başlayaraq bu günümüzə qədər yaranan bu əvəzsiz sərvətlərlə sizləri tanış edəcək.

Əziz izləyicilərim! mifologiya.az veb-saytına xoş gəldiniz. Mədəniyyət tarixinə səyahətdə sizlərə bələdçilik etmək şərəfini qazansam, özümü xoşbəxt sayacağam. Bu yolçuluqda hamıya uğurlar diləyirəm.

Mifin özünəməxsusluğu və təfəkkürdə hegomonluğu daha çox ilkin mədəniyyət mərhələsində özünü biruzə vermişdi. Bu dövr­də mif «mənəvi aləm»in və «elm»in ekvivalenti rolunu oy­na­yırdı. Xüsusi mif sistemləri, anlayışları, kateqoriyaları, mo­del­ləri ilə dünyanı dərk etməyə, öyrənməyə və təsvirə təşəbbüs edi­lir­di. Bu mərhələdə…

Milyon il əvvəllər – hələ mədəniyyətin və təkamülün gös­tə­riciləri nəzərə çarpmayan çağlarda insanların dünya, həyat, za­man, məkan və kəmiyyətlə bağlı görüşlərinin əsasını primitiv tə­bi­ət obrazları təşkil etmiş, ilkin bədii yaradıcılıq forması kimi mi­fologiyanın bəzi ünsürləri meydana gəlmiş və ulu əcdad…

Fırlanan dünyada heç nə yerində donub qalmır. Zaman də­yiş­­diyi kimi varlıqlar, hadisələr də anbaan başqalaşır. A.F.Lo­se­vin Mütləq (absolyut) dialektika-mütləq mifologiya təlimində gö­s­tərilir ki, «hər bir kateqoriya ilkin varlıqdır». Ancaq o, il­kin­li­yini həmişə qoruyub saxlaya bilmir, başqa sözlə, yerində do­nub qalmır,…

Klassik ritorika öz sahəsinə aid biliklərə üç aspektdən ya­na­şırdı: elocitio (söz), dispositio (sintaksis), inventio (məna). Buna uyğun olaraq rus formal nəzəriyyəsinin nümayəndələri də ədə­biyyatşünaslıq araşdırmalarını üç sahəyə ayırmışdılar: üs­lu­biy­yat, kompozisiya və mövzu. Azərbaycan ədəbiyyatşünaslığında araşdırmalar bölgünün so­nuncu qrupuna əsərin ideya…

A. Əməliyyatlar: Mətnin diqqətlə oxunması və öyrənilməsi. Mikroanalizi (hissələrə ayırmaqla təhlil etmək). İnterpretasiyası (eposdakı problemlərin araşdırıcının başa düş­dü­yü şəkildə təsviri). Ay­dınlaşdırılması (qoyulan məsələləri mətndənkənar va-sitələrlə açıq­lamaq). Mo­delləşdirilməsi: oğuznamə toplusunun ön sözü, müqəddiməsi, oğuz söyləmələri, sənət, sənətkar və oğuznamə haqqında ilk…

Son tədqiqatlarda miflərə işarələr sistemi kimi baxıldığın­dan onların semiotika ilə əlaqəsi, bağlılığı, bir-birinə zidd tərəf­lə­ri barədə danışmaq, uğurlu cəhətlərindən faydalanmaq, ziyan gə­­tirən məsələlərdən isə uzaq qaçmaq lazımdır. Semiotika folk­lor­şünaslıqdan cavan elm sahəsidir. Doğrudur, müasir se­mi­oti­ka­nın əsasında ingilis filosofu C.Lokkun «İnsan…

Back to top